Ön Söz

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisi 03 sentyabr 2000-ci ildə- AXCP daxilindəki «Yurd» ictimai birliyinin pozuculuq fəaliyyətini yoxlamaq üçün Xüsusi Komissiyanın yaradılmasını qərara aldı. Bu hansı zərurətdən yaranmışdı? Daxilində fəaliyyət göstərən və ya onun içərisində formalaşıb sonralar ayrılaraq müstəqil fəaliyyətə başlayan və bu gün Azərbaycanın ictimai-siyasi həyatının əhəmiyyətli hissəsini təşkil edən onlarla təşkilatlardan fərqli olaraq "Yurd"la əlaqədar bu addımın atılmasına Xalq Cəbhəsi kimi sanballı təşkilatı məcbur edən nə idi? Axı "Yurd" bir təşkilat olaraq qeyd edilən təşkilatlardan qatqat zəif idi, "Yurd"un lideri isə həmin təşkilatların liderləri ilə rəqabətə girmək imkanına malik deyildi. Lakin bu faktdır ki, Xalq Cəbhəsi ilə bağlı olan təşkilatlar işərisində "Yurd" qədər milli demokratik sistemin gerçəkləşməsinə mane olan avtoritar sistemin əlində vasitəyə çevrilərək milli-demokratik hərəkata zərbə vuran, Xalq Cəbhəsini hədəflərindən yayındıran, sistemli olaraq ELÇİBƏYə qarşı uzunmüddətli təxribat aparan təşkilat olmayıb. Bu məsələlərə aydınlıq gətirməyə çalışaq.