"AXC - AXCP daxilində "Yurd" birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiya"nın rəyi

"AXC - AXCP daxilində "Yurd" birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiya"nın rəyi

Xüsusi Komissiya aşağıda sadalanan sənədləri:
Nizamnamələr (AXC, AXCP), Reqlamentlər (AXCP Ali Məclisinin, AM Heyətinin), Əsasnamələr (AXCP Sədr Aparatı, Rayon (şəhər) şöbələri, Gənclər Komitəsi haqqında), Təlimatlar (AXCP rayon (şəhər) şöbələrinin konfranslarının hazırlanması və keçirilməsi qaydaları haqqında və Təlimat - sorğu), AXCP Ali Məclisinin qərarları, AXCP NTK-nın rəyləri və tövsiyələri, AM Rəyasət Heyətinin qərarları, AXCP-nın sədr müavini Ə.Kərimo-vun sərəncamları və imzaladığı bəzi sənədləri;
AXCP sədri Ə.ELCİBƏYin vetoları, Bakı Əlaqələndirmə Komitəsinin sənədləri, AXCP mərkəzi orqan üzvlərinin və AXCP sıravi üzvlərinin müraciət və ərizələrini, AXCP mərkəzi orqanlarının yoxlamaları, qərarları və sənədlərini, AXCP rayon (şəhər) şöbələrinin müraciət və arayışlarını, "Yurd"un təşkil etdiyi saxtakarlıqlarla bağlı sənədləri;
Seşkilərlə bağlı sənədləri;
"Yurd" Birliyinin: Nizamnaməsi, Proqramı, Özəkləri və rayon şöbələri haqqında Əsasnaməsi (Ə.Kərimovun imzasıyla) və digər normativ sənədləri, "Yurd" Birliyinə qəbulla bağlı ərizələr və şəxsi vərəqələri və s. sənədləri;
Əldə olunan 25 adda qəzetin 200-dən çox sayını, 1 dərgi və 3 kitab, video və audio materialları və çoxsaylı sorğuları araşdıraraq, "Yurd" birliyinin AXC-AXCP daxilindəki fəaliyyəti ilə bağlı aşağıdakıları müəyyən etdi:

"Yurd" birliyi 1993-2000 ci illərdə:
-AXC-AXCP daxilində daimi müzakirə və mübahisə movzusu olmasına baxmayaraq AXC ictimai-siyasi təşkilatında fəaliyyətini leqallaşdırmamış, rəhbərləri tərəfindən rəsmi yığıncaqlarda və kütləvi informasiya vasitələrində mövcudluğu inkar edilmiş;
-AXC-AXCP üzvləri arasında daimi olaraq Proqramı, Nizamnaməsi, Əsasnamə və s. normativ sənədləri yayılmış;
-AXC-AXCP-nin əsasən vəzifəli üzvlərini "Yurd"a və "Yurd"un yaratdığı və ya "Yurd"a meyilli siyasi (Yurddaş, XAP-dan ayrılan Qənimət Zahidovun rəhbərlik etdiyi qrup, …) və qeyri hökümət (ADİF, …) təşkilatlara və ya onların işlərinə cəlb edilmiş və bu məqsədlə AXC-AXCP-nin bütün imkanlarından istifadə etmiş;
-AXC-AXCP-dən kənarda hər hansı fəaliyyəti (tədbiri), sənədi (bəyanat, müraciət,…) müşahidə edilməmiş;
-Zaman-zaman tələb olunmasına baxmayaraq AXC daxilində fəaliyyət göstərən başqa təşkilatlardan fərqli olaraq tərkibini və məqsədini açıqlamayaraq;
-AXC-AXCP daxilində gizli fəaliyyət göstərən təşkilat kimi mövcud olmuş və AXC-AXCP-ni zəiflədərək formal təşkilata çevirmək, Əbülfəz ELÇİBƏYi nüfuzdan salaraq siyasi səhnədən kənarlaşdırmaq məqsədi ilə
I. AXC-AXCP-nin hüquqi bazasında, normativ sənədlə-rində və mərkəzi orqanlarında
I.1. AXCP-ni 1993-cü ildən qanundan kənarda qalmasına şərait yaratmaqla;
I.2. AXCP-nin I (IV) qurultayından sonra Ədliyyə Nazir-liyinə təqdim olunan AXCP Nizamnaməsinin VI.9.12 maddəsində xəlvəti şəkildə dəyişiklik edərək Partiya sədrinə və Ali Məclisə alternativ- "rəhbər orqan" (AM Rəyasət Heyəti) formalaşdırmaqla ciddi Nizamnamə problemi yaradaraq təşkila-tın normativ sənədlərində, mərkəzi orqanlarında və bütün struk-turlarında yaradılacaq problemlər üçün zəmin hazırlamaqla;
I.3. AXCP Ali Məclisinin bəzi qərarları və Reqlamenti vasitəsiylə:
-AXC-AXCP-nin Ali Məclislərinin formalaşmasını və fəaliyyətlərini təşkilatın bütün orqanlarının (Partiya sədri, Ali Məclis, NTK, QHTK, rayon (şəhər) şöbələrinin) səlahiyyətlərini mənimsəmiş Rəyasət Heyətindən (11.06.94 və daha sonra 27.01.96 tarixlərində əsasən yurdçulardan təşkil edilmiş) asılı vəziyyətə salmaqla;
-Partiya sədrinin müavinlərinə, sədrdən fərqli olaraq, ali qərarverici orqanlara (AM, AM RH) üzv etməklə sədrdən üstün səlahiyyətlər verməklə;
I.4. AXC-AXCP Ali Məclisi Rəyasət Heyətinin qərarları, təlimatları və Reqlamenti vasitəsiylə:
-Təşkilatın sədrinin, AM-in, NTK-nın, QHTK-nin, rayon (şəhər) şöbələrinin, dayaq dəstələrinin səlahiyyətlərinə müdaxi-lə edilməsinə şərait yaratmaqla;
-Partiya sədrinin I müavininin ("Yurd"un sədri Kərimov Əli) Rəyasət Heyətinə rəhbərlik etməsiylə AM sədrinin, SA-na rəhbərlik etməsi ilə Partiya sədrinin səlahiyyətlərinin mənimsə-nilməsinə şərait yaratmaqla;
-qərarların qrup (Yurd) mənafeyindən qəbul edilərək AXC-AXCP-nin zəifləməsinə şərait yaratmaqla;
-təlimatların yaratdığı problemlərlə;
-NTK-nın rəy və tövsiyələrinin, şöbə Məclislərinin və Konfranslarının qərarlarının nəzərə alınmaması və ya ləğv edilərək təşkilatı əsas hədəfindən yayındırması ilə;
-AXCP Nizamnaməsini (II.8 ) pozaraq özü-özünə (RH-ə) "sorğu keçirmək yolu ilə qərar qəbul etmək" səlahiyyəti verərək AXCP haqqında qeyri-ciddi təşkilat obrazı yaratmaqla;
-AXC ideyalarına və ELÇİBƏYə sadiq cəbhəçilərə və rayon (şəhər) şöbələrinə qarşı cəza aparatına çevrilməklə;
-ELÇİBƏYin Kələkidən Bakıya dönüşünü əngəlləməklə
I.5. AM RH-nin rəhbəri olan Partiya sədrinin I müavini (Kərimov Əlinin) Sədr Aparatına rəhbərlik etməsi ilə:
-AXC-AXCP Nizamnaməsinə zidd olaraq sənədlər imzalamaqla məqsədyönlü problemlər yaratmışdır.
II. AXC-AXCP-nin təşkilat işlərində
II.1.AXC-AXCP-nin mərkəzi orqanlarında
AXC-AXCP-nin:
-Ali Məclisin tərkibinin "Yurd" qrupu mənafeyindən formalaşdırılaraq onun fəaliyyətini törəmə qurumundan (Rəyasət Heyətindən) asılı vəziyyətə salmaqla;
-Təşkilatın bütün orqanlarının səlahiyyətlərini mənim-səmiş AM Rəyasət Heyətini əsasən "yurd"çulardan təşkil edərək AXC-AXCP-nin problem mərkəzinə çevirməklə;
-Sədr Aparatının formalaşmasına və normal fəaliyyətinə imkan verməyərək onu formal quruma çevirməklə;
II.2. AXC-AXCP-nin rayon (şəhər) şöbələrini zəiflətmək məqsədiylə:
-Şöbələrin bərpa edilməsinə və təşkilatlanmasına maneçilik törətməklə;
-Şöbələri saxtakarlığa, süni şikayətlər təşkil etdirməyə sövq etməklə;
-Şöbə rəhbərlərini natəmiz üsullarla ələ keçirməyə cəhd göstərərək süni qarşıdurma yaratmaqla;
-AXC Məramına və ELÇİBƏYə sadiq şöbələri və cəbhəçiləri daim təzyiq altında saxlamaqla;
-ELÇİBƏYə qarşı yerlərdə təbliğat aparmaqla AXC AXCP-nin təşkilat işlərində ciddi problemlər yaratmışdır.
III. Ölkədə keçirilən seçkilərin saxtalaşdırılmasına kö-məklik göstərməklə
-AXCP-nin imicinə ağır zərbə vurmuş;
-Müxalifəti parçalayaraq seçkilərin demokratik keçirilməsi istqamətindəki ümumi fəaliyyəti heçə endirmiş;
-İqtidarın xalqın seçkiyə olan inamını qırmasına yardımçı olmuş;
-AXCP-nin məramnamə məqsədlərinə (demokratik cəmiyyət quruculuğuna) ağır zərbə vurmuş;
-Dünyanın Demokratiya institutlarını aldadaraq seçkini gəlir mənbəyinə çevirmiş;
-Demokratik seçkilərlə nəinki AXC hakimiyyətinin bərpasına, əksinə qiyam yolu ilə hakimiyyətə yiyələnmiş mövcud iqtidarın saxta seçkilərlə ömrünün uzadılmasına xidmət etmiş
IV."Yurd" mənfəət qrupu maliyyə fırıldaqları təşkil edərək:
- Məqsədyönlü AXC büdcəsini mənimsəyərək dağıtmaqla
-Qrant verən təşkilatları aldadaraq ətrafında qrant daşıyan qurumlar vasitəsiylə aldığı küllü miqdarda qrantların təyinatı üzrə xərclənməsinə imkan verməməklə
-Qrantların alınmasında, mənimsənilməsində AXCP-dən vasitə kimi istifadə etmişdir
V. "Azadlıq" qəzetində və digər kütləvi informasia vasitələrində
V.1.1. 1992-ci ildən "Azadlıq" qəzetini ələ keçirərək onu AXC-AXCP-yə qarşı çevirməklə:
-AXC-AXCP üzvləri və şöbələri arasında ayrıseçkilik siyasəti apararaq təşkilatın parçalanaraq zəifləməsinə xidmət etməklə;
-AXC iqtidarına qarşı (iqtidar vaxtı və sonralar) qərəzli mövqe tutmaqla;
-AXC (AXC)-nin ideoloji prinsiplərinə və müstəqil Azərbaycan Respublikasının bayrağında əks olunan prinsiplərə qarşı təbliğat aparmaqla;
-Zaman-zaman AXC büdcəsindən istifadə edərək təşkilatı maliyyə cəhətdən pis vəziyyətə qoymaqla;
-AXC-AXCP-nin sədri, Azərbaycan Respublikasının prezidenti, milli lider Əbülfəz ELÇİBƏYƏ qarşı uzun illər əks-təbliğat aparmaqla;
V.1.2. Azərbaycanda milli-demokratik hərəkatın yaratdığı AXC-AXCP-nin orqanı ölkənin ən kütləvi qəzeti olan "Azadlıq"ı xaricdən və ölkədaxili qaranlıq mənbələrdən maliyyələşdirilən, xəyanatkar bir qrupa ("Yurd"a) xidmət edən oxucularını tamamilə itirmiş qəzetə çevirməklə;
V.2. Yalnız "Azadlıq" qəzeti ilə kifayətlənməyərək muzdlu yazarlar dəstəsi vasitəsiylə müstəqil və ya demokratik müxalifət düşərgəsindən hesab edilən kütləvi informasiya vasitələrində AXC-AXCP-yə və Ə. ELÇİBƏYə qarşı kompaniya aparmaqla
V.3. Fəaliyyətlərini həyata keçirmək üçün AXC büdcəsin-dən, xarici və daxili qaranlıq maliyyə mənbələrindən istifadə edərək;
V.4. AXC-AXCP-yə və ELÇİBƏYə qarşı kütləvi informasiya vasitələrində kompaniyanı;
Ə. Kərimov, A.Mollazadənin rəhbərliyi
F.Mustafayev, Ə.Nuriyev, Q.Əliyev, Q.Həsənquliyev, A.Paşayev, Q.Zahidov, C.Həsənov və s. yönəldici çıxışları ilə istiqamətləndirərək
V.5.ELÇİBƏY vəfat etdikdən və "Yurd" rəhbərliyi AXC-dən uzaqlaşdırıldıqdan sonra AXCP-yə və ELÇİBƏYə qarşı kompaniyalarını (daha kəskin şəkildə) davam etdirərək:
1. Qiyam yolu ilə hakimiyyəti zəbt edərək milli demokratik sistemin gerçəkləşdirilməsinə maneçilik törədən mövcud iqtidarın diktəsi ilə təşkilat daxilində paralel təşkilat yaradaraq, AXC-AXCP Məramnaməsinə zidd fəaliyyət göstərməklə AXC-AXCP-nin və onun sədri ELÇİBƏYin siyasi xəttinə dönük çıxaraq, uzun zaman milli lider ELÇİBƏYi psixoloji-mənəvi terrora məruz qoymaqla onu nüfuzdan salaraq siyasi səhnədən uzaqlaşdırmaq, partiyada bölücülük, ayrıseçkilik və təfriqəçilik yaratmaqla onu parçalayayıb formal təşkilata çevirmək, AXC hakimiyyətinin bərpasına maneçilik törətmək, milli-demokratik qüvvələrin və mıüxalifətin birliyinə ciddi zərbələr vurmaq məqsədi ilə uzun illər:
1.1. AXC-AXCP-nin:
- hüquqi bazasında və normativ sənədlərində
- təşkilat işlərində (Ali Məclisinin, AM Rəyasət Heyətinin, Sədr aparatınn, rayon (şəhər) şöbələrinin formalaşmasında və fəaliyyətlərində)
- maaliyə işlərində
-"Azadlıq" qəzetinin fəaliyyətində və kütləvi informasiya vasitələrində apardığı pozuculuğ işləriylə
I.2.Ölkədə keçirilən seçkilərin saxtalaşdırılmasında iqtidarın əlində vasitəyə çevrilməklə
AXC-AXCP-nin proqram məqsədlərinin (milli dövlətçilik, demokratik cəmiyyət quruculuğu, Azərbaycan Bütövlüyü ideyası) gerşəkləşməsi istiqamətindəki fəaliyyətində məqsəd-yönlü problemlər yaratmaqla ağır zərbələr vurmuşdur.
2.AXCP daxilində problem yaratmaq məqsədi ilə və Nizamnamə pozuntusu ilə qəbul edilmiş AXCP AM-nin və AM Rəyasət Heyətinin qəbul etdiyi bəzi qərarlar ləğv edilməsi ilə əlaqədar AXCP Ali Məclisinə müraciət edilsin.


Qeyd: AXCP Ali Məclisi 07 iyul 2002-ci ildə "AXC - AXCP daxilində "Yurd" birliyinin pozuculuq fəaliyyətiniyoxlayan Xüsusi Komissiya"-nın arayışını müzakirə edərək qərarlar qəbul etmişdir.

Hiç yorum yok:

Yorum Gönder