AXCP ali orqanlarının "Yurd"la bağlı qərarları

AXCP ali orqanlarının "Yurd"la bağlı qərarları

AXCP III (VI) Qurultayının (29.10.2000) qərarları

1.AXCP II(V) Qurultayından 19 avqust 2000-ci ilədək olan dövrdə AXCP Nizamnaməsini müntəzəm pozduğuna, partiya həyatı ilə bağlı heç bir mühüm qərar qəbul etmədiyinə, partiya daxilində qruplaşma və bölücülük istiqamətində sistemli fəaliyyət göstərdiyinə, AXCP sədrinin nüfuzdan salınması istiqamətində məqsədyönlü iş apardığına, ELÇİBƏYin müxalifətdaxili inteqrasiyanın əldə olunması üçün apardığı siyasətə əngəl törətdiyinə görə AXCP Ali Məclisinin fəaliyyəti pislənsin və qeyri qənaətbəxş hesab edilsin
2. Azərbaycan Xalqına Müraciət qəbul edilsin.
3.Parlament seçkiləri ilə (5 noyabr 2000) ilə əlaqədar Qətnamə qəbul edilsin.


AXCP sədri ELCİBƏYin vetoları və Təlimatı

I.1.AXCP Ali Məclisi Rəyasət Heyətinin AXCP Nəzarət Təftiş Komissiyasının sədri Şamil Quliyevin AXCP NTK sıralarından xaric etməsi haqda AXCP sədri ELÇİBƏYin vetosu
Kələki, 24.09.97
I.2.Naxçıvan şəhər şöbəsi "konfransının" nəticələrinin təsdiqlənməsi haqqında AXCP Ali Məclisin qərarına partia sədri ELÇİBƏYin vetosu 07.11.99
I.3.AXCP rayon (şəhər) şöbələrinin konfranslarının keçirilməsinə dair TƏLİMATın hazırlanmazsı ilə əlaqədar AXCP sədri ELÇİBƏYin 018 saylı Sərəncamı. 12.06.00
I.4.AXCP rayon (şəhər) şöbələrinin konfranslarının keçiril-məsinə dair TƏLİMAT. .AXCP sədri ELÇİBƏY. 14.06.00
I.5.AXCP rayon (şəhər) şöbələrinin konfranslarına hazırlıq barədə daxil olmuş sənədlərin araşdırılmasına dair AXCP sədri ELÇİBƏYin 019 saylı Sərancamı. 14.06.00



AXCP Ali Məclisinin qərarları

19 avqust 2000-ci il qərarları
3.AXCP AM sədri Qulamhüseyin Əliyevə etimadsızlıq göstərilsin və sədrlikdən azad edilsin.
5. Əlməmməd Nuriyev Ali Məclisin katibi vəzifəsindən azad edilsin.
9.AXCP Nəzarət-Təftiş Komissiyasının rəyləri müzakirə edilsin və yenidən təkrar təşkilati məsələlərə baxılsın.
10.NTK-nın AXCP Ali Məclisinin 23 iyul 2000-ci il yetərsaysız iclaslasının qəbul etdiyi qərarlar və AM-in RH-nin 07 avqust 2000-ci il qərarı barədəki rəyləri nəzərə alınsın.
11.AXCP NTK nın 09.08.2000-ci il tarixli rəyini nəzərə ala-raq Ali Məclis RH-nin Fazil Qəzənfəroğlunun AXCP sıraların-dan xaric edilməsi,Əli Məsimov,Zəlimxan Məmmədli,Əli Mus-tafayev, Loğman Abdullayev və Bəybala Əbilova töhmət veril-məsi, Mikayıl Rəhimova xəbərdarlıq edilməsi qərarı ləğv edilsin.
14. AXCP daxilində münaqişəli vəziyyətin səbəbkarı olan, AXCP sədrinin, MNTK-nın, AXCP Təşkilat şöbəsinin, AXCP rayon (şəhər) şöbələrinin səlahiyyətlərini mənimsəyən və onların normal fəaliyyətinə maneçilik törədən, bilərəkdən təşkilatı iflic etməyə çalışan AXCP AM-nin Rəyasət Heyəti buraxılsın.
12. AXCP NTK-nın 26 iyul 2000-ci il tarixli rəyini nəzərə alaraq Azərbaycan Respublikası Milli Məclisinin seçkilərində AXCP-nin proporsional seçki siyahısı barədə Ali Məclisin 23 iyul 2000-ci il iclasının qərarı AXCP Nizamnaməsinə zidd olduğu üçün ləğv edilsin.
13. MNTK-nın müvafiq rəyini nəzərə alaraq AXCP Ağdaş, Laçın, Zəngilan, Nəsimi rayon şöbələrinin qeyri-qanuni keçirilmiş konfranslarında seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətlərinin təsdiqi barədə AM-in qərarı ləğv edilsin.
16. AXCP Ali Məclisinin reqlamentinə əlavələr və dəyişikliklər edilsin. Əlavə və dəyişikliklərlə birlikdə AM-in reqlamenti bütövlükdə qəbul edilsin.
17. Ali Məclisin Rəyasət Heyyətinin reqlamenti ləğv edilsin.
24. AXCP Daimi Seçki qərargahı buraxılsın və yenidən formalaşdırılsın.
26. Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı Dairə Seçki Komissiyalarının formalaşdırılmasındakı saxtakar-lıqların aradan qaldırılması haqqında Mərkəzi Seçki Komissiya-sına müraciət qəbul edilsin.
27. Ali Məclisin AXCP üzvlərinə müraciəti qəbul edilsin.
28.AXCP-nin rayon (şəhər) şöbələrinin rəhbərlərinə və sıravi üzvlərinə müraciət qəbul edilsin.
30.Beynəlxalq təşkilatlara, siyasi partiyalara, ictimai təşkilatlara, xarici ölkə səfirliklərinə, Ədliyyə nazirliyinə müraciət qəbul olunsun.
31. AXCP Sədri ELÇİBƏYə müraciət qəbul olunsun.

03 sentyabr 2000-ci il qərarları
5. AXCP daxilindəki «Yurd» ictimai birliyinun fəaliyyətini yoxlamaq üçün 9 nəfərdən ibarət xüsusi komissiya yaradılsı icrası AXCP AM Rəyasət Heyətinə tapşırılsın.
6. «Yurd» ictimai birliyinun yerlərdəki fəaliyyətini araş-dırmaq və nəticələrini AXCP-nin bu sahədəki Xüsusi Komissiyasına təqdim etmək üçün partiyanın rayon (şəhər) şöbələrində şöbə rəhbərliyindən (şöbə sədri, Ali Məclis üzvü, Məclis sədri, NTK) ibarət komissiyalar yaradılsın.
7. Yoxlamaların ümumiləşdirilmiş nəticələri AXCP Ali Məclisinə, Ədliyyə Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına təqdim edilsin.
10. AXCP Ali Məclisinin Azərbaycan xalqına müraciəti qəbul edilsin.
11. AXCP Ali Məclisinin partiyadaxili durumla bağlı Bəyanatı qəbul edilsin.
12. AXCP Ali Məclisinin partiya daxilindəki «Yurd» birliyinin AXCP adından proporsional seçki sistemi üzrə namizədlər siyahısının Mərkəzi Səçki Komissiyası tərəfindən qeydə alınması ilə bağlı Bəyanatı qəbul edilsin.
13. AXCP Ali Məclis üzvlüyünə 1/3 tərkibdən seçilmiş İbrahim Vəliyev, Xaləddin İbrahimli, Cəmil Həsənli, Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Asim Mollazadə, Arif Paşayev, Əliməmməd Nuriyev, Əli Kərimov və Məşədi Vaqif Pənahov AXCP Nizamnəməsinin 3.6; 3,7; 3,8 bəndlərini pozduqlarına görə Ali Məclis üzvlüyündən azad edilsinlər.

11 noyabr 2001-ci il qərarları
1. AXCP daxilində "Yurd" ictimai birliyinun fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın məlumatı nəzərə alınsın.
2. "Yurd" qrupunun təsiri altında AXCP-ni zəiflətmək məqsədi ilə və AXCP Nizamnaməsinin III.2, III.3 bəndlərinə zidd olaraq qəbul edilmiş AXCP Ali Məclisinin 12 aprel 1997-ci il tarixli "AXCP üzvülüyünə qəbulun bəzi qaydaları haqqında" qərarı ləğv edilsin.
3. "Yurd" qrupunun məqsədyönlü fəaliyyəti nəticəsində AXCP-ni zəiflətmək, ELÇİBƏYin Bakıya dönüşünü əngəlləmək məqsədi ilə və AXCP Nizamnaməsinin III.5 bəndinə zidd olaraq qəbul edilmiş AXCP Ali Məclisinin 21 sentyabr 1997-ci il tarixli "Bir qrup AXCP üzvünün AXCP sədrinə və AXCP AM Rəyasət heyyətinə müraciəti ilə əlaqədar" qərarı ləğv edilsin.

07 iyul 2002-ci il qərarları
I.AXCP Ali Məclisinin «AXCP daxilində «Yurd» ictimai birliyinun fəaliyyətini yoxlayan xüsusi Komissiya»nın arayışı ilə əlaqədar qərarı. (bax səhifə-243)
II."AXCP daxilində "Yurd" ictimai birliyinin pozuculuq fəaliyyətiniyoxlayan xüsusi Komissiya"nın arayışını müzakirə edərək
qərara alır:
"Yurd" qrupunun məqsədyönlü fəaliyyəti nəticəsində, Xalq Cəbhəsində problemlər yaradaraq onu zəiflətmək məqsədi ilə və Nizamnamə pozuntusuyla qəbul edilmiş AXCP Ali Məclisi Rəyasət Heyətinin aşağıdakı qərarları ləğv edilsin:
-18.06.1997- tarixli "AXCP Füzuli rayon şöbəsinin konfransı zamanı AXCP NTK üzvü Aydın Şükürovun və TŞ əməkdaşı Bəybala Əbilovun yol verdiyi hərəkətlərlə əlaqədar" qərar
-17.09.1997-tarixli "AXCP-nin 11 rayon şöbəsi rəhbərlərinin Müraciəti " ilə əlaqədar qərar
-14.02.2000- tarixli "AXCP Təşkilat Şöbəsinin müdir əvəzi Bəybala Əbilova xəbərdarlıq edilməsi" ilə əlaqədar qərar
-15.05.2000-tarixli "M.Məmmədovun AXCP sıralarından çıxarılması ilə bağlı Şəmkir rayon şöbəsi Məclisinin qərarı (30.04.00) haqqında" qərar


AXCP Ali Məclisi Rəyasət Heyətinin qərarları

29 avqust 2000-ci il qərarı
1. Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinə Müraciət qəbul edilsin

01 sentyabr 2000-ci il qərarları
1. MSK-nın AXCP-nin proporsional qaydada seçkilərdə iştirakı və seçki siyahısının qəbulu barədə qərarları haqqında Bəyanat qəbul edilsin.
4. Partiyadaxili durumla bağlı Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə təqdim edilməsi üçün hüquqi sənədlərin hazırlanması Hüquq şöbəsinin müdiri Ə.Rzayevə tapşırılsın

04 sentyabr 2000-ci il qərarları
1.AXCP ALİ Məclisinin 19.08.2000– ci il və 03.09.2000 – ci il iclasılarının qərarlar və digər sənədlər Ali Məhkəməyə və Ədliyyə nazirliyinə təqdim edilsin.
2.AXCP daxilindəki «Yurd» ictimai birliyinun fəaliyyətini yoxlamaq üçün xüsusi komissiyanın üzvləri aşağıdaki tərkibdə təsdiq edilsin :
Bəybala Əbilov, Şamil Quliyev, Yusif Sevdimaliyev, Mir-vari Naibova,Hüseyn Məlikov,Vahid Orucov,Arzu Səmədbəyli, Əlbaba Rzayev, Məcid Məmmədov.
8.AXCP Ali Məclisinin Arxivinin təhvil verilməsi barədə AM sabiq sədri, millət vəkili Q.Əliyevə rəsmi müraciət edilsin.
10.AXCP –nin möhür və künc ştampının təhvil verilməsi üçün müraciət edilsin.

11 sentyabr 2000-ci il qərarları
4. MM-ə seçkilərlə bağlı baş vermiş saxtakarlıqlar və qanun-suzluqlar haqqında Ali Məclisin Rəyasət Heyətinin Bəyanatı qəbul edilsin
7. AXCP daxilində "Yurd" ictimai birliyinin 10.09.2000-ci il toplantısı ilə əlaqədar Bəyanat qəbul edilsin.

18 sentyabr 2000-ci il qərarları
1. AXCP AM Rəyasət Heyətinin Bəyanati qəbul edilsin
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiya, ictimai təşkilat və birliklərə Müraciət qəbul edilsin
3. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, Beynəlxalq Təşkilatların nümayəndəliklərinə Müraciət qəbul edilsin
8."Yurd" birliyinin təmsilçiləri ilə hər hansı şərtlər daxilin-də partiyadaxili məsələlərin müzakirəsi yolverilməz hesab edilsin

25 sentyabr 2000-ci il qərarları
4. AXCP Ali Məclisinin Rəyasət Heyətinin keçmiş AXC üzvlərinə, bütün ELÇİBƏYsevərlərə və "Yurd" ictimai birliyinun sıravi üzvlərinə Müraciəti qəbul edilsin. Müraciət mətbuatda işıqlandırılsın.

06 oktyabr 2000-ci il qərarları
4. Birgə qurultaya gedilməsi haqqında təkliflər paketi qəbul edilsin və həmin təkliflər 07.10.2000-cı ilə kimi təqdim edilsin.
5. DK-nın birgə qurultay keçirilməsi barədəki fikir və tövsiyələri nəzərə alınsın.

13 oktyabr 2000-ci il qərarları
5. AXCP Nizamnaməsinin III.6, III.7, III.8 bəndlərini dəfələrlə pozduqlarına, partiya daxilində paralel təşkilat yaratdıqlarına, AXCP-nin və onun sədri Ə. ELÇİBƏYin siyasi xəttinə dönük çıxdıqlarına, uzun zaman mərhum sədrimiz ELÇİBƏYi psixoloji-mənəvi terrora məruz qoyduqlarına, partiyada bölücülük, ayrıseçkilik və təfriqəçilik yaratdıqlarına, Milli-demokratik qüvvələrin və mıüxalifətin birliyinə ciddi zərbələr vurduqlarına, mövcud iqtidarın siyasi hakimiyyətinin ömrünün uzadılmasına xidmət etdiklərinə və iqtidarla işbirli-yindəki əməllərinə və s., Məramnaməyə zidd fəaliyyətlərinə görə Kərimov Əli, Əliyev Qulamhüseyin, Mollazadə Asim, Həsə-nov Cəmil, Paşayev Arif, Vəliyev İbrahim, Nuriyev Əliməmməd, Mustafayev Fuad, Həsənquliyev Qüdrət, İmanov Məhəmməd və Qədirov Azad AXCP üzvülüyündən xaric olunsunlar.

16 oktyabr 2000-ci il qərarları
11. Mövcud siyasi şəraitlə bağlı AXCP üzvlərinə Müraciət qəbul edilsin.
13. Partiyadaxili durumla bağlı AR Ədliyyə Nazirliyinə Müraciət qəbul edilsin.

QEYD:
"Yurd"un təzyiqi altında Nizamnamə pozuntusu ilə qəbul edilmiş aşağıdakı qərarlar ləğv edilmişdir:
-sentyabr 1997- AXCP Nəzarət Təftiş Komissiyasının sədri Şamil Quliyevin NTK üzvlüyündən çıxarılması haqqında AXCP AM Rəyasət Heyətinin qərarı
-1997- AXCP Gənclər Komitəsinin sədri Oqtay Güləliyevin AXCP sıralarından çıxarılması haqqında AXCP AM Rəyasət Heyətinin qərarı
-1997- Natiq Ələsgərovun AXCP sıralarından çıxarılması haqqında AXCP AM Rəyasət Heyətinin qərarı
-1997- Yaşar Məmmədlinin AXCP sıralarından çıxarılması haqqında AXCP AM Rəyasət Heyətinin qərarı
-08.02.00- AXCP sədrinin müavini Fazil Qəzənfəroğluna xəbərdarlıq edilməsi haqqında AXCP AM Rəyasət Heyətinin qərarı
-14.02.00- AXCP Xətai rayon şöbəsi Məclisinin sədri Azər Quliyevin AXCP sıralarından çıxarılması haqqında AXCP AM Rəyasət Heyətinin qərarı
-iyun 1997- Mehman Əhmədovun AXCP sralarında xaric olunması haqqında BDU şöbəsinin qərarı.


Qeyd: "Yurd"un AXC-AXCP-dəki pozuculuq fəaliyyəti ilə bağlı:
-AXCP ali orqanları tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə, Ədliyyə Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına çoxsaylı məlumatlar verilmişdir.
-AXCP rayon (şəhər) şöbələri orqanları tərəfindən çoxsaylı qərarlar qəbul edilmişdir.
-AXCP rayon (şəhər) şöbələrinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, Ədliyyə Nazirliyinə, Ali Məhkə-məyə, Sumqayıt şəhər Xalq Məhkəməsinə, Nəsimi rayon Xalq Məhkəməsinə çoxsaylı müraciətləri olmuşdur.



AXC - AXCP- də "Yurd"un pozuculqfəaliyyəti ilə bağlı bəzi etiraz aksiyaları, müraciətlər, bəyanatlar və qətnamələr

22.01.1994: "Ölkənin bütün cəbhəçiləri birləşin"- sıravi cəbhəçi
Loğman Səmimovun Müraciəti ("Azadlıq" qəzeti)
1994: BƏK-n Müraciətləri
1995: AXC Nizami rayon şöbəsinin Bəyanatı
(AXC-ni tərk etmələri haqqında)
1996: Nəsimi, Qubadlı, Əzizbəyov, Ağdam, Şəki şöbələrin-
dən qrup şəklində partiyadan uzaqlaşmışlar
1997: AXCP-nin 11 rayon şöbə rəhbərlərinin Müraciəti
1998: AM-in 1/3 tərkibinə namizədlikləri verilmiş adam-
ların AM RH-nə etiraz əlaməti olaraq namizədlik-
lərini geri götürməsi
1998: AXCP İsmayıllı rayon şöbəsinin bəyanatı (AXC-ni
tərk etmələri haqqında)
-------------------------------------------------------------------------------

06.03.00: AXCP sədr müavini, Fazil Qəzənfəroğlunun AXCP
şöbə sədrlərinə, AM üzvlərinə, NTK- larına Müraciəti
18.03.00: AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbilin
AXCP AM üzvlərinə Müraciəti (RH tərəfindən edilən
saxtakarlıqlarla bağlı)
13.07.00: AXCP sədr müavinləri Mirmahmud Fəttayev, Fazil
Qəzənfəroğlu, Əli Məsimov, Zəlimxan Məmmədlinin
Müraciəti (ilkin seçkilərlə bağlı)
17.07.00: AXCP sədr müavinləri Mirmahmud Fəttayev, Fazil
Qəzənfəroğlu, Əli Məsimov, Zəlimxan Məmmədlinin
Bəyanəti (ilkin seçkilərlə bağlı)
18.07.00:AXCP üzvü olan aydınların bəyanatı(ilkin seçkilərlə bağlı)
23.07.00: AXCP AM sesiyasını tərk etmiş AM üzvlərinin və şöbə
sədrlərinin Bəyanatı (sesiyanın saxtakarlıqla
(yetərsaysız) keçirilməsi ilə əlaqədar)
05.08.00: AXCP rayon (şəhər) şöbə sədrlərinin 5 avqust
ümumrespublika müşavirəsinin Qətnaməsi
19.08.00: 1. AXCP AM-nin Mərkəzi Seçki Komis. Müraciəti
2. AXCP AM-nin AXCP üzvlərinə Müraciəti
3. AXCP AM-nin AXCP-dən kənarda qalan şöbə
rəhbərlərinə və sıravi üzvlərinə Müraciəti
4. AXCP AM-nin Beynəlxalq təşkilatlara, siyasi
partiyalara, ictimai təşkilatlara, xarici ölkə
səfirliklərinə, Ədliyyə Nazirliyinə Müraciəti
5. AXCP AM-nin AXCP sədri Ə. Elçibəyə Müraciəti
29.08.00: AXCP AM RH-nin AXCP üzvlərinə Müraciəti
03.09.00: 1.AXCP AM-nin Azərbaycan xalqına Müraciəti
2.AXCP AM-nin partiyadaxili durumla bağlı Bəyanatı
3.AXCP AM-nin "Yurd"un AXCP adından propor-
sional seçki sistemi üzrə namizədlər siyahısının MSK
tərəfindən qeydə alınması ilə bağlı Bəyanatı
04.09.00:AXCP AM sədri Mirmahmud Fəttayevin Q.Əliyevə
Müraciəti (AXCP-nin möhür və ştampı ilə əlaqədar)
04.09.00: AXCP AM sədri Mirmahmud Fəttayevin Q.Əliyevə
Müraciəti (AXCP AM-nin arxiv sənədləri ilə əlaqədar)
09.09.00: AXCP N TK-nın 10.09.2000 tarixində "AXCP Ali
Məclisinin sesiyası" adı altında çağrılmış toplantı
iştirakçılarına Müraciəti
18.09.00: 1.AXCP AM RH-nin Bəyanatı (MSK Q.Həsənquliye-
vin qanunsuz hərəkətinə son qoysun)
2.AXCP AM RH-nin respublikada fəaliyyət göstərən
siyasi partiya, ictimai təşkilat və birliklərə Müraciəti
3.AXCP AM RH-nin Azərbaycan Respublikasında
fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, Beynəl-
xalq təşkilatların nümayəndəliklərinə Müraciəti
25.09.00: AXCP AM RH-nin keçmiş AXCP üzvlərinə, bütün
ELÇİBƏYsevərlərə və "Yurd" mənfəət qrupunun
sıravi üzvlərinə Müraciəti
:AXCP Ali Məclis sədri M.Fəttayevin Azərbaycan
Respublikası MSK sədri M.Pənahova Müraciəti
:AXCP Ali Məclis sədri M.Fəttayevin Azərbaycan Res-
publikası Ədliyyə naziri F.Məmmədova Müraciətləri
29.10.00:AXCP Ali Məclisinin sədri Mirmahmud Fəttayevin
hesabat məruzəsi AXCP III (VI) Qurultayının qərarı
:AXCP III (VI) Qurultayının Azərbaycan xalqına Müraciəti
:AXCP III (VI) Qurultayının Qətnaməsi

Hiç yorum yok:

Yorum Gönder