- AXCP daxilindəki 'Yurd' ictimai birliyinin pozuculuq fəaliyyətini yoxlamaq üçün 9 nəfərdən ibarət Xüsusi Komissiya yaradılsın, icrası AXCP AM Rəyasət Heyətinə tapşırılsın.
- Yurd' ictimai birliyinin AXC-AXCP-nin rayon (şəhər) şöbələrindəki fəaliyyətini araşdırmaq və nəticələrini AXCP Ali Məclisinin Xüsusi Komissiyasına təqdim etmək üçün partiyanın rayon (şəhər) şöbələrində rəhbərlikdən (şöbə sədri, Ali Məclis üzvü, Məclis sədri, NTK) ibarət komissiyalar yaradılsın.
- Yoxlamaların ümumiləşdirilmiş nəticələri AXCP Ali Məclisinə, Ədliyyə Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına təqdim edilsin.
AXCP Ali Məclisinin Rəyasət Heyəti 4 sentyabr 2000-ci ildə Ali Məclisin 03.09.00 tarixli qərarına uyğun olaraq AXCP daxilindəki 'Yurd' ictimai birliyinin fəaliyyətini yoxlamaq üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaratmışdır:
- Bəybala Əbil,
- Yusif Sevdimaliyev,
- Vahid Orucov,
- Arzu Səmədbəyli,
- Mirvari Naibova,
- Şamil Quliyev,
- Hüseyn Məlikov,
- Əlbaba Rzayev,
- Məcid Məmmədov.
Xüsusi Komissiya ilk iclaslarında təşkilati məsələlərə baxmış (Komissiyanın sədri-Bəybala Əbil, katibi-Məcid Məmmədov seçilmişlər) və Komissiyanın aşağıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir:
- 'Yurd' ictimai birliyinin strukturu və təbliğat mexanizmi;
- 'Yurd' ictimayi birliyinin AXC-AXCP-nin hüquqi bazasına və normativ sənədlərinə məqsədyönlü şəkildə yaratdığı problemlər;
- 'Yurd' ictimayi birliyinin AXC-AXCP-nin təşkilat işlərindəki pozuculuq fəaliyyəti;
- 'Yurd' ictimayi birliyinin seçkilərlə bağlı pozuculuq fəaliyyəti;
- 'Yurd' ictimai birliyinin maliyyə və digər fırıldaqları;
- 'Yurd' tərəfindən 'Azadlıq' qəzetinin AXC-AXCP-yə və ELÇİBƏYə qarşı çevrilməsi və digər mətbuat orqanlarında sifarişli yazıların təşkili.
Xüsusi Komissiya fəaliyyət istiqamətlərinə uyğun olaraq AXC-AXCP qurultaylarının, Nəzarət Təftiş Komissiyalarının, Ali Məclislərinin, AM Rəyasət Heyyətlərinin, Sədr Aparatlarının, rayon (şəhər) şöbələrinin 'Yurd'un fəaliyyəti ilə bağlı qərarlarını, tövsiyələrini, arayışlarını və müxtəlif sənədlərini, həmçinin ölkəmizdə keçirilən seçkilərlə (1995, 1998, 1999, 2000) bağlı sənədləri, Kütləvi İnformasiya Vasitələrinin materiallarını (o cümlədən; əldə edə bildiyi: 25 adda qəzetin 200-dən çox sayını,1 dərgi,3 kitab, video və audio materiallar) toplayaraq araşdırmalar aparmışdır.
'Yurd' ictimai birliyinin AXC-AXCP daxilindəki pozuculuq fəaliyyəti AXCP-nin III (VI) Qurultayında, Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclaslarında, Ali Məclisinin iclaslarında (əsasən 03 sentyabr 2000-ci il, 11 noyabr 2001-ci il, 07 iyul 2002-ci il tarixli), AM Rəyasət Heyətinin çoxsaylı iclaslarında, rayon (şəhər) şöbələrinin konfranslarında, Məclislərində müzakirə edilmiş və uyğun qərarlar qəbul edilmişdir.
Xüsusi Komissiyanın təqdim olunan bu arayışında 'Yurd' ictimai birliyinin fəaliyyəti ilə bağlı sənədlər və araşdırmalar, həmçinin AXCP ali orqanlarının 'Yurd' haqqında qəbul etdiyi qərarlar və tövsiyələr toplanmışdır.
Hiç yorum yok:
Yorum Gönder