AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASININ ALİ MƏCLİSİ
"Yurd" birliyinin AXC-AXCP daxilində fəaliyyəti ilə əlaqədar AXCP III(VI) Qurultayın, Ali Məclisin, AM Rəyasət Heyətinin qərarlarını əsas götürərək, AXCP AM-nin "AXCP daxilində "Yurd" birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiya"nın hesabatını müzakirə edərək
qərara alır:
1. AXCP AM-nin "AXCP daxilində "Yurd" birliyinin fəaliyyətini yoxlayan xüsusi Komissiya"nın arayışı nəzərə alınsın.
2."Yurd" birliyi rəhbərlərinin AXC-AXCP daxilində fəaliyyəti dövründə təşkilat daxilində paralel sturukturlar yaradaraq, təşkilat üzvlərinə və rayon (şəhər) şöbələrinə ikili standartlarla yanaşdıqlarından AXC-AXCP Nizamnaməsinin tələblərini pozduqlarını və nəticə etibarı ilə AXCP-nin monolitliyini sarsıtmaq yolu ilə onu formal təşkilata çevirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərdikləri qeyd edilsin.
3."Yurd" birliyi rəhbərlərinin pozuculuq fəaliyyəti nəticəsin-də ictimai fikirdə AXCP-yə, ümumilikdə isə milli demokratik qüvvələrin birliyinə bir müddət inamın azalması prosesi baş vermiş, Əli Kərimov, Asim Mollazadə, Fuad Mustafayev, Qüdrət Həsənquliyev və digərləri demokratik dəyişikliklərə və tərəqqiyə gedən yolda ümummilli səylərin inteqrasiyasına mane olmuşlar. Həmin şəxslərin bu əməlləri qiyam yolu ilə hakimiy-yəti qəsb edərək milli demokratik sistemin gerçəkləşdirilməsinə maneçilik törədən mövcud iqtidarın bu gündə hakimiyyətdə qalmasının başlıca səbəblərindən biri hesab edilsin.
4.AXC-AXCP mərkəzi orqanlarında təmsil olunmuş Əli Kərimov, Qulamhüseyin Əliyev, Fuad Mustafayev, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Arif Paşayev və başqalarının ələ keçirdikləri (NTK, Ali Məclis, Sədr Aparatı, rayon (şəhər) şöbələri orqanlarının səlahiyyətlərini mənimsəmiş) AM Rəyasət Heyəti vasitəsiylə Yurd"un təşkilatı tam nəzarətə götürməsi və onu Məramnamə məqsədlərindən və fəaliyyətinin əsas istiqamətlərindən yayındırmaq məqsədi ilə:
-AXC-AXCP-nin hüquqi və normativ sənədlərində
-AXC-AXCP-nin təşkilat işlərində
-Qənimət Zahidov, Xaliq Bahadır, Bahəddin Həziyev, İbra-
him Məmmədov kimi yurdçuların, Əli Kərimovun nəzarətində olan "Azadlıq" qəzeti əməkdaşlarının bir qisminin, eləcə də digər kütləvi informasiya vastələrində çalışan həmfikirlərinin yazıla-rında AXCP sədrinə, milli demokratik düşərgənin öncıllərinə, ayrı-ayrı aydınlarımıza qarşı apardıqları kompaniyaları "Yurd" rəhbərliyi tərəfindən stimullaşdırmaqla məqsədyönlü problemlər yaratmaqları qeyd edilsin.
5."Yurd" birliyinin AXCP rəhbərliyində təmsil olunan üzvlərinin, eləcədə onların AXCP rayon (şəhər) şöbələrində təlimatlandırdıqları vəzifəli şəxslərin 1995-ci ildən başlayaraq ölkədə keçirilən seçkilərin nəticələrinin saxtalaşdırılmasında bilavastə və ya dolayısı ilə iştirak etdiklərinin, AXCP-nin imicinə ağır zərbə vurmaqla millim demokratik qüvvələrin seçkilərin demokratik keçirilməsi istiqamətindəki birgə fəaliyyətini minimuma endirmələrinin, AXCP-nin demokratik cəmiyyət quruculuğu sahəsindəki Məramnamə məqsədlərinin həyata keçirilməsinə əngəllər törətmələri və bununla da iqtidarın xalqın seçkilərə olan inamını qırmasına yardımçı olmalarının çoxsaylı faktlarla təsdiq olunduğu qeyd edilsin;
6.Beynəlxalq təşkilatlardan qrantlar alınmasında, "Yurd" birliyi üzvləri tərəfindən mənimsənilməsində,cəmiyyətdə demok-ratikləşmənin monitorinqinin keçirilməsi və azad mətbuata yardım adı altında aldıqları vəsaitlərdən təyinatı üzrə istifadə etməyən Əli Kərimov, Asim Mollazadə və Fuad Mustafayevin bu məqsədləri üçün AXCP-də vasitə kimi istifadə etdiklri haqqındakı mətbuat açıqlamalarının reallığa uyğun olduğu qeyd edilsin. AXC-AXCP-nin büdcə vəsaitləri və əmlaklarından Əli Kərimovun nəzarətsiz və qeydiyyatsız, müammalı və şəxsi məqsədlər üçün sərf etməsi haqqındakı məlumatların doğru olduğu təsdiq edilsin;
7."AXCP daxilində "Yurd" birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiya"nın arayışında əksini tapan və AXCP Nizamnaməsi tələblərini pozmaqla qəbul edilmiş AXCP Ali Məlisinin və AM Rəyasət heyətinin qərarları ləğv edilsin;
8.AXCP Ali Məclisinin bu qərarı barədə AXCP rayon (şəhər) şöbələri Məclislərinin sessiyalarında məlumat verilsin;
9."AXCP daxilində "Yurd" birliyinin pozuculuq fəaliyyətiniyoxlayan Xüsusi Komissiya"nın materiallarının ictimaiyyətə açıqlanması məqsədəuyğun hesab edilsin.
Hiç yorum yok:
Yorum Gönder