I - "Yurd" ictimai birliyinin strukturu və təbliğat mexanizmi

Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən cəmiyyətin demokratikləşməsini başlıca məqsəd-lərindən biri hesab etmiş və bu istiqamətdə ardıcıl mübarizə aparmışdır. Təsadüfü deyil ki, cəmiyyətimizdə yeni demokratik ənənələrin yaranmasında AXC-nin müstəsna rolu var. Belə dəyərlərin çoxu əvvəl AXC-nin içərisində yaranır, təcrübədən keçir, inkişaf etdirilərək zaman-zaman cəmiyyətə transfer edilmişdir. Məhz bu səbəbdən Xalq Cəbhəsi əsas məqsədlərindən yayınmamaqla daxilində gedən proseslərə (təşəbbüskarlıq, fikirmüxtəlifliyi, rəqabət, çoxpartiyalılıq…) təbii yanaşaraq onların inkişafına zəmin yaratmışdır.

AXC ictimai-siyasi təşkilat olduğundan onun daxilində müxtəlif ictimai qurumlar (Bakı Kəndlər Birliyi, Dilarə Əliyeva adına Qadın Hüqüqlarını Müdafüə Cəmiyyəti, 'Yurd' ictimai birliyi və s.), siyasi təşkilatlar (XAP, Sosial Demokrat, AMİP, Müsavat, Boz qurd, …) yaranmağa başlamış və formalaşdıqdan sonra ayrılıb müstəqil fəaliyyət göstərmişlər. Lakin bu təşkilatların heç biri 'Yurd' kimi fəaliyyət göstərməmişdir. 1991-ci ildən başlayaraq AXC Ali Məclisin tribunasından 'Yurd'la bağlı suallar səslənməyə başlamış və bu məsələ təşkilatın daxilində 2000-ci ilədək müxtəlif səviyyələrdə mübahisələr yaratmış, ciddi narahatlıq mənbəyi olmuşdur. 1993-94-cü illərdə Bakı Əlaqələn-dirmə Komitəsinin əsas tələbi AXC daxilindəki başqa təşkilatlar kimi 'Yurd'un da leqal fəaliyyət göstərməsi, onun məqsədi və tərkibinin AXC-dən gizli saxlanmaması idi.

'Yurd' rəhbərliyi bu sualları həm yüksək tribunalarda, həmdə kütləvi informasiya vasitələrində 'Yurd'un varlığını danaraq onu 'şərəfli keçmişləri' kimi cavablandırırdılar. Lakin bütün bunlarla bərabər 'Yurd'un AXC-AXCP-nin bazasında təşkilatlanması və AXC-AXCP-yə qarşı açıq fəaliyyəti ('Azadlıq' qəzetinin redaksiyasında çəbhəçilərin gözü qabağında keçirilən yığıncaqlar, bəzi cəbhəçilərin bu yığıncaqlara cəlb olunması, təşkilatın mərkəzi orqanlarının 'yurd'laşdırılması, təşkilatın 'yurd'çu rəhbərliyinin cəbhəçilərə, şöbələrə ikili standartlarla yanaşması…) genişlənərək illərlə davam etmişdir.

'Yurd'un AXC-AXCP-yə qarşı təbliğat mexanizmi haki-miyyətin təbliğat mexanizmi ilə tam üst-üstə düşürdü. Muzdlu yazarlar dəstəsi vasitəsi ilə təsirləri altında olan 'Azadlıq' və digər qəzetlərin səhifələrində cəbhəçilərə qarşı Sovet hakimiyyəti vaxtından işlədilən 'qaraguruh', 'mühafizəkar', 'fanatik' və s. ifadələri işlətməkdən çəkinmir, özlərini isə 'islahatçılar' adlandırmaqla təşkilatın parçalanması istiqamətində addımlar atırdılar. Sonradan mətbuatda etiraf etdikləri kimi, sovet KQB-sindən qalma ənənəylə 'Yurd'un şaiyə şöbəsi (bir hüquqşünasın rəhbərliyiyi ilə) fəaliyyət göstərmiş, ELÇİBƏY başda olmaqla cəbhəçilərə qarşı çeşidli şaiyələr yaymaqdan çəkinməmişlər.

İş o yerə çatmışdır ki, 'Yurd'un AXCP-də və ümumiyyətlə cəmiyyətdəki desturuktiv fəaliyyəti tam üzə çıxdıqda, onun yoxluğu ilə bağlı illərlə dedikləri yalanları 'ört-basdır' etmək üçün 2000-ci ilin iyulunda növbəti yalan uydurmaq məcbriyyətində qalmışlar. 'Azadlıq'qəzeti (11.07.2000) 'Yurd'a ənənəvi xidmətini göstərərək guya ''Yurd' birliyinin bərpası təşəbbüsünə' başlanması haqqında Qənimət Zahidovun müsahibəsini vermişdir. (FAKT: 3 il keçməsinə baxmayaraq ''Yurd' birliyinin bərpası' baş tutmadı. Çünki bu cür müsahibələr 'Yurd'un cəmiyyəti növbət aldatma cəhdindən başqa bir şey deyildi.)

Bütün bu səbəblərdən Xüsusi Komissiya 'Yurd'un AXC-AXCP əleyhinə təşkilat kimi fəaliyyəti ilə bağlı araşdırmalar aparmaq məcburiyyətində qaldı. Təkcə mənsub olduqları təşkilatın üzvlərini deyil, bütövlükdə cəmiyyəti illərlə aldadanların, yalan danışmağı özləri üçün yaşamaq vasitəsi hesab edənlərin, ölkəmizdə milli demokratik sistemin gerçəkləşməsinə mane olan qüvvələrin əlində vasitəyə çevrilməklə Azərbaycanın bu günü və sabahı üçün ciddi təhlükə mənbəyi olanları öz sözləri və sənədləri ilə cəmiyyətə təqdim etməyi özümüzə borc bildik.

Əvvəl 'yurd'çuların təşkilat olaraq özlərini danmaqları ilə əlaqədar mətbuatdakı çoxsaylı müsahibələrindən bir neçəsini təqdim edək:
Əli Kərimov:- …Mən fəxr edirəm ki, 1987-ci ildə, Sovet imperiyasının mənəm-mənəm deyən vaxtında belə bir birliyi yaratmışıq. Sonradan AXC yarananda biz hamımız cəbhəçi olmuşuq. İndi biz sadəcə AXCP-nin üzvləriyik, 'Yurd' birliyindəki fəaliyyətimiz keçmişdə qalıb. Biz keçmişimizi danmırıq və danmayacağıqda. O, çox şərəfli bir keçmişdir…
(Avrasiya qəzeti, 31 avqust 1997, Əli Kərimov: 'Yurd' birliyini yaratdığım üçün fəxr edirəm)
Yeni Müsavat: - Əli bəy 'Yurd' birliyi varmı?
Əli Kərimov: - Mən artıq neçənci dəfədir ki, cavab verirəm. 'Yurd' birliyi artıq yoxdur, ancaq onun barəsində söz-söhbətləri gündəlikdən düşməyə qoymurlar.
('Yeni Müsavat' qəzeti, 05 sentyabr 1999, Əli Kərimov: ''Yurd' artıq yoxdur)'
Ə.Kərimov:- …İndi Xalq Cəbhəsi rəhbərliyində olan adamların əksəriyyəti vaxtiylə 'Yurd' birliyində bir yerdə olublar… Bu kompaniya 1994-cü ildən başlayıb…'Yurd' bizim xoş bir tariximizdir, qürur duyduğum o tarixin elə həmin şəkildə də qalmasını istəyirəm…
('ŞƏRQ' qəzeti, 30 noyabr 1999-cu il, Əli Kərimov, 'ELÇİBƏYdən sonra namizədliyimi verəcəyəm')
…AXCP Rəyasət Heyətinin katibi Əliməmməd Nuriyev də ''Yurd' olub, bunu kim inkar edə bilər ki?' söylədi. 'Yurd' 1987-ci ildən AXC yaranana kimi mövcud olub. Bundan sonra bütün 'yurd'çular AXC-də toplaşdıqları üçün bu təşkilata ehtiyac olmayıb və o özünü buraxıb. 'Hal hazırda necə, 'Yurd' varmı sualına Ə.Nuriyev 'təbii ki, yoxdur' cavabını verdi. Sonra da əlavə etdi ki, 'biz öz şərəfli keşmişimizlə fəxr edirik'
('Yeni Musavat' qəzeti, 27.02. 2000, Fazil Qəzənfəroğlu: 'Əsl 'yurd'çu nankorluq etməz')
'Yurd' siyasi fəaliyyətlə məşğul olmayacaq'

Bunu tələbə hərəkatından çoxlarının yaxşı tanıdığı bir qurumun - 'Yurd' Birliyinin bərpası təşəbbüsüylə çıxış edən Qənimət Zahidov deyir:… -'Yurd'un bərpası ideyası 2-3 ay idi ki, müzakirə olunurdu. Nəhayət biz hazırlıq müzakirələrini başa vurmuş mərhələdəyik. Mən istəməzdim ki, bu mətbuata çıxsın…”

('Azadlıq' qəzeti, 11.07.2000)


İndi isə uzun illər utanmadan cəmiyyətə bu cür yalan deyənlərin AXC-AXCP üzvlərinə payladıqları 'Yurd' birliyinin sənədlərini, insanların ehtiyaclarından sui istifadə edərək onları öz doğma təşkilatlarına qarşı qoymaqla'xoş bir tarix' olan 'şərəfli bir keçmiş'də qalan, 'mövcud olmayan' bir təşkilatın üzvülüyünə qəbulla bağlı ərizələri təqdim edək. Sənədlər cəbhəçilər tərəfindən zaman-zaman AXC-AXCP-nin mərkəzi orqanlarına təqdim edilmişdir.

'Yurd' ictimai birliyinin Nizamnaməsi, Proqramı (müxtəlif vaxtlarda, həmçinin 'Azadlıq' nəşriyyatı tərəfindən çap edilmiş).
  • 'Yurd' ictimai birliyinin özəkləri və rayon şöbələri haqqında əsasnamə (Əli Kərimovun imzasıyla təsdiqlənmiş) 
  • 'Yurd' ictimai birliyi üvlüyünə qəbulla bağlı Əli Kərimovun adına tərtib olunmuş Ərizə forması
  • 'Yurd' ictimai birliyi üzvünün şəxsi vərəqəsi
  • 'Yurd' ictimai birliyinin rayon (şəhər) şöbəsinin üzvləri haqqında məlumat (FORMA N 1) (bax: I.2.senedler)
  • 'Yurd' birliyinə qəbulla bağlı ərizələr və şəxsi vərəqələrin bir hissəsinin siyahısı:
  • Əliyev Vüqar Zifər oğlu: ərizə və şəxsi vərəqə-01 sentyabr 1997-ci il. ('Bu gün'ün yazarı) (bax: I.2.senedler)
  • Əlibəyov Vəli Nemət oğlu: ərizə və şəxsi vərəqə- 01.sentyabr 1997- ci il. (bax: I.2.senedler)
  • Zamanov Məhəmməd Sevindik oğlu: ərizə və şəxsi vərəqə- 01 sentyabr 1997- ci il. (bax: I.2.senedler)
  • Kərimov Fəxri Tələt oğlu: ərizə və şəxsi vərəqə- 01 sentyabr 1997- ci il. (bax: I.2.senedler)
  • Hacı Əmrulla Dadaşzadə Balahüseyn oğlu: ərizə-15 fevral 1998-ci il, AXCP Əzizbəyov şöbəsinin sədri. (bax: I.2.senedler)
  • Babayev Fikrət Cavad oğlu: ərizə- 27 fevral 1998-ci il (bax: I.2.senedler)
Tarixlərindən göründüyü kimi ərizələrin çoxu Əli Kərimovun ''Yurd' bizim xoş bir tariximizdir' dediyi yuxarıda göstərilən müsahibəsindən ('Avrasiya' qəzeti 31 avqust 1997 - ci il) bir gün sonra yazılıb.

Araşdırılan dövrdə (1993-2000) 'Yurd' birliyinin fəaliyyəti (iclaslar, konfranslar, tədbirlər, aksiyalar, və s…) ilə bağlı mətbuatda heç bir məlumata rast gəlinməmişdir, 'Azadlıq' qəzetindəki başsağlıqlardan başqa.

İndi isə 'Yurd'un varlığı və onun təbliğat mexanizmi ilə bağlı bəzi etirafları, faktları nəzərinəzə çatdıraq:

1999-cu ilin axırına kimi 'Yurd'un fəallarından olan Mahir Səmədovun 'Yurd'la bağlı etirafları.
'ŞƏRQ' qəzeti:
'Ş.':- Bəlkə, ittiham olunan qrup səhf yolda dayandığını anlayıb?
M.S.-İnanmıram ki, səhflərini dərk etmək gücündədirlər. Ancaq nəticələri çox ağır olacaq. AXCP-də Kərimova son dərəcədə barışmaz olan adamlar var. O şəxslər indiyə qədər əxlaq və siyasi mədəniyyət nümayiş etdirərək, partiyadaxili vəziyyətin ictimai müzakirəyə çıxarılmasına tərəfdar olmayıblar…AXCP-də Kərimov və onun dəstəsinin yaratdığı saysız-hesabsız problemlər var…
M.S.- …mətbuatın yaratdığı Ə.Kərimov obrazı var. Fikir verin o nə vaxt populyarlaşmağa başladı. Deyək ki, son illər siyasi mübarizənin ən mürəkkəb məqamları olub. Ə.Kərimov isə bu məqamlarda nə şücaəti, nə fədakarlığı ilə önə çıxan lider olmayıb. Uydurulmuş, süni yaradılmış, təhrif olunmuş siyasi gücdür.
M.S.-… Əli Kərimov ELÇİBƏYin başının altına yastıq, ayağının altına qumbara qoyanlardandır… Onun dəstəsi ELÇİBƏYin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı 'Azadlıq' qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də niyə saxlamır?
M.S.- …Kərimov Azərbaycan reallığının üzə çıxardığı yox, mətbuatın yaratdığı liderdir. Elə mətbuatın əli ilədə məhv olacaq… Çünki Kərimov o qədər müəmmalı siyasi günahların daşıyıcısına çevrilib ki, aqibəti belə olmalı idi.
Ş:- 'Yurd'un iclaslarında olmusunuz?
M.S.- Əvvəllər hə. Qəzet redaktoru olandan sonra (1999-Xüsusi Komissiya) vaxtım çatmadı
Ş:-Ümumiyyətlə iclasların mövzusu nə olurdu?
M.S:-Ən çox gündəlikdə olan məsələ partiyanın ələ keçirilməsi, aparatda 'yurd'çuların yerləşdirilməsi. Amma sizə deyim ki, partiyanı ələ keçiriblər də. Qələbələrini sonadək saxlamağa isə müvəffəq olmayacaqlar.
M.S.-..Azərbaycan müxalifətinin inteqrasiyasına mane olan qurumun 'Yurd' olduğunu bəyan edirəm…
M.S.-..Təbii ki, 5 cangüdən saxlamaq, əksəriyyəti öz əhatəsində saxlayıb maddi nəzarət etmək, dövlət adamlarının yaşadığı mənzillərin qonşuluğunda ev almaq müəyyən qədər maddi zənginlik tələb edir. Siyasətçi o zənginliyi əldə etmək üçün nəyisə qurban verməlidir. Təəssüf ki, haqqında danışdığımız bu ambisioz qrup o kamforta öz siyasi gələcəyini qurban verdi. ('ŞƏRQ' qəzeti, 13 yanvar 2000, Mahir Səmədov:
'Əli Kərimov mətbuatın əli ilə məhv olacaq')
'…Mahir Səmədov- Eşitdiyimə görə, 92-ci ildə, ELÇİBƏYin hakimiyyəti vaxtında 'KQB'-də şaiyə strukturu ləğv olunub. Siyasi fəaliyyətlə məşğul olan bu uşaq-muşaqlar şaiyə seti yaradıblar. Mən dəhşətə gəlirəm ki, bu cavanlarda, həyat onları cəzalandırmayıb, insanlara nifrət haradandır?
Mahir Səmədov-..AXCP ən aparıcı qüvvədir. Baxın, bütün ambisiyaları, iddiaları bu partiyada reallaşan bir adamı- sədrin birinci müavini, millət vəkili, parlament fraksiyası rəhbərinin nə məqsədi var ki, partiya içində partiya yaratsın?' ('ŞƏRQ' qəzeti, 30 yanvar 2000-ci il. 'Qapı: Əli Kərimov qaçdı')

Mahir Səmədovun redaktor olduğu 'Ulus' qəzetində tam olmasada 'Yurd'un təbliğat şəbəkəsini vermişlər:

YURD'UN TƏBLIĞAT ŞƏBƏKƏSI

Onuda əlavə edək ki, jurnalistlər 'mətbəx xəbərlərini' əsasən Əli Kərimov və Fuad Mustafayevdən alırlar. Bütövlükdə isə 'Yurd'un təbliğat bürosunun 'icraçı direktoru' Əlməmməd Nuriyev sayılır'

AZADLIQ
Gündüz Tahirli
Qənimət Zahidov
İbrahim Məmmədov
Böyükağa Ağayev
Elxan Şahinoğlu
Səbuhi Qafarov

GÜNAYDIN
Xədicə İsmayılova

BU GÜN
Nəsib İsmayılov
Müşfiq Ələsgərli
Araz Zeynalov
Ənvər Əvəz
Vüqar Zifəroğlu
Vüsalə Mahirqızı

PALİTRA
Natiq Güləhmədoğlu

KASPİ
İnqilab Mməmədov
İlham Həmid

DETEKTİV
Qadir İbrahimli

ÜÇ nöqtə
Nurşən Quliyev
Faiq Ələkbərov

AYNA
Ceyhun Nəsibov
Şahin Abbasov

EKSPRESS
Xanoğlan Əhmədov
Qalib İbrahimoğlu
Zaur

BİZİM ƏSR
Samir Elmanoğlu
Vahid Abbas
Ruslan

YENİ MÜSAVAT
Elşad Paşasoy

YENİ AZƏRBAYCAN
Natiq Məmmədli
Naib Niftəliyev
Nardar Bayramov

7 GÜN
Asəf Quliyev
Fizuli Məhəmməd

MƏRKƏZ
Azər Rəşidoğlu
Anar Məmmədli
525-ci qəzet
Kərəm Nur Əyyam

TELESKOP
Cavanşir Həsənli
Xaqani Səfərov
Azər

EN-Pİ-EY informasiya agentliyi
Mürtəza Bünyadov

REZONANS
Əlizamin Şükürlü

PANORAMA
Mətin Yaşaroğlu
Mübariz

ULUS
Ülkər İsmayılqızı
Rəsul Mirhəşimli
Sucəddin Vaqifoğlu
VüqarYusifov
Siyahını redaksiyamıza 'Yurd' daxilindəki 'mənbə' təqdim edib'. ('Ulus' qəzeti,7(162),05.02.00(bax: I.2.senedler))

'Arif Paşayev: - Heç kəsə sirr deyilki, AXCP daxilində bir qrup var ' …AXCP sədrinin müavini bu qrupda Əli Kərimov, Asim Mollazadə, Cəmil Həsənli və başqalarının adları ilə bərabər öz adını da sadaladı. Arif bəyə bu qrup içində onun adını ilk dəfə eşitdiyimi söylədim. A.Paşayev isə cavabında 'qeyri rəsmi hallandırılırdı, indi isə özüm açıqlayıram' dedi. ('Yeni Musavat' qəzeti, 27 yanvar 1998)

'PS' qəzeti isə 18.02.2000 tarixli sayında AXCP rəhbərliyində təmsil olunan 'yurd'çuların AXCP və ELÇİBƏY əleyhinə sifarişli yazıların çapının mexanizmilərindən birini göstərmişdir:

'ELÇİBƏY HAQQINDA SIFARIŞLI YAZI

Bunu cəbhəçilər təşkil edir.

'PS' qəzeti nə adlarını saydıqlarımızın, nədə saymadıqları-mızın qəzetidir. Bu ola da bilməz.. Ona-buna 5-10 'şirvan'a mirzəlik edərək hamının onlara bənzədiyini gumanlaşdıranlara bunu demək istəyirik: 'Biz sizlər kimi gündə bir talaqla namusunu, əxlaqını satanlardan deyilik. Yeri gəlmişkən bunu da xatırladım ki, sizdən fərqli olaraq, biz istənilən vaxt kimlərin kimlərdən nə qədər pul aldığını, kimlərin 100 dollar alaraq məqalə yazdığını, kimlərin tapşırıqları hansı çayxanalarda aldığını yaza bilərik. Bunu hələlik etmirik. Amma bu söhbətləri edənlərin bir qrupuna ilkin xəbərdarlıq … Redaksiyamıza bu günə qədər sizin dediyinizdən fərqli olaraq, yalnız bir sifariş gəlib. Yazını AXCP rəhbərliyindən bir neçə şəxs hazırlayıb (adını hələ çəkmirik) və bir 'Yurd'çu redaksiyaya gətirərək, çap edilməsini, yazını başqa qəzetlərdə (təzə açılan 4 qəzetdə) davam etdirəcəyini bildirib. Nəzərinizə çatdırıram ki, 'Elçibəy qaraguruhun girovuna çevrilib' başlıqlı 'sifarış'li yazını ixtisarla olduğu kimi nəzərinizə çatdırırıq.

P.S. Digər 5-10 'şirvan'lıqlarla bağlı məlumatları nəzərinizə çatdıracağıq. Əxlaqsızlıq edən hər bir kəsə bizim cavab verməyə gücümüz çatır…' ('PS' qəzeti, say: 7(9), 18.02.2000. (bax: I.2.senedler))

'4 iyun qiyamına Əli Kərimov töhvəsi'
Ədalət Yusifov- AXC-AXCP Salyan rayon şöbəsinin sədri, AXC hakimiyyəti dövründə Salyan rayon icra hakimiyyəti başçısı
Müxbir:- Ədalət bəy, AXC hakimiyyətinin devrilməsində Ə.Kərimovun da xüsusi xidmətləri olduğunu vurğulamışdınız.
Ədalət Yusifov:- …Elburus Orucov ortaya çox maraqlı sənəd çıxartdı. Bu 704 nömrəli briqadanın yaradılmasından ötrü 1992-ci ilin iyununda və sentyabrında Rəhim Qazıyev tərəfindən imza-lanmış sərəncamlar idi. Briqadalardan biri bayaq dediyim zona-nı, yeni yaradılmış 704 isə Lənkəran və Lənkəran ətrafını əhatə edirdi. Köhnə 704-ün yerində rəhbərləri talış əsilli olan 877 nömrəli hərbi hissə yaradılmışdı. Elburus Orucov bildirdi ki, Rəhim Qazıyev mənim qarşıma şərt qoyub ki, Talış Müğan respublikası yaradılacaq və elan olunan vaxt Kür və Arazın üstündən körpülər sənin tərəfindən tutulmalıdır. Onun sözlərinə görə, R.Qazıyevin bu təklifini rədd etdiyi üçün vəzifəsindən uzaqlaşdırılmışdır.1992-ci ilin oktyabr ayında cənub regionunu əhatə edən 11 rayon icra başçıları ilə birlikdə Orucovun hərbi şəhərciyindəki evinə toplaşdıq. E.Orucov bütün məsələləri detallarına qədər açıb ortaya qoydu.

M:-Bu söylənilənlər haqda ELÇİBƏYə xəbər verdinizmi?

Ə.Y.:-Biz ümumilikdə qərar qəbul etdik ki, məsələləri ELÇİBƏYə çatdıraq …1992-ci ilin noyabr ayının 14-də E.Orucovla polkovnik-leytenant Fazil Əşrəf və mən Bakıya gəldik. Gəlməmişdən qabaq mən zəng edib Ə.Kərimova gəlişimizin məqsədini bildirmişdim. Görüşdən əvvəl mən 3-4 dəqiqə Kərimovla təkbətək söhbət edib məsələnin mahiyyətini ona çatdırmışdım. Sonra biz dördlükdə məsələni bir saat müzakirə etdik. Söhbət əsnasında qapı açıldı, içəri reportyorlar daxil oldular. Ə.Kərimov xahiş etdi ki, çöldə yarım saat gözləyək. Biz foyeyə çıxdıq. Mən Salyan rayonunun kuratoru Ə.Rzayevin qəbuluna getdim və E.Orucovdan xahiş etdim ki, reportyorlar çıxandan sonra məni çağırsınlar. Bir saat Ə.Rzayevin otağında oturduqdan sonra foyeyə çıxdım. Nə E.Orucovu, nədə Fazil Əşrəfi Kərimovun otağının qarşısında görmədim. Ə.Kərimovun otağına keçmək istədim. Lakin otaq bağlı idi. Qəbul otağı açıq olduğuna görə Kərimovun içəridə olduğunu bildim və qapını döyməyə başladım. Ə.Kərimov qapını açdı. Onu tər basmışdı. Mən ondan zabitləri soruşdum. Kərimov isə cavab verdi ki, xəbərim yoxdur, bax gör hara gediblər. Aşağı düşərək onları polisdən xəbər aldım.
M:-Orucovgilin hara getdiyini öyrənə bildinizmi?
Ə.Y.:-…Polis baş leytenantı dedi ki, zabitləri hərbi polisdən polkovnik Əmrahovun əmri ilə gəlib apardılar. Mən təlaş içərisində Ə.Kərimovun yanına qalxıb onunla təkrar görüşdüm. Bildirdim ki, onlar sizin yanınızda olublar və aşağıdan mənə verilən məlumata görə, polkovnik Əmrahovun rəhbərliyi ilə hərbi polisdən gələn dəstə aşağıdan zəng edib razılığınızı alandan sonra yuxarı qalxıb sizin kabinetdə onları həbs ediblər. Kərimov mənə belə işlərlə məşğul olmamağı məsləhət gördü. 'Biz burada sadəcə olaraq müqəvvayıq. Siyasi hakimiyyətin təsir imkanları minimumdur. Bütün hakimiyyət polisin və hərbi qüvvələrin əlindədir. İstənilən vaxt bizim özümüzü burada həbs edə bilərlər. Dost kimi bildirirəm ki, bu işlərə qarışma. Başın ağrıyar'- deyə fikrini izah etdi. Mən çox pərt halda Salyana qayıtdım…
M:- E.Orucov və sizin PA-da olduğunuzu hərbi polisə kim çatdırmışdı?
Ə.Y.:- Bilmirəm. Ancaq onu deyə bilərəm ki, hərbi polisdən gələnlər yuxarı qalxmaq üçün Ə.Kərimovdan icazə alıblar. Onlar yuxarı qalxan müddətdə Kərimov E.Orucovgili içəri dəvət edib. Əmrahov gəlib onları Ə.Kərimovun kabinetində həbs edib.
M.:-AXCP hakimiyyətinin devrilməsində Ə.Kərimovun daha hansı xidmətləri olub?
Ə.Y.:-… O vaxt mənim çağırışımla formalaşmış 800 nəfərlik batalyon Ağdərədə döyüşdə idi. Ə.Kərimov mənə zəng edib batalyonda nə qədər silahlı qüvvənin olması ilə maraqlandı. Döyüşçülərin sayını ona dedikdən sonra mənə qəribə sual verdi: 'Onlardan neçəsi sənin əmrinlə mənə güllə atar? 'Cavab verdim ki, 400 nəfər. Dedi ki, 400 nəfəri hazırla, sənə komanda verəndə özün başda olmaqla mənim sərəncamımda ol. Məqsədi soruş-duqda dövlətin və siyasi hakimiyyətin saxlanması naminə olduğunu söylədi. Bunun niyə müdafiə nazirliyi tərəfdən və yaxud ELÇİBƏY tərəfindən aparılmadığını soruşanda Ə.Kəri-mov dedi ki, ELÇİBƏY qan tökərək hakimiyyəti saxlamaq fikirində deyil. Bizim məqsədimiz isə ELÇİBƏYi müvəqqəti hakimiyyətdən uzaqlaşdırmaq, qiyam və digər məsələləri qaydaya saldıqdan sonra isə hakimiyyətə qaytarmaqdır. O söhbətdən sonra bizim batalyonun rəhbəri iyun ayının 10-da MN-yə çağırılaraq vəzifədən azad olundu və batalyonun bütün təchizat və təminatı kəsildi. İyunun 11-də isə batalyon güclü hücuma məruz qalaraq çoxlu itki verdi.
M:- Sonralar da Ə.Kərimovun buna bənzər fəaliyyətinin şahidi olmusunuz?
Ə.Y.:- Bizim batalyon buraxılandan sonra 1993-cü il iyul ayının 5-də sonuncu silahları təhvil verdik. Ondan sonra DİN, MN və hərbi prokurorluq tərəfindən son patronadək ciddi yoxlamalar aparıldı. 1997-ci ilin mart ayına qədər mənim 'Yurd'la münasibətlərim normal idi. O dövrdən sonra özümə qarşı fikrin dəyişdi-yinin şahidi olmuşam. 1997-ci ilin aprel ayında informasiya aldım ki, DİN kollegiyasında mənim və batalyon üzvlərinin əlində bir batalyonu təchiz edəcək arsenalın olması məsələsi müzakirə olunur. Bu məsələnin yoxalanılması aşağı orqanlara tapşırılıb. Bununla bağlı mən yerli orqanlara dəvət edilmişəm və mənimlə bu barədə söhbətlər aparılıb. Dövlətin apardığı həmin təftişlə paralel olaraq mən öz təşkilatımızın daxilindən ikinci bir təftiş xəttinin aparıldığının şahidi oldum. O vaxt mən 'Yurd'a qarşı çıxmışdım və mənə qarşı ciddi şaiyə seti fəaliyyət göstərirdi.
M:- Təşkilatın daxilində aparılan təftiş rəsmi xarakter daşıyırdı?
Ə.Y.:- Xeyr. Bu mənə yaxın olan adam vasitəsilə aparılırdı. Guya ki, gəncliyin mənəvi ruhu ölüb, Qarabağ itirilir və təşkilatın bu işə dözüm göstərməsi hakimiyyətin xəyanətinə şərikli kimi xarakterizə edilirdi. Kərimovun koordinatoru bildirirdi ki, dövlət nəzarətindən kənarda nəyə gücümüz çatırsa, onu etməliyik. Əvvəl hərbi, taktiki və texniki cəhətdən hazırlanmış adamlardan ibarət diversiya qrupunun yaradılması məsləhət görüldü.Sonra bu qrupun ermənilərin arxasına atılması məslə-hət görülürdü. Bu taktiki hazırlığın keçirilməsi üçün bazanın tapılması, Çeçenistandan, Türkiyədən və yaxud Azərbaycandan düşmən arxasına keçməyin mümkünlüyü məndən soruşulurdu. Guya mənim haradasa sərhəddə yerləşən hərbi qüvvə-lərlə əlaqələrim var. Nəhayətdə isə məndən hərbi xəritələr və neçə nəfəri silahla təmin edə biləcəyim soruşulurdu. Bütün bunlar təftişin həm iqtidar, həm də kərimovçular tərəfindən aparılması prosesinin mərkəzləşdirilmiş qaydada idarə olunduğunu sübut etdi. 'Yurd' və dövlətin apardığı təftişdən sonra nəzarəti hərtə-rəfli həyata keçirmək üçün yaşadığım qəsəbənin mərkəzində 35 nəfərlik bölmə yaratdılar. … Əgər sabah Ə.Kərimov və yaxud onun ətrafından kimsə mənim söylədiklərimi şübhə altına alsa, mən bütün dediklərimi istənilən şəraitdə,hətta məhkəmədə belə sübuta yetirməyə hazıram.('Günaydın' qəzeti, 08.08.2000)

ELÇİBƏYin mətbuat xidmətinin rəhbəri Ədalət TAHİR-ZADƏnin iki münasibəti:

Ədalət TAHİRZADƏ: 'O, mənə bir nəfərlə bağlı giley elədi'
'…Sual:-Nə qane etmir sizi AXCP-də?
Ədalət Tahurzadə:-Deyirlər ki cəbhədə iki qüvvə var: biri 'islahatşılar', digəri 'klassiklər'. Mən bu bölgünü qəbul etmi-rəm. Cəbhədə iki qüvvə var. Biri 'yurd'çular, biri cəbhəçilər. Mən 'Yurd'u Cəbhə saymıram. …Bu, özünün geniş təbliğat şəbəkəsi olan müstəqil partiyadır. Cəbhə o partiyanın yerləşdiyi geniş qurumdur. Onun rəhbəri ELÇİBƏY idi. Heç kəsə gizli deyildi ki, 'Yurd' ELÇİBƏYi qəbul etmirdi… ELÇİBƏY dünyasını dəyişdiyi günə qədər onu təhqir edənlər məhz 'Yurd'-un təsir dairəsində olan qəzetlər idi. Ən ağrılı nöqtələrinə məhz 'Yurd'un təsir dairəsindəki qəzetlər sancırdılar.
Sual:- Onun özünün bu barədə sizinlə söhbəti olubmu?
Ə.T.:-… Sonuncu dəfə görüşəndə o, mənə bir nəfərlə bağlı giley elədi. Dedi ki, 'çox təəssüf ki, mən onu yoluna qaytara bilmədim'..
Sual:-Deməli 'yurd'çulardan kimsə Cəbhənin sədri olarsa, bu Cəbhə olmayacaq?
Ə.T.:-…'Yurd'dakıların böyük əksəriyyətinin Cəbhəyə dəxli yoxdur. Cəbhə 1989-cu uldə yaranıb. Bu gün 'Yurd' funksionerlərinin böyük əksəriyyətinin Meydan hadisələrindən xəbəri yoxdur.
Əgər 'Yurd' öz mətbuat orqanlarında ELÇİBƏYi söydürür-sə, onun liderliyini deyil, özünün liderliyini tanıdırsa, ELÇİBƏY-in göstərişlərindən açıq şəkildə imtina edirsə, onun mənəvi haqqı yoxdur ki, özünü cəbhəçi adlandırsın…. Onlar ELÇİBƏYə qarşı böyük ədalətsizlik, tərbiyəsizlik ediblər. ('Reytinq' qəzeti, 06.09.2000)

Ədalət TAHİRZADƏ: 'Cəbhənin taleyi cəbhəçi gözündə'
..ELÇİBƏYin qurduğu partiya indiyədək bütövdür. Və o, Mirmahmud MİRƏLİOĞLUnun rəhbərliyi ilə fəaliyyət göstərir! ELÇİBƏYin birbaşa varisi də məhz bu partiyadır. Bəs parçalanma görüntüsü yaradan nələrdir?
…həm Əli Kərimlinin başçılıq etdiyi, iqtidarın qanunlaşdırmasından sonra 'AXCP' adını qəsb edən və müstəqil fəaliyyətə başlayan 'Yurd' birliyinin, həmdə son vaxtlar 'birləşdirmə', 'bütövləşdirmə' şüarlarıyla meydana atılmış bölgəçi quruplaşmaların ELÇİBƏYin AXCP-sinə heç bir dəxli yoxdur.
'Yurd' birliyi. Hamının yaxşı yadındadır ki, 'Yurd' hələ ELÇİBƏYin sağlığında AXCP-nin tərkibində tam müstəqil bir partiyaya çevrilmişdir. ELÇİBƏYin Bakıda olmamasından yararlanaraq, 1995-də partiya rəhbərliyini ələ keşirmiş, 'Yurd'-un özünün başçısı (Əli Kərimli), ELÇİBƏYi lider kimi qəbul etməyən öz Rayon şöbələri, özünün möhkəm maliyyə qaynaqları (daha çox Asim Mollazadənin xəttiylə) və özünün geniş təbliğat şəbəkəsi vardı. Əli Krimli və onun 'Yurd'daşları hətta ELÇİBƏY Kələkidən Bakıya dönəndən sonra da partiya sədrinin nüfuzunun sındırılması, onun guya pariyanı idarə edə bilməməsi, Partiyada son sözü Ə.Kərimlinin söyləməsi görüntüsünün yaradılması, ELÇİBƏY tərəfdarlarının ən qaba və zorakı üsullarla partiyadan xaric edilməsi və sıxışdırılıb uzaqlaşdırılması… üçün əllərindən gələni etdilər…

ELÇİBƏYin mətbuat katibi olarkən özüm gördüm ki, Milli Liderimizə qarşı ən mütəşəkkil əks təbliğatı məhz 'Yurd'a məxsus KİV şəbəkəsi aparır və bu şəbəkəyə təlimatı özünü bu gün 'millət vəkili' adlandırmaqdan çəkinməyən bəzi siyasi kommersantlar elə partiya qərargahındaca verir. (Təsadüfü deyil ki, 'Yurda' məxsus qəzetlər hansı səbəbdənsə çıxmadıqda onların müxbirlərini gətirib, redaksiyası AXCP ilə bir binada yerləşən qəzetlərdə işə düzəldirdilər.)

'Yurd'çular hələ ELÇİBƏYin sağlığında rayon şöbələrinə təlqin edirdilər ki, iqtidarın 'islahatçılar'ıyla (İlham Əliyev qüvvələriylə) Cəbhənin 'islahatşılar'ı ('yurd'çular) bu gün sabah birləşərək hakimiyyətdə təmsil olunacaqlar (bununla onlar əsil cəbhəçiləri də şirnikləndirərək öz tərəflərinə çəkmək istəyirdilər). Bütün bunları nəzərə alan BƏY 12 iyun 2000-ci ildəki son təkbətək görüşümüzdə 'Yurd' lideri haqqında mənfi rəyini açıq şəkildə mənə bildirdi və 22 iyun 2000-də Bakı Mətbuat Klubyn-da Nəcəf Nəcəfovun anım gününə qatılanlar da ELÇİBƏYin bu münasibətinin şahidi oldular.

BƏY dünyasın dəyişdikdən sonra cəmi 6 deputat yerindən ötrü bütün müxalifətin mənafeyini satması və AXCP-nin deyil, bütövlükdə müxalifətin ciddi şəkildə parçalanmasının özülünü qoyması ELÇİBƏY siyasi xəttinə (xüsusən Bütöv Azərbaycan idealına) həmişə kinayəli gülüşlə yanaşmüş, 'praqmatik' 'Yurd'un yüksək ideallardan məhrum olduğunu və ELŞİBƏYin partiyası ilə heç bir mənəvi-ideloji tellə bağlanmadığını aydınca göstərməkdədir.

…Amma Hafiz Hacıyevin qurumu nə qədər Müsavat Partiyasıdırsa 'Yurd'da o qədər AXCP-dir.
M.MİRƏLİOĞLU deputat mandatını iqtidarın sifətinə çırpdıqdan, bununla da ELÇİBƏY partiyasının hakimiyyətlə alverə girməyəcəyini əyani şəkildə sübut etdikdən sonra AXCP-yə təzyiqlər qat-qat artdı
Bir aydan, bir ildən sonra neçə qurumun özünü AXCP adlandıracağını bilmirəm, ancaq bir şeyə sarsılmaz inamım var- ELÇİBƏYin yaratdığı AXCP-ni məhv etmək heç kəsə nəsib olmayacaq, çünki bu partiya ELÇİBƏYin ruhundan yaranıb və bu ruh minlərlə ELÇİBƏY mürüdünə hopub. ELÇİBƏY davam-çısı olan əsl cəbhəçilər qoy heç nədən çəkinib eləməsinlər- iqtidar AXCP adından 77 partiya yarada bilər, yaxud bu adın hətta çəkilməsini də yasaqlamağı bacarar, ancaq əsl Cəbhə ELÇİBƏ-Yin ideyalarını yaşadan və güclü Azərbaycan dövləti qurmaq yolunda dönməz mübarizəsylə Ölümsüz Liderimizin müqəddəs ruhunu sevindirən əqidə insanlarının birliyi olacaq! ELÇİBƏY-dən ayrılmayın! ELÇİdən uzaqlaşan İblisin qucağına düşəcək!
Tanrı bizi cahilliyimizdən qorusun. Amin! ('Yeni Musavat' qəzeti, 27.07.2002)


I.2.senedler
1.'Yurd' birliyinin Nizamnaməsi (5 səhifə)
2.'Yurd' birliyinin Proqramı (3 səhifə)
3.'Yurd' ictimai birliyinin Proqram və Nizamnaməsi (8 səhifə)
4.'Yurd' birliyinin özəkləri və rayon şöbələri haqqında
Əsasnamə (Ə.Kərimovun imzasıyla)
5.'Yurd' birliyinin Ərizə forması
6.'Yurd' birliyi üzvünün şəxsi vərəqəsi
7.'Yurd' birliyi rayon (şəhər) şöbəsinin üzvləri haqqında
məlumat. FORMA N 1 (bax: səhifə-40)
8.'Yurd' birliyinə qəbul ərzələri, şəxsi vərəqələr və digər sənədlər
9.'PS' qəzeti, say: 7(9), 18.02.2000,
'ELÇİBƏY haqqında sifarişli yazı' (bax: səhifə-26)
10.'Azadlıq' qəzeti, 30.05.2000,
'AXC-nin ildönümü Novxanıda keçdi'
11.'Azadlıq' qəzeti, 17.06.2000, 'Mitinq olmayacaq'
12.'Ulus' qəzeti, 7(162), 05.02.2000,
''Yurd'un təbliğat şəbəkəsi' (bax: səhifə-27)
13.'Yeni Düıüncə' dərgisi, 9-15 ŞUBAT, 2001 YIL
'Gerçeklikler karanlıkta kalmasın' (bax: səhifə-28-29)
14.Qəzetlər, dərgi və kitablar (bax: səhifə- 180)

Hiç yorum yok:

Yorum Gönder