1995-ci il Parlament seçkiləri
Qaradağ: 1995: Parlament seçkiləri zamanı millət vəkilli-yinə namizədlərin verilməsi vaxtı ilə bağlı seçki qaydalarında dəyişiklik edildi. İlham Əliyevin Qaradağdan millət vəkilliyinə namizədliyi verildi. Maraqlıdır ki, Qaradağda cəbhənin seçkilər-də öz namizədi (Bəybala Əbilov) ilə iştirak təşəbbüsü şöbənin "Yurd"la (Əli Kərimovla) əlaqəli olan üzvlərinin (Təvəkgül İsmayılov, Həşim Qafarov) narahatlığına səbəb olmuş və nəticə etibarı ilə bu adamlar rayon şöbəsinin seçkilərə hazırlıq işlərinə mane olmağa başlamışlar. Rayon şöbəsinin çox ciddi şəkildə seçkilərə hazırlaşması, seçki ərəfəsində baş verən qanun pozuntularının şöbə tərəfindən üzə çıxarılması və bunlarla bağlı Bəybala Əbilovun dövlətin ali orqanlarına, beynəlxalq təşkilatla-ra, Kütləvi İnformasiya vasitələrinə müraciəti, artıq Qaradağda seçkilərin saxtalaşdırılacağı haqqında ictimaiyyətə verilən mesaj idi. Bu isə iqtidarın və "Yurd"un ciddi narahatlığına səbəb olmuşdur. Çünki bir beynəlxalq təşkilatın nümayəndəsinin dediyi kimi Qaradağda Heydər Əliyevin vərəsəlik problemi həll olunurdu. Məhz buna görə İlham Əliyevin "seçkisi" "normal" yəni şikayətsiz keçməli idi. Lakin rayon şöbəsinin seçkilərə yüksək hazırlığı və müraciət "Yurd"un iqtidar qarşısındakı öhdəliyini pozmuşdur. Məhz buna görə iqtidarın və "Yurd"un bütün imkanları səfərbərliyə alınmış və şöbəyə qarşı təzyiqlər hər iki tərəfdən artmağa başlamışdır. Qərargahı alındıqdan (sentyabr 1994) sonra uzun müddət açıq havada yığıncaq keçirən cəbhəçilər növbəti dəfə açıq havada seçkilərlə bağlı Məclislərini (22.10.1995) keçirərkən iclası keçirmək üçün Mədəniyyət Sarayının müdiri tərəfindən (İcra Hakimiyyətinin tapşırığı ilə) Mədəniyyət Sarayına dəvət olunmuşlar. Məclis üzvləri təəccüb etsələr də dəvəti qəbul etmişlər. Mədəniyyət Sarayında keçirilən Məclisin seçki qanunun pozuntuları ilə bağlı qəbul etmək istədiyi Bəyanata Məclisin sədri Həşim Qafarov mane olmaq istəsə də məqsədinə nail ola bilməmişdir. Təvəkgül İsmayılovun, Həşim Qafarovun pozuculuq fəaliyyəti nəticəsində rayon şöbəsinin Məclisi 1 ilə yaxın iflic vəziyyətində qalmış, H.Qafarov və T..İsmayılov AXCP sıralarından uzaqlaşdırıldıqdan sonra Məclisin normal fəaliyyəti bərpa edilmişdir.
Gədəbəy: Saxtakarlıqla Parlamentin mütləq əksəriyyətini ələ keçirən iqtidar seçkiyə demokratik don geydirmək, həm də müxalifətin guya xalq tərəfindən dəstəyi yoxdur motivi ilə bar-maq hesabı sayda müxalifət nümayəndəsini Parlamentə bura- xırdı. Proporsional seçkidə AXCP-nin nüfüzü ilə hesablaşmaq məcburiyyətində qalsa da mojaritar seçkidə müxalifətdən verilən bütün namizədlərə qarşı hər cür saxtakarlıq, təzyiq üsullarından istifadə edilirdi. Məlumdur ki, bu iqtidarın 1993-cü ildən başlayaraq keçirdiyi bütün seçkilər, o cümlədən 1995-ci il seçkiləri də iqtidarın tam nəzarəti altında saxtakarlıq şəraitində keçirilmişdir. Bütün seçki dairələrindən verilmiş AXCP nüma-yəndələri seçki prosesindən tam uzaqlaşdırılmasına baxmayaraq "Yurd" nümayəndəsi Nizami Quliyevin Gədəbəy seçki dairəsin-dəki "uğuru"nun səbəbi onun 1995-ci ildən bəri davam edən deputatlıq fəaliyyətində aydın görünür.
1998-ci il Prezident seçkilərini
"Yurd" qrant daşıyan qurumları (Azərbaycanda Demokratiyanın İnkişaf Fondu (ADİF), Vətəndaş Cəmiyyəti Uğrunda (VCU)…) vasitəsilə gəlir mənbəyinə çevirərək yeni qəzetlər, muzdlu yazarlar dəstəsi, cangüdənlər və s … problemlərini həll edirdi.
1999-cu il Bələdiyyə seçkilərində
"Yurd"un AXCP-nin mənafeyi əleyhinə iqtidarla getdiyi sövdələşmələrlə bağlı çoxlu faktlar var. Bu faktlar AXCP-nin müxtəlif orqanlarında cox ciddi müzakirələrə səbəb olmuş, bir hissəsi mətbuat səhifələrinə çıxmışdır. Bunlardan bəzi nümunələr:
"Yurd" əksər dairələrdə iqtidarla əlaqəyə girsə də bir çox rayon şöbələri bu sövdələşmənin qarşısını ala bimişdir
Səbayil rayonunda: "Bələdiyyə seçkilərində Həsən Kərimov Səbayil rayon İcra Hakimiyyəti ilə danışıqlara gedərək 3 nəfər "yurd"çunun bələdiyyəyə seçilməsinə razılıq alır. Bundan xəbər tutan rayon şöbəsi separat danışıqları pozaraq 12 nəfər cəbhəçinin bələdiyyəyə seçilməsinə nail olur. Seçkilərin nəticələrinin müzakirə olunduğu şöbə Məslisinin iclasında bir qrup tərəfindən "Yurd" şefinin tapşırığı ilə qarşıdurma yaradılmasına cəhd olunur, məqsədlərinə nail olmadıqda süni şikayətlər təşkil edilir."
Bəzi rayon şöbələrini müxtəlif vasitələrlə seçki prosesindən kənarda saxlamağa nail olmuşlar:
Nərimanov rayonunda: şöbə adından Nərimanov seçki dairəsinin 37 saylı seçki məntəqəsindəki "yurd"un nümayəndə-sinin AXCP seçki qərargahına (Əliməmməd Nuriyevə-XK) yazdığı məlumat:- "Mən 37 saylı məntəqənin üzvü Quliyev Kamandar Əhliyə oğlu məlumat verərək bildirirəm ki, üzvü olduğum məntəqədə Ələkbərov Cəmaləddin İbrahim oğlunun xeyrinə 125-ə qədər bülleten seçki qutusuna atmışam. Bu mənim Cəmaləddin müəllimə bir fayda olaraq xeyrinə çalışmışam. İnanıram ki, o Nərimanov rayon üzrə Bələdiyyə olacaq. 37 saylı məntəqə üzvü Quliyev Kamandar" (bax: səh.- 131)
Əslində Məntəqə Seçki Komissiyasının işində iştirak edən, lakin seçkinin mahiyyətini başa düşməyən belə nadanları aldadaraq cinayətə (seçkinin saxtalaşdırılmasına) sövq edənlər haqqında keçmiş "yurd"çu Mahir Səmədovun haqlı sualını xatırlatmaq yerinə düşər: "…Mən dəhşətə gəlirəm ki, bu cavanlarda, həyat onları cəzalandırmayıb, insanlara nifrət haradandır? ("ŞƏRQ", 30.01.2000)
AXCP sədri ELÇİBƏYin, AXCP Təşkilat şöbəsinin (bax: səhifə-132), əlaqədar qurumların, mətbuatın çoxsaylı tələblərinə baxmayaraq, bələdiyyə seçkilərindəki etdikləri cinayətləri gizlətmək məqsədilə AXCP-dən seçilmiş bələdiyyə üzvlərinin siyahısı gizli saxlanılaraq mətbuata vermədilər.
"AXCP siyahını çap etdirəcək": - …AXCP isə bələdiyyələ-rə 1387 nəfər üzvünün seçildiyini elan etsə də, siyahısını dərc etdirməmişdi. Bu məsələ ilə əlaqədar AXCP Ali Məclisinin katibi Əliməmməd Nuriyevlə əlaqə saxladıq. Əliməmməd bəy bildirdi ki, siyahı bu günlərdə aparıcı qəzetlərin birində çap olunacaq..." (həmin vaxt Ə.Nuriyev - AXCP Daimi Seçki Qərar-gahının sədri olub- XK) bax: "Yeni Müsavat", 01 aprel 2000 İctimaiyyətin və beynəlxalq insititların çoxsaylı tələblərinə baxmayaraq iqtidarın 1998-ci il Prezident seçkilərinin nəticələrini bu günə kimi çap etdirməməsi bu qüvvələrin təbiətinin eyniliyini göstərir.
Bələdiyyə seçkilərinin "müşahidə"sindən təyinatı üzrə
xərclənməyən qrant qazanclarını buraya əlavə etsək "Yurd"un seçki fəaliyyəti haqqında müəyyən təsəvvür yaranar.
2000-ci il Parlament seçkiləri
23 iyul 2000-ci il tarixli AXCP Ali Məclisində "Yurd" iqtidarın sifarişinə uyğun olaraq partiyanın proporsional seçki siyahısını təsdiqləmək istəsə də mümkün olmamış, iclasda iştirak edənlərin 44 nəfəri etiraz edərək zalı tərk etmiş, yetərsaysız (AM-in 108 üzvündən 48-nin iştirakı ilə) iclasın "qərarını" MSK-ya təqdim etməklə saxta parlamentin formalaşmasına "müxali-fət" xidmətini göstərmişlər. AXCP rayon (şəhər) şöbələrinin nümayəndələri "Yurd"un göstərişi, MSK katibi Qüdrət Həsənquliyevin vasitəsilə seçki komissiyaları tərkibindən uzaqlaşdırıldılar, onların yerinə AXCP-yə aidiyyatı olmayan adamları təyin etdirməklə saxtakarlığa tam şərait yaratdı. Maraqlıdır ki, seçkinin saxtakarlıqla keçdiyini hamıdan daha uca səslə "qışqıran" yurdçular seçkinin saxtalığını sübut etmək məq-sədi ilə seçki komissiyalarının protokollarını toplayan müxalifətə bir dənə də olsun seçki protokolu vermədilər, baxmayaraq ki, bütün seçki komissiyalarında (MSK, DSK,MSK) AXCP adından bir və ya iki nümayəndə ilə (nümayəndənin biri komissiyanın katibi olub) təmsil olunaraq həmin protokolları imzalayıblar. Sonda isə tam saxtakarlıqla formalaşmasına etiraz əlaməti olaraq Parlamentdə iştirak etməməklə bağlı 14 noyabr 2000-ci ildə müxalif partiya rəhbərləri ilə birlikdə sənəd imzalamaq-larına baxmayaraq, parlamentdə iştirak etdilər. Təsadüfi deyil ki, iqtidar nümayəndəsi İlham Əliyevə "yurd"çu deputatların 14 noyabr sənədini imzaladıqlarını dedikdə o, "narahat olmağa dəyməz, çünki onlar parlamentin işində iştirak edəcəklər" dedi. Onlar da (Əli Kərimov, Qulamhüseyin Əliyev, Asim Mollazadə, Cəmil Həsənli, Nizami Quliyev, Əliməmməd Nuriyev) iştirak etdilər.
"Yurd" 2000-ci il seçkilərində müxalifətin birgə mübari-zəsini əngəlləmək, "ELÇİBƏY-İSA QƏMBƏR" seçki blokunu pozmaq, iqtidarın istəyinə uyğun AXCP-nin proporsional seçki siyahısını "təsdiqləyərək" parlamentdə pay almaq və saxta parlamentdə iştirak etməklə onu legitimləşdirməkdən, bu məqsədlə hətta partiya sədri ELÇİBƏYin imzasının şübhə altına almaqdan çəkinmədilər.
İqtidardan deputatlıq və digər paylar almaqla bərabər seçkini maddi qazanc mənbəyinə çevirmək ənənələrinə sadiq qalaraq külli miqdarda mənimsəmədən çəkinmədilər.
Paradoksal vəziyyət alınır: Seçkilərin saxtalaşdırılmasında iqtidara xidmət edir (seçki komissiyalarında AXCP adından nümayəndələr protokolları imzalayır), müşahidə olunmasında (?) demokratik institutlara. Hər ikisindən də "haqq" alır. İqtidardan vəzifə (deputatlıq) - dolanışıq, qrant verən demokratik institutlardan pul, öz yaratdıqları jurnalist təşkilatlarından isə "jurnalistlərin dostu" adını.
Azərbaycanda demokratiyanın inkişafı üçün qrant ayıran bəzi təşkilatların mövqeyi də anlaşılmazdır. Onlar müxalifət ("AXCP") adından minlərlə saxta seşki protokollarını imzalayan "Yurd"la (Əli Kərimovla, Asim Mollazadəylə) seçki monitorinq-lərini keçirmək ənənələrini davam etdirirlər.
Mətbuatdan bir neçə məsələni nəzərinizə çatdıraq:
"AXCP-də yumruq davası"
"…Əli Cəfərovun (AXCP Nizami RŞ-nin sədri-XK) Ərazi Seçki Komissiyasının sədri ilə danışıqlara gedərək 6 nəfər namizədi qeydə aldırdığını bildirən mənbənin dediyinə görə, rayon şöbəsinin sədri bələdiyyələrə namizədliyini vermiş İ.Mirzəliyevə maneçilik törədib və onun namizədliyinin qeydə alınmasına yol verməyib." ("ŞƏRQ" qəzeti, 30.11.1999)
"Əli Kərimov mətbuatın əli ilə məhv olacaq:
Mahir Səmədov-…Azərbaycan müxalifətinin inteqrasiya-sına mane olan qurumun "Yurd" olduğunu bəyan edirəm…"
("ŞƏRQ" qəzeti, 13.01.2000)
"AXCP siyahını çap etdirəcək":
"…AXCP isə bələdiyyələrə 1387 nəfər üzvünün seçildiyini elan etsə də siyahısını dərc etdirməmişdi. Bu məsələ ilə əlaqədar AXCP Ali Məclisinin katibi Əliməmməd Nuriyevlə əlaqə saxladıq. Əliməmməd bəy bildirdi ki, siyahı bu günlərdə aparıcı qəzetlərin birində çap olunacaq..."
("Yeni Müsavat" qəzeti, Aynurə, 01.04.2000)
"ŞƏRQ": ""Yurd" barajı keçə bilməyib" Sənədlər sübut edir
"İntibah" Sosioloji Araşdırmalar Mərkəzi bu günlərdə artıq arxada qoyduğumuz parlament seçkilərinin nəticələrinə aid yeni faktları üzə çıxarıb. Faktlar əsasında sübut olunur ki, təkrar seçkidən sonra 6 deputatla parlamentdə təmsil olunan AXCP-nin "islahatçılar" qanadı əslində 4 noyabr seçkisində 6%-lik barajı keçə bilməyib…
…Qeyd olunur ki, saxtakarlığın birinci mərhələsində əsas hissə YAP-n payına düşsə də, burada "Yurd", VHP, AKP də diqqətdən kənarda qalmayıb. Sübut kimi əldə edilən cüt protokollar arasındakı fərqlər xüsüsi qeyd olunur… təkcə 6 saylı Yasamal birinci seçki dairəsinin 31-ci məntəqəsində ilk protokolda YAP-ın cəmi 208 səsi olduğu halda ikinci protokolda həmin rəqəm 633-ə qaldırılıb. Eyni zamanda AXCP ("Yurd") -nin səsləri 7-dən 36-ya, VHP-nin səsləri 2-dən 45-ə, AKP-nin səsləri 9-dan 45-ə, qədər artırılıb. Müsavat partiyasının səsləri isə həmin yolla 81-dən 45-ə endirilib. Digər partiyalardan ALP-nin də qazanmış olduğu səslər 32-dən 15-ə, ADP-nin səsləri 25-dən 9-a, AMİP-n səsləri isə 55-dən 44-ə qədər azaldılıb. 32 saylı Nizami (Gəncə), 62 saylı Qobustan-Siyəzən-Xızı seçki dairəsində də saxtakarlıq dərəcəsinə görə vəziyyət təxminən oxşardır. Təkcə bir məntəqədə "Yurd"un səsləri 9 dəfə (900%) artırılıb… Müsavat partiyasının qazanmış olduğu səslər isə 21,7 dəfə (2170%) azaldılıb. Əldə edilən cüt protokolların ümumi müqayisəsi əsasında müəyyən olunur ki, dairə seçki komissiyalarında VHP-nin səsləri 656,77%, "Yurd"un səsləri 237,81%, AKP-nin səsləri isə 450,55 dəfə artırılıb. Qeyd edək ki, hesablamalar seçkidən sonra müxtəlif məntəqələrdən toplanan 1600-ə yaxın seçki protokolu əsasında aparılıb. Beləliklə AXCP ("islahatçılar") qanadının seçki protokollarını açıqlamaqdan yayınmalarının səbəbləri bəlli olur".
("ŞƏRQ" qəzeti, 04.05.2001)
"95.000 dollar məbləğində qrantı Asim Mollazadə və Fuad Mustafayev xərcləyib? ("Ulus" qəzeti, 09.02.00). bax səh.-
"Müxalifət xaricdən necə maliyyələşir"
"…Qrantlar bütün il boyu müntəzəm alınsa da "Yurd"un ən gəlirli mövsümü seçkilərin keçirildiyi illərə təsadüf edir. Azər-baycanda isə seçki qrafiki belədir ki, burada prezident (1998), bələdiyyə (1999) və parlament seçkiləri bir birini əvəzləyir. "Yurd"un başlıca qrant donorları sırasında "Avrasiya", "Soros" (Açıq Cəmiyyət İnstitutu) və Fridrix Nauman Fondunun adı çəkilir. Lakin digər mənbələr də yox deyil… O da az maraq doğurmur ki, "Yurd"un qrant donorları arasında erməni əsilli sponsorlar da var. Bu barədə Azərbaycan mətbuatında müxtəlif yazılar dərc olunub. Həmin yazılarda "Yurd"un təkcə bir kanal - ADİF vasitəsiylə aldığı qrantların toplam məbləğini 311 min ABŞ dolları olduğu vurğulanır. O da bidirilir ki, erməni sponsor-ların əsas söz sahibi olduğu "Avrasiya" Fondunun "Yurd"a ayırdığı müxtəlif qrantların həcmi yüz minlərlə dollarla ölçülür."
("İki sahil" qəzeti, 17.10..2001)
Ədalət TAHİRZADƏ:
"O, mənə bir nəfərlə bağlı giley elədi"
"…Əbülfəz bəyin deputat siyahısındakı imzasının ekspertizaya göndərilməsi cəhdi mənim ürəyimi ağrıtdı. ELÇİBƏY üçün bundan böyük təhqir ola bilməzdi. Tutaq ki, sən xəstə, əli əsə-əsə qol çəkən ELÇİBƏYin imzasına inanmamalısan. Bunu biruzə vermisən. Bəs inanandan sonra ki, imza Əbüfəz bəyindir, nədən MSK-ya həmin siyahını deyil, özünün qondarma Ali Məclisindəki siyahını göndərdin. Deməli, sənin üçün o siyahıda olan iki nəfərin deputat seçilməsi ELÇİBƏYin bizə yadigar qoyub getdiyi Cəbhənin yaşamasından daha önəmlidir. Hansı haqla, hansı hüquqla onları cəbhəçi adlandırmaq olar? Ona görə də mən Cəbhədən kənarda olsam da onlarla barışmayacam. Onlar ELÇİBƏYə qarşı böyük ədalətsizlik, tərbiyəsizlik ediblər.
("Reytinq" qəzeti, 06.09.2000)
Ədalət TAHİRZADƏ: "Cəbhənin taleyi cəbhəçi gözündə"
BƏY dünyasını dəyişdikdən sonra cəmi 6 deputat yerindən ötrü bütün müxalifətin mənafeyini satması və AXCP-nin deyil, bütövlükdə müxalifətin ciddi şəkildə parçalanmasının özülünü qoyması…
…M.MİRƏLİOĞLU deputat mandatını iqtidarın sifətinə çırpdıqdan, bununla da ELÇİBƏY partiyasının hakimiyyətlə alverə girməyəcəyini əyani şəkildə sübut etdikdən sonra AXCP-yə təzyiqlər qat-qat artdı...
…"Yurd"u rəsmən AXCP kimi tanıdan H.Əliyev iqtidarı bununla həm dünyaya Azərbaycanda parlament müxalifətinin olduğunu göstərir, həm də xalqda AXCP-nin parçalandığı təsəvvürünü yaradır… ("Yeni Müsavat" qəzeti, 27.07.2002.)
SƏNƏDLƏR
-AXCP adından Bələdiyyə seçkilərində (1999) seçki məntəqəsində (Nərimanov rayonu) iştirak edən "Yurd" nümayəndəsinin (Quliyev Kamandar Əhliyə oğlu) AXCP seçki qərargahına məlumatı (bax: səhifə - 131)
-AXCP Daimi Seçki Qərargahına AXCP TŞ-nin müdir əvəzi Bəybala Əbilovun müraciəti (12 dekabr 1999-cu il Bələdiyyə seçkilərinin yekunları haqqında məlumat ilə əlaqədar) (bax: səhifə-132)
-AXCP MNTK-nın "AXCP Ali Məclisinin 23 iyul 2000-ci ildə keçirilən iclası ilə bağlı" rəyi
-AXCP sədri ELÇİBƏYin (Ankaradan) Ali Məclisə təqdim etdiyi proporsional seçki sistemi üzrə siyahı
-Parlament seçkilərində (2000) AXCP rayon şöbələri tərə-findən seçki komissiyalarına verilən nümayəndələrin siyahısı
-Parlament seçkilərində (2000) "Yurd"un Qüdrət Həsən-quliyev vasitəsilə dəyişdirdiyi seçki komissiyaları üzvlərinin siyahısı
- Azərbaycan Respublikasının Ali Məhkəməsinə (2000)
Surəti:Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına
Azərbaycan Xalq Cəbhəsi Patiyasının rayon şöbəsinin sədri
tərəfindən Mərkəzi Seçki Komissiyasının qərarından ŞİKAYƏT
-Azərbaycan Xalq Cəbhəsi Patiyası sədrinin təşkilat məsələləri üzrə müavini Mirmahmud Fəttayevin və Nəzarət Təftiş Komissiyasının sədri Mikayıl Rəhimovun Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Südabə xanım Həsənovaya Müraciəti (2000)
-AXCP Ali Məclisinin partiyanın daxilindəki "Yurd" birliyinn AXCP adından proporsional seçki sistemi üzrə namizədlər siyahısının Mərkəzi Seçki Komissiyasında qeydə alınması ilə bağlı BƏYANATI
AXCP AM Rəyasət Heyətinin bəyanatı (MSK katibi Qüdrət Həsənquliyevin qanunsuz hərəkətləri ilə bağlı)
-AXCP III (IV) Qurultayının Qətnaməsi (Parlament seçkiləri ilə əlaqədar)
-AXCP Ali Məclisinin sədri Mirmahmud Fəttayevin MSK katibi M.Pənahova müraciəti.
AXCP Nərimanov rayon şöbəsinin rayonun 37 saylı seçki məntəqəsindəki yurdçu nümayəndəsinin AXCP-nin seçki qərargahına göndərdiyi məlumat:
Məlumat latın qrafikasında:
Mən 37 saylı məntəqənin üzvü Quliyev Kamandar Əhliyə oğlu məlumat verərək bildirirəm ki, üzvü olduğum məntəqədə Ələkbərov Cəmaləddin İbrahim oğlunun xeyrinə 125 – qədər Bülleten seçki qutusuna atmışam. Bu mənim Cəmaləddin müəllimə bir qayda olaraq xeyrinə çalışmışam. İnanıram ki, o Nərimanov rayonu üzrə Bələdiyyə olacaq.
37 saylı məntəqənin üzvü Quliyev Kamandar Ə.o
imza 18.00
Bu təqdim olunur AXCP seçki qərargahına
AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbilovun AXCP Daimi Seçki Qərargahına "12 dekabr 1999-cu il Bələdiyyə seçkilərinin yekunları haqqında məlumat ilə əlaqədar " müraciəti
Hiç yorum yok:
Yorum Gönder