Müstəqil, demokratik, bütöv Azərbaycan uğrunda mübarizə aparan insanları, birlikləri, cəmiyyətləri, təşkilatları birləşdirən Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən xalqın diqqət mərkəzində dayanaraq respublikada gedən milli demokratik hərəkatın istiqamətverici və aparıcı qüvvəsinə çevrilmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə və M.Ə. Rəsulzadəninin qaldırdığı milli bayrağımızda əksini tapmış prinsiplərə istinad edərək mülki cəmiyyətin inkişaf etdirilməsi, demokratik hüquq dövlətinin qurulması istiqamətindəki uğurlu başlanğıc, Xalq Cəbhəsinin az müddət ərzində həm xalqın dəstəyini qazanması, həm də dünyanın demokratik qüvvələri tərəfindən qəbul edilməsi imperiya və mafioz xarakterli qüvvələrin hədəfinə çevrilməyinə səbəb oldu.
Məhz bu səbəblərdən təşkilat yaranan gündən çeşidli təzyiqlərin, təxribatların, repressiyaların hədəfinə çevrildi.
Rus imperiyasının hər cür təzyiqlərinə məruz qalan, digər qüvvələrin çoxsaylı təxribatları şəraitində mübarizə aparan təşkilat xalqın iradəsi ilə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi (1991), axırıncı 80 ildə ilk demokratik seçki keçirməsi (1992), torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu addımların atılması, rus qoşunlarının ölkədən çıxarılması, ölkənin ictimai-siyasi həyatında ciddi islahatlara başlanması artıq milli demokratik sistemin gerçəkləşdirilməsi prosesinin reallaşmasına zəmin yaradılmasından xəbər verirdi. Bu isə Müstəqil, Demokratik, Bütöv Azərbaycana qarşı olan qüvvələrə rahatlıq vermirdi. 1993-cü ilin iyununda xarici qüvvələrin dəstəyi ilə baş verən qiyam milli hökümətin devrilməsi ilə nəticələnsə də ELÇİBƏYin səyi nəticəsində vətəndaş müharibəsindən qaçmaq mümkün oldu, lakin proseslər prezidentin ölkənin siyasi mərkəzindən kənarda qalması ilə nəticələndi.
Bütün baş verənlərə baxmayaraq AXC ölkənin siyasi həyatında əsas müxalifət təşkilatı olaraq güc mərkəzi kimi özünü qoruyub saxlaya bildi. Ancaq AXC-yə qarşı hərtərəfli repressi-yalar davam edirdi. Sovet hökümətinin AXC ilə bağlı təcrübəsi göstərirdi ki, onu siyasi səhnədən silmək mümkın deyil. Ona görə başqa taktikaya üstünlük verildi: AXC-nin daxilində ziddiyyətlər yaratmaqla zəiflədərək onu geniş xalq kütlələri ilə əlaqəsini kəsilmiş formal təşkilata çevirmək. Bu istiqamətdə artıq müəyyən addımlar atılmışdı; AXC hakimiyyəti qiyamla devrilmiş, təşkilat qanundan kənar saxlanılmış, xarizmatik lider olan sədr sürgün şəraitində olduğundan bilavasitə təşkilata rəhbərlik edə bilmir. Bunlardan istifadə edərək təşkilatın poten-sialını özünə qarşı çevirərək onu hədəflərindən yayındırmaq məqsədi güdənlər Xalq Cəbhəsi daxilindəki təşkilatlardan istifadə etdilər.
AXC yarandığı gündən hədəflərindən biri olan demokratik cəmiyyət uğrunda mübarizəsini davam etdirir. Bu məqsədlə Sovet hökumətinin qadağan etdiyi söz azadlığı, aşkarlıq, plüralizm, çoxpartiyalılıq kimi demokratik dəyərləri əvvəl öz içərisində yaradır, eyni zamanda cəmiyyətə transfer edərək onun yaşaması üçün mübarizə aparırdı. AXC yarandığı vaxtdan onun içərisində çoxlu ictimai təşkilatlar (Bakı Kəndlər Birliyi, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, "Yurd" birliyi,…) və siyasi partiyalar (Xalq Azadlıq, Sosial Demokrat, Demokrat, Milli İstiqlal, Müsavat, …) fəaliyyət göstərməyə başladı. Təşkilat bu prosesə nəinki təbii baxır, hətta həmin təşkilatların formalaşmasına və inkişaf etməsinə qayğı göstərirdi. Nizamnamə səviyyəsində həmin təşkilatlara AXC-nin ali orqanlarında təmsilçilik imkanı yaradılırdı. AXC içərisində yaranan bu təşkilatlar inkişaflarının müəyyən mərhələsində Xalq Cəbhəsindən ayrılaraq ayrıca təşkilat kimi fəaliyyətə başlayır-dılar. Lakin elə təşkilatlar var idi ki, bunların ayrıca təşkilat kimi fəaliyyət göstərməsinə şərait yaranmasına baxmayaraq bu addımı atmırdılar. Bunlardan biri də "Yurd" birliyi idi.
AXC-AXCP-nin daxilində fəaliyyət göstərən heç bir təşkilat "Yurd" qədər təşkilatın üzvləri arasında və orqanlarında narahatlıq yaradaraq mübahisə və müzakirə mənbəyi olmamışdır. Səbəb isə "Yurd"un, başqa təşkilatlardan fərqli olaraq, AXC daxilində daha çox gizli fəaliyyət göstərməsi idi. Bu isə "Yurd"un təşkilat olaraq xarakterindən, məqsədindən doğurdu. Bunu hələ "Yurd"un tam təsiri altına düşməmiş "Azadlığ"ın səhifələrində görmək olurdu:
"… unutmaq lazım deyil ki, "Yurd" təşkilati cəhətdən ölkədə mövcud olan başqa təşkilatlardan fərqlənir. Bütün mahiyyəti ilə mason bir təşkilat olan bu birliyi konkret olaraq hakimiyyətdə kimin olması qətiyyən maraqlandırmır. Təki bu hakimiyyət onların mənafelərinə xidmət etsin. ("Azadlıq" qəzeti, "Ölkənin bütün cəbhəçiləri, birləşin!" 22.01.1994).
Bu səbəblərdən "Yurd" AXC-AXCP-yə qarşı olan qüvvələrin əlində çox asanlıqla vasitəyə çevrilə bildi. Bu isə daha çox AXC hakimiyyəti və sonrakı dövrdə baş verdi.
AXC-nin hədəflərinə qarşı uğurlu irəliləyişi dönməz xarakter aldıqca düşmənlər daha çox narahat olur, Azərbaycanda milli demokratik sistemin gerçəkləşməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə olunurdu. Tarixin bu mərhələsində Milli demokratik sistemin gerçəkləşməsinin qarşısını almaq üçün yeganə yol AXC-nin və ELÇİBƏYin sıradan çıxarılması idi. Bunun üçün isə Xalq Cəbhəsini qanundan kənarda saxlamaq, hakimiyyətdən uzaqlaşdırmaq və milli lider olan sədrindən məhrum etmək, xalqla əlaqəsini kəsmək lazım idi. Bu işdə isə üzvləri AXC daxilində fəaliyyət göstərən, AXC hakimiyyətində yüksək dövlət postları tutan, "bütün mahiyyəti ilə mason bir təşkilat olan" "Yurd" əvəzedilməz xidmətlər edə bilərdi və etdi.
Bəs "Yurd"un gücü nədə idi? Bu sualın cavabını ELÇİBƏY daha dürüst verir. ELÇİBƏY deyir: "… Heydər Əliyev kim idi ki? Mənə xəyanət oldu…" (bax:"Şərq"qəzeti,29.02.2000). Demokratiya pərdəsinə bürünmüş xəyanət.
"Yurd"un Xalq Cəbhəsinə və ELÇİBƏYə qarşı apardığı fəaliyyət sferası və metodları haqqında ümumi məlumat versək bu təşkilatın nə dərəcədə təhlükəli olduğu aydınlaşar. "Yurd" Xalq Cəbhəsinin: -hüquqi bazasında və normativ sənədlərində, təşkilat işlərində, maliyyə məsələsində çox ciddi problemlər yaratmış, təşkilatın öz qəzetini ("Azadlıq") özünə qarşı çevirməklə kifayətlənməyərək Xalq Cəbhəsinə və ELÇİBƏYə qarşı muzdlu yazarlar dəstəsi təşkil etmiş, seçkilərin sax-talaşdırılmasında iqtidarın əlində vasitəyə çevrilərək onun ömrü-nün uzanmasına şərait yaratmaqla bərabər milli-demokratik qüvvələrin birliyinə ağır zərbə vurmuşdur. Siyasətdə, ELÇİBƏYin əxlaqa söykənən siyasətindən fərqli olaraq, milli əxlaqımıza zidd olaraq yalanı, böhtanı, şayiəni, saxtakarlığı gündəlik davranış tərzinə çevirərək yenicə formalaşmağa başlayan cəmiyyətin ehtiyacında olduğu demokratiyanı gözdən salmaqla Azərbaycanın sabahını təhlükə altına qoymuş və bu gün də həmin işi davam etdirir. Problemlərin bir qisminə nəzər salaq:
AXC-AXCP-nin hüquqi bazasında və normativ sənədlərində məqsədyönlü yaratdığı çoxsaylı problemlər təşkilatın mərkəzi orqanlarını (Ali Məclisi, Nəzarət Təftiş Komissiyasını, Sədr Aparatını) iflic vəziyyətə salmaq, təşkilatın sədrinin səlahiyyətlərini mümkün qədər məhdudlaşdıraraq onu müavinlərindən asılı vəziyyətə salmaq və s. Bunları etmək üçün iqtidarın sifarişinə uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim olunan (1995) AXCP Nizamnaməsinin VI.9.12 maddəsində xəlvəti şəkildə dəyişiklik edərək partiya sədrinə və AXCP Ali Məclisinə alternativ qurum (rəhbər orqan - Rəyasət Heyəti) yaradaraq ciddi problem yaradılmış və gələcəkdə təşkilatın mərkəzi orqanlarında və strukturlarında yaradılacaq problemlər üçün zəmin hazırlanmışdır.
"Yurd"çulardan təşkil edilmiş AM Rəyasət Heyəti təşkilatın bütün orqanlarının səlahiyyətlərini mənimsəyərək mərkəzi və yerli orqanların fəaliyyətinə maneçilik törədərək, Xalq Cəbhəsinin əsas güc mənbəyi olan rayon (şəhər) şöbələrini zəiflədərək sıradan çıxarmaq məqsədilə: şöbələrin bərpa edilməsinə və təşkilatlanmasına maneçilik törətməklə, saxtakarlığa rəvac verməklə, süni şikayətlər təşkil etdirməklə, şöbə rəhbərlərini natəmiz üsullarla ələ keçirməyə cəhd göstərərək süni qarşıdurma yaratmaqla, AXC Məramına və ELÇİBƏYə sadiq şöbələri və cəbhəçiləri daim təzyiq altında saxlamaqla, ELÇİBƏYə qarşı yerlərdə təbliğat aparmaqla AXC- AXCP-nin təşkilat işlərində ciddi problemlər yaratmışdır. Qiyamçı rejimin repressiyaları altında mübarizə aparan cəbhəçilərə qarşı cəza aparatına çevrilən Rəyasət Heyətinin bu illərdə cəzalandırdıqları adamların bir hissəsini nəzərinizə çatdırsaq məsələyə aydınlıq gələr:
- AXCP Nəzarət Təftiş Komissiyasının sədri Şamil Quliyev;
- AXCP sədrinin müavinləri:
- Mirmahmud Fəttayev (Mirəlioğlu),
- Əli Məsimov,
- Fazil Qəzənfəroğlu və
- Zəlimxan Məmmədli;
- AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbil;
- AXCP Gənclər Komitəsinin sədri Oqtay Güləliyev;
- AXCP sədrinin köməkçisi Loğman Abdullayev və s.
O cümlədən AXCP rayon (şəhər) şöbələrinin bir çox seçkili orqan üzvləri haqqında çoxsaylı cəza tədbirləri RH-nin gündəli-yində duran daimi məsələlərdən biri olmuşdur. Cəzalandırmanın səbəbi:- cəbhəçilərin Rəyasət Heyətinin təşkilatdakı pozuculuq fəaliyyətinə (ELÇİBƏYin Bakıya dönüşünə maneçiliyə, təşkilatın dağıdılmasına, seçkilərin saxtalaşdırılmasında vasitəçiliyə və s.) etirazları idi.
İş o yerə çatmışdı ki, Ali Məclisin iclaslarında ELÇİBƏYin Kələkidən Bakıya dönüşünün Rusiyanın xoşuna gəlməməsini əsas arqument kimi göstərirdilər. Sitat:
"AXCP-nin İdarə Heyətindəki intelekttualların, professor Cəmil Həsənlinin, Nəriman Qasımovun, eləcə də Əli Kərimovun Rusiya-Azərbaycan qarşıdurmasının güclənməsi, Dağıstan sınırlarında yağı güclərin yaratdığı gərginlik, təşkilatın radikallaş-masının zərəri ilə bağlı çıxışları, çağırışları eşidilmir, onlar bir-birinin ardınca çıxış edərək ELÇİBƏYin Bakıya qaytarılması üçün AXCP-nin ardıcıl radikal addımlar atmasını istəyirdilər. (bax:"Azadlıq","AXCP axır "ÇP" sınağında",Xaliq Bahadır,23.09.97)
Ölkədə keçirilən seçkilərin saxtalaşdırılmasında iqtidarın əlində vasitəyə çevrilməklə AXCP-nin fəaliyyətinə və imicinə ağır zərbə vurmuş, müxalifəti parçalayaraq seçkilərin demokratik keçirilməsi istqamətindəki ümumi fəaliyyəti heçə endirmiş, iqtidarın xalqın seçkiyə olan inamını qırmasına yardımçı olmuş, dünyanın demokratiya institutlarını aldadaraq seçkini gəlir mənbəyinə çevirmiş, demokratik seçkilərlə nəinki AXC hakimiyyətinin bərpa etmək, əksinə saxta seçkilərlə qiyam yolu ilə hakimiyyətə yiyələnmiş mövcud iqtidarın ömrünün uzadılmasına xidmət etmişdir. Əvəzində iqtidardan saxta mandatlar alaraq parlamenti "legitimləşdirmişdir".
Xalq Cəbhəsinin büdcəsini mənimsəyərək dağıtmaqla, AXCP-dən vasitə kimi istifadə edərək ətrafındakı qrant daşıyan qurumlar vasitəsilə aldığı külli miqdarda qrantları mənimsəməklə, iqtidardan mənzil, məlum olmayan mənbələrdən maliyyə dəstəyi alaraq maliyyə fırıldaqları törətməklə AXC-AXCP-yə, ELÇİBƏYə qarşı qəzetlər, çoxsaylı muzdlu yazarlar dəstəsi, cangüdənlər və s. saxlamaq imkanlarına yiyələnmişdir. H.Əliyev iqtidarı AXC hakimiyyəti dövründə bəzi hakimiyyət nümayən-dələrinə verilmiş mənzilləri onların əllərindən almışdır. Bu iqtidar mənzilləri alınmış həmin adamlardan yalnız Əli Kərimo-vun mənzilini (10 sentyabr 1994-cü il mitinqində həbs olunan Əli Kərimovu azad etdikdən sonra) qaytarmışdır. Hazırda Əli Kərimov yeganə "müxalifət" nümayəndəsidir ki, H.Əliyev hakimiyyətinin yüksək vəzifə sahibləri ilə birlikdə polis tərəfindən mühafizə olunan binada yaşayır.
"Yurd" Xalq Cəbhəsinin orqanı olan "Azadlığ"ı ələ keçirərək onu təşkilata və təşkilatın sədri ELÇİBƏYə qarşı çevirməsi ilə kifayətlənməmiş, çirkin məqsədlərini həyata keçirmək üçün ayrı-ayrı qəzet-lərin yaradılması və fəaliyyət göstərməsinə yardım göstərmiş (bunlardan bəziləri "Azadlığ"ın redaksiyasında fəaliyyət göstərmişdir), bir çox qəzetlərdə fəaliyyət göstərən yazarlar dəstəsi formalaşdırmışdır. Bu məqsədlə əsasən özlərini müxalifətyönlü və ya müstəqil adlandıran KİV vasitələrindən istifadə edilmiş, hətta iqtidar KİV-dən istifadə etməkdən çəkinməmişlər. Fəaliyyət dairələri 30-dan çox qəzet, agentlik, radio, televiziyanı əhatə etmişdir. Təkcə qəzetlərdə 80-dən çox yazarın 130 imzası ilə illərlə davam edən kampaniya aparılmışdır. Yazarların əhəmiyyətli hissəsini cəbhəçi "yurd"çular təşkil etmişdir. "…Mətbəx xəbərlərini əsasən Əli Kərimov və Fuad Mustafayevdən" alan ("Ulus" qəzeti, 30.01.2000) jurnalistlər üçün Qənimət Zahidov, Bahəddin Həziyev, Xaliq Bahadır, İbrahim Məmmədovun müxtəlif qəzetlərdəki çoxsaylı yazıları "mənbə" rolu oynamışdır.
Özünü müstəqil və ya müxalifətyönlü hesab edən mətbuatda ELÇİBƏYə qarşı ən kəskin ifadələr, böhtanlar onun müavinləri Əli Kərimov ("BU GÜN","Partiyadaxili müxalifətin qəbul etdiyi qərarlar tanınmayacaq",20.08.00), Arif Paşayev ("Avropa":"AXCP Elçibəyin boyuna biçilməyib", 25.03.00), RH-nin üzvü Qüdrət Həsənquliyev, AM üzvü Xaliq Bahadır, Bahəddin Həziyev tərəfindən işlədilmiş, "Azadlıq" qəzeti ("Yeni il qabağı daha bir şok açıqlama. İlham Əliyev", 31.12.99- Dünya azərbaycanılarının həmrəylik günündə) səhifələrində yer almışdır.
"Yurd"un AXC-AXCP və ELÇİBƏYlə bağlı apardığı pozuculq fəaliyyətinə ölkə daxilində və xaricində mətbuat səihfələrində çoxsaylı yazılar həsr edilmiş, kitablar nəşr edilmişdir. Uzun müddət AXC-AXCP-nin rəhbərliyində çalışan, görkəmli alim Arif Rəhimoğlu "Siyasi təbliğatın əsasları" (1999), və "Sosiologiyada partiyadaxili qruplaşmalar və AXCP-də "Yurd" fraksiyası" (2000) kitabları, Türkiyədə Yavuz Bülent Bakilerin "E.ELÇİBEY" (2001) (bax:səhifə-237) kitabında "Yurd"-un pozuculuq fəaliyyəti araşdırılmışdır. Türkiyədə çap olunan yazılardan bəzi nümunələr verək:
Baş vermiş hadisələrlə bağlı Əli Kərimovdan müsahibə götürən "Yeni Düşüncə" dərgisinin növbəti saylarında müsahi-bəyə münasibət bildirən Qərib QAFQAZLI:
"…Okuyucularımız,ELÇİBƏYi rus askerlerinin yardımını alarak silah yoluyla görevinden uzaklaşdıra-rak, Kelekiye yaşamaya mecbur etmiş, bu degerli lideri arkadan hançerleyen ve KQB şefi Haydar Aliyevin emriyle ve KQB metodlarıyla AHC-ni dağıtma ve parçalama "görevi"ni kendisine "şeref" bilmiş, AHC ve Azerbaycan halkının düşmanı, rusların Azerbaycanda yerli uşaklarıyla işbirliyi içinde olan Ali Kerimov kibi bedbaht ve hainlerin iç yüzünü kendi kelimeleri ve sözleriyle okuyarak ve bununla da Elçibey ve onun fikirlerinin davamçıları olan AHCP-nin Elçibey taraftarına olan hürmet ve inancları artmışdır…" ("Yeni Düşüncə" dərgisi, TC, 722-ci sayı, 09.02.2001, "Gerçekler karanlıkta kalmasın")
"… Aliyev Hükümətinin destek ve direktivleryle hareket ederek, AHC-ni içeriden işğal ederek ele keçirmek isteyen … Ali Kerimov ve Elçibeyin ideal və ülküsüne inanmayan ve "Bu romantikten devlet adamı olmaz…" şeklinde sloğanı çıxaran Asim Mollazade ve Ceyhun Mollazade kardeşlerin oluşturduğu küçük bir qrup tarafından Azerbacan Halk Cephesinden uzaklaş-dırmağa çalışmaktadır… Ali Kerimov destegini Aliyev rejiminin içindeki belirli bir daireden, Asim Mollazadənin araclığı ile al-maktadır. Asim Mollazade, Aliyev hükümeti ile Azerbacan Halk Cephesi içinde kendilerini "Yurtçular" diye adlandırarak ayıran grubun arasında kuryedir… ("E.ELÇİBEY", Yavuz Bülent Bakiler)
Avtoritar sistemin diqtəsinə boyun əyən "Yurd" AXCP adından 2000-ci il parlament seçkilərində iqtidara növbəti "müxalifət xidməti"ni göstərərək "ELÇİBƏY-İsa QƏMBƏR" seçki blokunu pozdu və əvəzindən Heydər Əliyevdən saxta parlamentə 6 yer almaqla Azərbaycanda baş verən seçki saxtakarlığını Avropa Parlamentinə daşınmasında vasitəçilk etdi. Mirmahmud MİRƏLİOĞLU isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin AXCP sədri kimi təsdiqlədiyi Millət vəkili olaraq saxta parlamentdə iştirak etməməklə Azərbaycanda analoqu olmayan addım ataraq ELÇİBƏY partiyasının hakimiyyətlə alverə girməyəcəyini isbatladı.
Azərbaycanda milli demokratik sistemin gerçəkləşməsinin qarantı olan Xalq Cəbhəsinə qarşı aparılan bu dəhşətli müharibə təşkilata çox böyük itkilər hesabına başa gəldi. Ən böyük itki isə milli lder, Xalq Cəbhəsinin sədri ELÇİBƏYin fiziki itkisi oldu. Bu itkidən sonra düşmənlərin, "AXCP bitdi" deyənlərin arzuları gözlərində qaldı. ELÇİBƏY ruhu başlarının üstündə olan ELÇİBƏY YOLUnun davamçıları Mirmahmud MİRƏLİOĞLUnun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasını qoruyub saxlayaraq müqəddəs davalarını davam etdirirlər.
Kitabda "Yurd"un Xalq Cəbhəsi daxilində apardığı pozuculuq fəaliyyəti ilə bağlı çoxsaylı sənədlər, AXCP mərkəzi orqanlarının "Yurd"la bağlı qərarları toplanmışdır.
Bəybala ƏBİL
AXCP daxilindəki «Yurd» ictimai birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın sədri
"Ayrılıkta azap, birlikte rahmet vardır"
YanıtlaSilYer yüzünün bütün Türk Milliyetçileri birleşin.
bugunku muxalifetde Elcibeye xeyanet etmiyen yoxduki,hamisi edib.Ele ona gorede millet onlarin arxasinca getmirda.
YanıtlaSil