1998-ci ildə AXCP sədri ELÇİBƏYin sərəncamı ilə "…təş-kilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün" Komissiya yaradılmışdır (bax: səhifə-140). Komissiya üzvlərinin arayışından:
"AXCP sədri ELÇİBƏY Bakıya dönəndən sonra "Yurd" birliyinin özbaşınalığının həddini müəyyənləşdirə bilmişdi. Bu qrupun fəaliyyətini diqqətlə araşdırır və ola biləcək fəsadların qarşısını almağa çalışırdı.
Təşkilatın onsuz da məhdud olan maliyyə vəziyyətini yoxlamq üçün 4 nəfərdən ibarət özəl bir komissiya yaratmışdı. Komissiyanın tərkibində Zöhrab Abdullayev, Şamil Quliyev, Ülvi Həkimov, Elçin Paşayev var idi.
Komissiya konkret bir məbləğin (95.000 ABŞ dolları) qazanc gətirməsi və xərclənməsi ardıcıllığını izlədi və bu pulun üç nəfərə istifadəyə verildiyini, əldə edilən qazancın necə xərcləndiyini araşdırarkən məlum oldu ki, Seymur adlı bir şəxs, Əliyev familiyalı digər şəxs və həmin komissiyanın üzvü Z.Abdullayev bir müddət həmin qazancı doğrudan da təşkilatın xəzinəsinə təhvil vermiş və AXCP sədrinin I müavini İ.İbrahimlinin imzası ilə əmək haqqı ödəməyə və digər xərclərə sərf olunmuşdur. Bir neçə dəfə həmin puldan böyük məbləğdə "Azadlıq" qəzetinə borc verilmiş, sonralar bu borclar ya qaytarılmamış, ya da bağışlanmışdır. Müəyyən müddət sonra Abdullayev özünün işlətdiyi pulun geri alındığını və xərcləndiyini bildirir. Seymur adlı şəxsdən nəinki qazanc gəlmir, pulun əsas hissəsi də geri qaytarılmır. Əliyev deyilən şəxsdən də qazanc gəlmir və pulun əsas hissəsi də geri qaytarılmır. Qeyri-rəsmi məlumata görə bu şəxslə məsələni A.Mollazadə həll etmişdir.
Komissiyanın əldə etdiyi sənədlər: arayışlar, izahatlar, qəbzlər, sərəncam surətləri Komissiyanın üzvü Z.Abdullayevdə qalmışdır."
Dəfələrlə AXCP yetkililəri tərəfindən mətbuatda hallanmışdır ki, "Yurd" (Ə.Kərimov? A.Mollazadə?) tərəfindən AXC-nin 150.000 ABŞ dollarından çox vəsaiti Türkiyəyə aparılaraq mənimsənilmişdir. Lakin bütün bu məsələlərlə bağlı "Yurd" yetkililəri (Ə.Kərimov, A.Mollazadə) ya münasibət bildirməmiş və ya qeyri-müəyyən cavab vermişlər.
Bütün bunlar AXC-AXCP-nin orqanlarının və üzvlərinin çox ağır maddi durumda fəaliyyət göstərdikləri bir vaxtda baş vermişdir. Rayon (şəhər) şöbələrinə problemlərlə əlaqədar heç bir kömək göstərilməmiş, mərkəzi aparatın yurdçu olmayan əməkdaşlarına 1994-cü ilin sonlarından başlayaraq əməkhaqqı, ezamiyyə xərcləri verilməmişdir. Təşkilatın mətbuat orqanlarına müxtəlif mövqedən yanaşılmış: "Azadlıq" qəzetinə külli miqdarda yardım edilsə də, "Cümhuriyət" qəzetinə, "Qurtuluş" jurnalına, bir çox rayon (şəhər) şöbələri qəzetlərinə köməklik göstərilmədiyindən fəaliyyət göstərə bilməmişlər.
AXC hakimiyyəti dövründə bəzi hakimiyyət nümayəndə-lərinə qanuni mənzil növbələrinə uyğun olaraq mənzil verilmiş-dir. O cümlədən Əli Kərimova. Qiyam nəticəsində hakimiyyət devrilən kimi H.Əliyev iqtidarı hakimiyyətdən asılı məhkəmələr vasitəsilə həmin mənzillərin orderlərini ləğv etdirmişdir. O cümlədən Əli Kərimovun. Maraqlıdır ki, ELÇİBƏY iqtidarının "məhkəmə məhz 16 nəfərin hüququna toxunu"lan adlarını yazan (Sabit Bağırov, Vurğun Əyyubov, Qulamhüseyn Əliyev, Əli Məsimov) "Azadlıq" qəzetinin orderi ləğv edilmiş Əli Kərimovun adını qeyd etmk "yadından çıxır". Səbəbi sonradan məlum olur. 10 sentyabr 1994-cü il mitinqində həbs olunan Əli Kərimovu bir neçə gündən sonra azad etməklə bərabər mənzilini də qaytarırlar. Hazırda Əli Kərimov yeganə "müxalifət" nümayən-dəsidir ki, H.Əliyev hakimiyyətinin yüksək vəzifə sahibləri ilə birlikdə polis tərəfindən mühafizə olunan binada yaşayır.
Mənzil, bahalı avtomobillər, cangüdənlər, qəzetlər, muzdlu yazarlar dəstəsi… Ölkədə hər şeyə, hətta ad günlərinin keçiril-məsinə nəzarət edən Heydər Əliyev iqtidarı dövründə, 1993-cü ildən dəhşətli problemlər içərisində yaşamasına baxmayaraq repressiyalar altında əqidə davası aparan on minlərlə müxalifətçidən fərqli olaraq bütün bunlara sahib olmaq faktı özlüyündə hər şeyə cavab verir.
Mətbuatda Əli Kərimova ünvanlanan "bu imkanlar hardandır?" sualına adətən "dostlarım kömək edir" məzmunlu cavab verirdi. Maraqlıdır, başda ELÇİBƏY olmaqla bütövlükdə Xalq Cəbhəsi və onun üzvlərinin əksəriyyətinin ehtiyaclar içərisində olduğu uzun illərdə Kərimovu ELÇİBƏYə qarşı yazarlar dəstəsi, qəzetlər, təşkilatlar saxlamağa, uzun illər AXC-AXCP-ni zəiflədərək aradan çıxarmağa maddi dəstək verən, yüksək səviyyəli mənzillərlə, cangüdənlərlə, avtomobillərlə, ən məşhur yerlərdə istirahətlə təmin edən bu "dostlar" kimlər idi? Bəlkə qəzetlərə müraciət edək:
"Onu rezidentlə birgə yaxaladılar
…Müxalifətin vacib simalarından birinin xarici ölkənin birinin rezidenti ilə yaxalayıblar və bu zaman onun üzərindən böyük miqdarda pul tapılıb. Həmin pulu da ona rezident ötürüb-müş. Həmin şəxs siyasi karyerasının məhv olmaması naminə iqtidarla sazişə girib" ("Yeni Müsavat" qəzeti, 29 aprel 1998)
QEYD: Ə.Kərimov bu yazıya görə qəzetdən Respublikanın
baş prokuroruna sorğu göndərib-Xüsusi Komissiya)
Bu məsələlər Azərbaycan mətbuatında kifayət qədər hallansa da heç bir ciddi cavab alınmamışdır. Onlardan bəzilərini bir daha xatırladaq.
"Yurd"un maliyyə mənbələrindən biri də xaricdən aldığı qrantlar olub. Çoxillik müşahidələr, kütləvi informasiya mənbə-lərindəki məlumatlar göstərir ki, Qərbin Azərbaycana demokra-tik cəmiyyət quruculuğu istiqamətində yönləndirdiyi qrantların əhəmiyyətli hissəsi "Yurd"un təsiri altında olan təşkilatlara verilir. Bunun səbəblərindən biri "Yurd"un AXC-AXCP adın-dan çıxış etməsi olsa da digər səbəbləri də var…
Məsələnin maraqlı cəhətlərindən biri də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin mövqeyidir. Bu cənablara Mərkəzi Seçki Komissiyasında saxta seçkiləri rəsmiləşdirən və AXCP adından "Yurd" nümayəndələri tərəfindən imzalanan beş minə yaxın seçki protokollarının göstə-rilməsi bəs etmir və saxta seçkiləri rəsmiləşdirən Ə.Kərimovun dəstəsi (H.Əliyev hakimiyyətinin qeydə aldığı qeyri hökümət təşkilatları) vasitəsiylə "seçki monitorinqlərinin keçirilməsini" davam etdirirlər. H.Əliyev iqtidarı isə yüzlərlə qeyri hökümət təşkilatını qeydə almır. Qeydə alınanlar isə məlumdur.
"Yurd" seçkilərin saxtalaşdırılmasında iqtidara, müşahidə olunmasında dünyanın demokratik institutlarına kömək etməklə hər ikisindən əvəz alır. Birindən ən azı vəzifə (deputatlıq), o birindən nəğd pul, JuHİ-dən isə "jurnalistlərin dostu" adını. 2000-ci ilin parlament seçkilərində MSK-nın yurdçu katibi Qüdrət Həsənquliyevin vasitəsilə AXCP üzvlərini bütövlükdə DSK-lardan və MnSK-lardan uzaqlaşdıran "Yurd" onların yerinə cəbhəçi olmayan adamları qoymaqla seçkinin tam saxtalaşdırılmasına "müxalifət xidməti" göstərməklə, külli miqdarda vəsaitin mənimsənilməsinə şərait yaradıb.
"… "Yurd" bu şəbəkənin ən nüfuzlu hissəsinə nəzarət edir. Xaricdən aldıqları pulun hesabınadır ki, "Yurd" və onun funksi-onerləri ölkə ictimaiyyətinin "Qərbin əl uşaqları" epiteti ilə "mü-kafatlandırılıb". Bu isə o deməkdir ki, Əli Kərimovun xaricdən alınan pullar "qrantlar" hesabına "siyasətçi" olduğunu artıq bü-tün Azərbaycan bilir. "Yurd"un əsas qrantdaşıyanı Asim Molla-zadədir ki, o da ABŞ-da yaşayan qardaşı Ceyhun Mollazadə vasitəsilə fəaliyyətdədir. Bu qrup ətrafında qrantdaşıyıcıların bütöv bir ordusunu saxlayır. Azərbaycan Demokratiyanın inkişaf fondu (ADİF), Gənc Demokratlar Hərəkatı (GDH), Sərhədsiz Gənclər (SH), Azad Söz, Azad Qələm, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ), Bütöv Azərbaycan Hərəkatı (BAH), Vətəndaş Cəmiyyəti Uğrunda (VCU), habelə müxtəlif mərkəzlər "Yurd"un başlıca qrantdaxilolma kanallarıdır. Qrantlar bütün il boyu müntəzəm alınsa da "Yurd"un ən gəlirli mövsümü seçkilə-rin keçirildiyi illərə təsadüf edir. Azərbaycanda isə seçki qrafiki belədir ki, burada prezident (1998), bələdiyyə (1999) və parla-ment seçkiləri bir birini əvəzləyir."Yurd"un başlıca qrant donor-ları sırasında "Avrasiya", "Soros" (Açıq Cəmiyyət İnstitutu) və Fridrix Nauman Fondunun adı çəkilir. Lakin digər mənbələr də yox deyil. Müxtəlif müəmmalı beynəlxalq qurumların səyləri ilə "Yurd" Qarabağ və Bütöv Azərbaycan məsələlərini də öz qrant əməliyyatları sistemində gəlirli və sərfəli obyektə çevirib. Özü də daha təhlükəli məqam budur ki, "Yurd" qrupu qrant kanallarını bir qayda olaraq qeyri-türk mənşəli şəxslərə həvalə edir. Burada incə bir siyasət yürüdülür. Sabah həmin kanallar qapadılanda bunu başqa şəkildə, məsələn "Azərbaycanda qeyri-türklərə qarşı basqı" kimi təqdim etmək daha perspektivli görünür. O da az ma-raq dogurmur ki, "Yurd"un qrant donorları arasında erməni əsilli sponsorlar da var. Bu barədə Azərbaycan mətbuatında müxtəlif yazılar dərc olunub. Həmin yazılarda "Yurd"un təkcə bir kanal - ADİF vasitəsilə aldığı qrantların toplam məbləğini 311 min ABŞ dolları olduğu vurğulanır. O da bidirilir ki, erməni sponsorların əsas söz sahibi olduğu "Avrasiya" Fondunun "Yurd"a ayırdığı müxtəlif qrantların həcmi yüz minlərlə dollarla ölçülür."
("İki sahil" qəzeti, Müxalifət xaricdən necə maliyyələşir
və bunun əvəzində hansı xidmətləri göstərir, 17.10.2001)
"95.000 dollar məbləğində qrantı Asim Mollazadə
və Fuad Mustafayev xərcləyib?
…Söhbət Azərbaycanda Demokratiyanın İnkişaf Fondunun xaricdən mərhələlərlə aldığı 95.000 dollar məbləğində qrantdan gedir. Görəsən bu məbləğ hara xərclənib? AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Asim Mollazadənin dediyinə görə guya bu qədər məbləğ 1995-ci ildə parlament seçkiləri ilə bağlı respublikanın müxtəlif bölgələrində tədbirlərin keçirilmə-sinə və aparıcı (?) KİV-lərə xərclənib.
…Söhbət heç şübhəsiz ki, "Yurd" qruplaşmasına yaxın olan mətbuat orqanlarına edilən maddi yardımlardan gedir. Həmin mətbuat orqanlarının Ə.Kərimovun inhisarında olduğunu xatırlatsaq, əlavə şərhə ehtiyac duyulmur. Bundan əlavə, parlament seçkiləri ərəfəsində respublikanın müxtəlif bölgələrində keçirilən tədbirlərdə də kimlərin siyasi maraqlarının müdafiə olunduğunu və təbliğ edildiyini nəzərə alsaq, bir çox qaranlıq məqamlar aydınlaşar və həmin məbləğin "Yurd" qruplaşması üçün xərcləndiyinə şübhə yeri qalmaz.
…AİHDK-nin sədri Çingiz Qəniyev məsələyə belə aydınlıq gətirdi:
-95.000 dollar qrantın ADİF tərəfindən alındığı həqiqətdir. Bu xarici mətbuat orqanlarında da öz əksini tapıb… Ancaq bu kimi məsələlərdə daha aktiv olan, qrantın xərclənmə istiqamətlərini təyin edən Asim Mollazadədir…Heç kimə sirr deyil ki, Asim bəyin ayrı-ayrı xarici təşkilatlarla sıx əlaqəsi var… hamıya aydındır ki, Ə.Kərimovu demək olar ki, bütün xarici səfərlərdə müşayiət edir, onun görüşlərini təşkil edir və s.
-…Mən deyə bilmərəm ki, həmin məbləğ 95-ci ildəki seçki kompaniyasına, KİV-lərə, mühafizəçilərin saxlanmasına (?) və ya avtomobil alınmasına (?) xərclənib… Qrantlar təyinatı üzrə xərclənməlidir… Yəni qrantın KİV üçün ayrılan hissəsinin "yurd"çuların dəsti xəttini dəstəkləyən mətbuat orqanlarında xərcləndiyi şübhəsizdir. Yaxşı olardı ki, Asim Mollazadə bu barədə qəzetlərin birində açıqlama versin.
…Sual- Sizcə burada daha kimlərin rolu ola bilər?
- Bayaq dediyim kimi Asim Mollazadə və ADİF-in vitse-prezidenti, AXCP Rəyasət Heyətinin üzvü Fuad Mustafayevin. …Hər halda həmin məbləğın bir hissəsinin şəxsi ciblərə axdığını istisna etmirəm". ("Ulus" qəzeti, 09 fevral 2000)
"Əli Kərimov mətbuatın əli ilə məhv olacaq:
Mahir Səmədov-..Təbii ki, 5 cangüdən saxlamaq, əksəriyyə-ti öz əhatəsində saxlayıb maddi nəzarət etmək, dövlət adamları-nın yaşadığı mənzillərin qonşuluğunda ev almaq müəyyən qədər maddi zənginlik tələb edir. Siyasətçi o zənginliyi əldə etmək üçün nəyisə qurban verməlidir. Təəssüf ki, haqqında danışdığımız bu ambisioz qrup o komforta öz siyasi gələcəyini qurban verdi.
("ŞƏRQ" qəzeti, 13.01.2000)
"Cəbhədə maliyyə pozuntusu olmayıb"
" Elçibəyin sabiq və indiki birinci müavinləri belə deyir.
AXCP daxilində cərəyan edən son proseslər onun maliyyə keçmişi ilə bağlı məsələləri də gündəliyə gətirib. Doğrudur, bunun ilk təşəbbüskarı sədrin siyasi məsələlər üzrə müavini Fazil Qəzənfəroğlu olub. Özü də danışılan məbləğ o qədər də kiçik deyil…
1995-ci ilin dekabr ayına kimi AXC sədrinin birinci müavini vəzifəsini icra edən İbrahim İbrahimli (İbrahim İbrahimli 1995-ci ilin avqust ayının əvvəllərində Müsavat partiyasına qayıtmışdır-XK) deyilənləri ciddi saymır. Dediyinə görə Xalq Cəbhəsini tərk edərkən yaradılmış komissiya maliyyə məsələlərini ciddi təftiş edərək yekun rəyi təşkilatın sədrinə təqdim edib. Sonrakı dövrdə də belə bir komissiyanın yaradıldığını xatırladan Müsavat katibi hər iki qurumun araşdırmaları nəticəsində heç bir qaranlıq məqamların üzə çıxmadığını söyləyib…
AXCP sədrinin hazırkı birinci müavini Ə.Kərimovla da söhbətdən bəlli oldu ki, həmin dövrdə yaradılan təftiş komissiya-ları Xalq Cəbhəsində heç bir maliyyə pozuntusu aşkarlamayıb. "İbrahim bəyin dəqiq hesablamaları var idi, onun dövründə maliyyə pozuntusu olmayıb" deyən Ə.Kərimovun sözlərinə görə o, sədrin birinci müavini təyin olunana kimi təşkilatın heç bir pul vəsaiti qalmayıbmış…" ("Azadlıq" qəzeti, 28.07.2000)
Deyəsən Ə.Kərimov həm də belə bir açıqlama-dəstəyi özü
barəsində də gözləyir -XK.
Ədalət TAHİRZADƏ: "Cəbhənin taleyi cəbhəçi gözündə
…ELÇİBƏYin Bakıda olmamasından yararlanaraq, 1995-də partiya rəhbərliyini ələ keşirmiş, "Yurd"un özünün başçısı (Əli Kərimli), ELÇİBƏYi lider kimi qəbul etməyən öz Rayon şöbələri, özünün möhkəm maliyyə qaynaqları (daha çox Asim Mollazadənin xəttilə) və özünün geniş təbliğat şəbəkəsi vardı.."
("Yeni Müsavat" qəzeti, 27.07.2002.)
SƏNƏDLƏR
AXCP sədri ELÇİBƏYin məxfi sərəncamı (bax: səhifə-141)
Arayış
Ə.Kərimovla bağlı sənədlər
"Azadlıq" qəzeti, 07 may 1994
"Yeni Müsavat" qəzeti, 29 aprel 1998
"Yeni Müsavat" qəzeti, 27 iyul 2002
"ŞƏRQ" qəzeti, 13 yanvar 2000
"Ulus" qəzeti, 09 fevral 2000
"İki sahil" qəzeti, 17 oktyabr 2001
AXCP-nin düşdüyü maliyyə böhranının səbəblərini araşdır-maq məqsədi ilə AXCP sədri ELÇİBƏYİN sərəncamı
Sərancamın mətni latın qrafikasında növbəti səhifədə
A X C P S Ə D R İ N İ N S Ə R Ə N C A M I
N_____
AXCP-nin keçirdiyi maliyyə böhranını, bununla əlaqədar AXCP Sədr Aparatı və digər sturukturlarının işinin günün tələbinə uyğun qura bilməməsini, o cümlədən 1998-ci ilin prezident və bələdiyyə seçkiləri ili olmasını, maliyyə imkanları olmadan seçki kompaniyalarının effektli keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq qərara alıram:
I. AXCP-nin maliyyə imkanlarını və təşkilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:
1. Zöhrab Abdullayev- AXCP-nin işlər müdiri,
2. Şamil Quliyev- AXCP NTK-nın üzvü,
3. Ülvi Həkimov- AXCP sədrinin köməkçisi,
4. Elçin Paşayev- AXCP Ümumi şöbəsinin müdiri.
II.AXCP –nin maliyyə işlərinə aidiyyatı olan bütün şəxslərə tapşırılsın ki, müvafiq hesabatlarını komissiya üzvlərinə təqdim etsinlər.
AXCP sədri Əbülfəz ELÇİBƏY
Bakı şəhəri 11 fevral 1998-ci il.
Hiç yorum yok:
Yorum Gönder