III. "Yurd" ictimai birliyinin AXC-AXCP-nin təşkilat işlərindəki pozuculuq fəaliyyəti.

III. "Yurd" ictimai birliyinin AXC-AXCP-nin təşkilat işlərindəki pozuculuq fəaliyyəti.

1990-cı ilin Qanlı Yanvar hadisələrinə bilavasitə rəhbərlik edən SSRİ Müdafiə naziri, marşal Yazov AXC-nin bütün strukturlarını dağıtmaq üçün Bakıya gəldiyini deyirdi. Lakin bunu edə bilmədi. Çünki Xalq Cəbhəsi xalqın içərisindən forma-laşmış təşkilat idi, millətin Hərəkat forması (ELÇİBƏY) idi.
Hərbiçi marşalın uğursuzluğunu görən KQB generalı H.Əliyev hakimiyyəti AXC-ni içəridən dağıdaraq onu xalqla əlaqəsi kəsilmiş formal bir təşkilata çevirmək yolunu tutdu. Bu məqsədlə AXC-nin sturukturlarını ələ keçirmək, əsas güc mənbələri, geniş xalq kütlələri arasındakı əlaqə vasitəsi olan rayon (şəhər) şöbələrini hədəflərindən yayındıraraq zəiflətmək üçün AXC daxilində gizli fəaliyyət göstərən "Yurd"dan istifadə etdi.
"Yurd" qrupunun AXC-AXCP-nin təşkilat işlərindəki pozuculuq fəaliyyətini yoxlamaq məqsədi ilə AXCP rayon (şəhər) şöbələrinin və mərkəzi orqanlarının (AXCP NTK-nın AM-nin, Təşkilat şöbəsinin, Gənclər Komitəsinin, …) təqdim etdikləri sənədlər Komissiya tərəfindən araşdırılmış və aşağıda göstərilənlər aydınlaşdırılmışdır:

III.1.Rayon (şəhər) şöbələrində aparılan pozuculuq işləri:
Lənkəran rayon şöbəsi:
-Qiyamdan sonra "nüfuzdan düşmüşlər" adı altında 17 da-yaq dəstəsi buraxılmış, üzvlər AXC sıralarından uzaqlaşdırılmış, nəticə olaraq 21.09.99 tarixdə keçirilən konfransda "Yurd" öz nümayəndələrini şöbənin rəhbər vəzifələrinə seçdirə bilmişdir.
-1996-cı ildə RŞ-də gedən proseslərə NTK etiraz etdiyindən NTK üzvü Zahid Şükürov AXCP sıralarından xaric edilmiş, Məclis sədri Azad Şəfiyev istefa vermişdir.
1997-ci ildən 2000-ci ilin yayınadək:
-Arif Paşayev, Qüdrət Həsənquliyev, İlham Hüseyinov, İsaq Əvəzoğlu, Cəmil Həsənli tez-tez rayona gələrək:
-Ali Məclis üzvü Xanlar Abdullayevin dəyişdirilməsini,
-Süni şikayətlər ("zəhmətkeş məktubları") təşkil edilir,
-ELÇİBƏYin fərarilikdə, qorxaqlıqda, acizlikdə, savadsız-lıqda günahlandırılması, onun müharibə qanunları ilə mühakimə etməyi təklif etmiş (A.Paşayev), onu H.Əliyev komandasının 1 nömrəli oyunçusu adlandırmış (İ.Əvəzoğlu),
-Çıxış yolu kimi ELÇİBƏYin sədrlikdən uzaqlaşdırılıb yerinə Ə.Kərimovun seçilməsini göstərirdilər.
-Təşkilatı parçalamaq üçün hər cür cəhdlər göstərirdilər.
-Ali Məclisin Rəyasət Heyəti RŞ Məclisinin və DD-nin qərarlarını ləğv edir, şöbə pəhbərliyini Bakıya dəvət edərək təzyiq edirdilər
-Uzun illər müxtəlif təzyiqlərə baxmayaraq, rayon şöbə-sində "Yurd"a bircə nəfər dəstək vermişdir.
-2000-ci il parlament seçkilərində cəbhəçilər seçki komissi-yalarından uzaqlaşdırılmış, yerlərinə Bakıdan təyin olunmuş yurdçular İ.Quliyev, S.İbadov, M.Mirzəbəylinin iştirakı ilə "Yurd"un 1,6 % səsini saxtalaşdıraraq 12% etdiklərinə görə həmin üç nəfər AXCP sıralarından uzaqlaşdırılmışdır.
Qəbələ rayon şöbəsi:
Rayon şöbəsindən Ali Məclis üzvü Vaqif Əliyev, şöbə sədri Rövşən Qocayev tərəfindən aparılan təbliğatlar və görülən işlər:
-ELÇİBƏYdən prezident olmaz. Əgər olarsa 6 aydan sonra yerini İlham Əliyevə verəcək.
-Ə.Kərimovu sədr seçməliyik
-Saxta sorğu "keçirir", guya Ə.Kərimov 1-ci yerdə, ELÇİBƏY axırıncı yerdədir
-RŞ Məclisində saxtakarlıqla "Yurd"a üstünlük qazandı-rırdılar
-yurdçulara köməklik göstərirdilər
-Rövşən Qocayev parlament seçkilərində yerli hakimiyyət orqanlarının əli ilə yalançı alternativ namizəd rolunu oynadı
-Seçki saxtakarlığında protokollara imza atmaqla "Yurd"-un 0,5 % səsini 11%-ə qaldırdılar
-Əli Kətimovun tapşırığı ilə R.Qocayev İcra Hakimiyyəti başçısı Ə.Məmmədova məlumatlar ötürürmüş.
Zəngilan rayon şöbəsi:
-1997-ci il konfransında Arif Paşayev Zülfüqar Məmmədovu RŞ sədri "seçmək" üçün 4 dəfə səsvermə keçirdib. Zəngilana aidiyyatı olmayan Kərim Mehdiyevi "rəhbərlik məsləhət bilib" deyə AM üzvü "seçdilər".
-Saxtakarlqla şöbə üzvlərinin sayı şişirdilib (Bununla əlaqədar ELÇİBƏYin sərəncamı ilə yoxlama aparılaraq saxtakarlıq tamam üzə çıxarılmışdır)
-1995 (parlament), 1999 (bələdiyyə), 2000 (parlament) seçki-lərinin saxtalaşdırılma kompaniyalarında "Yurd"çular iştirak etmişlər.
Qaradağ rayon şöbəsi:
-1993-cü ildən "Yurd"un təzyiqləri şöbədə açıq hiss olunma-ğa başladı. Şöbənin kəskin münasibətini hiss edən Ə.Kərimov hakimiyyətlə işbirliyi yaradaraq şöbəyə hərtərəfli təzyiqləri artırmağa başladı
-1994 də "Yurd"un təsiri ilə şöbənin qərargahı alındı.
-1995-ci il parlament seçkilərində "Yurd"un şöbədəki adam-ları (Təvəkgül İsmayılov, Haşım Qafarov) şöbənin deputatlığa namizədi Bəybala Əbilovun hakimiyyətdən alternativi olan İlham Əliyevi açıq müdafiə edərək, şöbənin seçki günü baş verən qanun pozuntularını üzə çıxarmasına mane olurdular;
-AXCP-dən qovulmuş, hakimiyyətdə təmsil olunan Haşım Qafarovdan daimi AXCP-yə qarşı istifadə olunurdu;
-RŞ-nin konfranslarında yerli hakimiyyət orqanlarının (İcra hakimiyyəti, polis idarəsi, müəsissə rəhbərləri) köməkliyi ilə şöbə rəhbərliyini ələ keçirməyə cəhd edirdilər;
-Rayonda ELÇİBƏY, AXCP, BAB əleyhinə təbligat kompaniyaları aparırdılar;
-Ə.Kərimovu özlərinin sədri hesab edirdilər;
-Ə.Kərimovun rayonlara səfərləri zamanı iqtidar nümayəndələrinin minik maşınlarından istifadə edilirdi;
-RŞ-nin işini pozmaq üçün hər cür vasitədən istifadə etmək
-Məclisin və dayaq dəstələrinin iclaslarını pozmaq;
-Məclis üzvlərini, cəbhəçiləri döymək, təhqir etmək;
-Süni şikayətlər, "zəhmətkeş məktubları" təşkil edərək şöbəni təşkilatlanma və seçki işlərindən yayındırmaq;
-1995, 1999, 2000-ci il seşkilərinin saxtalaşdırılmasında hakimiyyətə hər vasitə ilə kömək göstərmək;
-Mərkəzdən rayon şöbəsinə emissarlar (Əlməmməd Nuriyev, Arif Paşayev, İsaq Əvəzoğlu) göndərmək;
-Şöbə üzvlərini tez-tez şöbədən gizli surətdə mərkəzə dəvət edərək Ə.Kərimov və digər yurdçularla görüşdürərək təlimat-landırmaq.
Qobustan rayon şöbəsi: .
-1992-ci il 17 noyabrında "Azadlıq" meydanında, mitinqdə rayon şöbəsinin rəhbərliyi tərəfindən şöbənin hazırki sədr Mirəli Səlimova "Yurd"a daxil olmaq təklif olunub;
-1997-ci il 19 iyun konfransında Qənimət Zahidov, Əlməm-məd Nuriyev "Yurd"a daxil olmağı yenidən şöbə sədri Mirəli Səlimova təklif edirlər;
-2000-ci ildə Qənimət Zahidov, Azad Qədirsoy (NTK-nın üzvü), Qorxmaz Məmmədov və AXCP-nin rayon şöbələrindəki yurdçulr tərəfindən "Yurd"la bağlı təkliflərini etmişlər;
-2000-ci il parlament seçkilərinin saxtalaşdırılmasında "Yurd" iştirakçı olub;
-1993-cü ildən rayon şöbəsi qərargahı alınıb və çoxsaylı mü-raciətlərə baxmayaraq şöbəyə qərargah verilmir, lakin "Yurd"a AXCP adından İcra Hakimiyyəti tərəfindən qərargah verilib.
Ordubad rayon şöbəsi:
-1999-cu il Bələdiyyə seçkilərində təlimatlar, müşahidəçi vəsiqələri Daimi Seçki Qərargahı tərəfindən bilərəkdən başqa rayonlara göndərilib;
-"Yurd" (Ə.Nuriyev) 5 saylı Culfa-Ordubad DSK-na şöbə-nin xəbəri olmadan, öz nümayəndələrini verib;
-Nail Quliyev (Naxçıvan şəhəri) Ordubadda "Yurd" yarat-mağa cəhd göstərsədə, baş tutmayıb.
Şahbuz rayon şöbəsi:
-04 avqust 2000-ci il tarixində Nizami Quliyev (AXCP AM RH-nin üzvü) və Fuad Qəhrəmanov Şahbuzda AXCP-nin alter-nativ şöbəsini yaratmaq məqsədi ilə gizli danışıqlar aparsalar da İlham Qəhrəmanov və Fəxrəddin Sadiqov Təşkilat komitəsinə üzv olmaqdan imtina etmişlər. Nüsrət Hüseyinova maddi köməklik və vəzifə, M.Qasımova isə ayda 150 dollar vermək barədə təkliflər etmişlər.
Sabirabad rayon şöbəsi
1995- ci ildən başlayraq :
-dayaq dəstələrini ələ keçirmək, Məclisin rəhbərliyinə yiyələnmək, "yurd"çuların sayını artırmaq istiqamətində daimi çalışıblar;
-1997-ci ildə Məclisin sədri başda olmaqla bir qrup AXCP üzvü partiya sıralarından çıxarılıb;
-1998-dən ELÇİBƏY əleyhinə təbliğat aparılıb;
-yerli hakimiyyət orqanları ilə daimi əlaqədə olublar;
-dayaq dəstələrni "Yurd"a cəlb etmək üçün pul və vəzifə vəd ediblər;
-ELÇİBƏY rəhmətə gedəndə "yurd"çular Sabirabadda şənlik düzəldiblər ki, Əli Kərimov sədr olacaq
-Şöbədə baş verənlərlə bağlı AXCP mərkəzi orqanlarına daimi məlumat verilib.
Sumqayıt şəhər şöbəsi:
- şöbəni ələ keçirmək üçün hər vasitəyə əl atıblar;
- iqtidarla daimi əlaqədədirlər;
-1999 (bələdiyyə), 2000- ci il (parlament) seçkilərinin saxta-laşdırılmasında iıtirakçıdırlar;
-Yusif Salmanovun bütün fəaliyyətində maliyyə və Nizam-namə pozuntuları əsas yer tutur və bütün bunlar AM RH tərəfindən müdafiə olunub.
Mingəçevir rayon şöbəsi:
-şöbə adından saxta yığıncaqlar keçirirlər;
-seçkilərin saxtalaşdırılmasının iıtirakçılarıdır;
-iqtidarla daimi əlaqədadırlar;
-fəaliyyətləri ilə AXCP-ni əhalinin gözündən salırlar.
Şəmkir rayon şöbəsi:
-şöbə sədri: Bilal Məmmədov- ata ;
-Ali Məclis üzvü: oğul- Namiq Məmmədov (Şəmkirli)- "Azadlıq"ın müxbiri;
- NTK üzvü- oğul;
- NTK sədri- yaxın qohum;
- şöbənin konfransı keçirilir- Bilal Məmmədovun evində;
- şöbə qərargahı-Bilal Məmmədovun evi;
-AXCP üzvlərinin şöbə rəhbərliyindən şikayətinə baxılır- Bilal Məmmədovun evində; (şöbə - "ailə podratına" götürülüb)
-AXCP sıralarının genişləndirilməsinə hərtərəfli maneçilik göstərilir;
-Hakimiyyətlə sıx əlaqədadırlar;
-Nüfuzlu adamları AXCP- dən uzaqlaşdırırlar;
-Seçkilərin saxtalaşdırılmasında iştirak edirlər;
-ELÇİBƏY əleyhinə təhqiramiz ifadələrlə təbliğat aparılır.
Naxçıvan şəhər şöbəsi:
-AXCP AM RH-nin 08.11.99 tarixli qərarı təşkilatda ikili standartlara rəvac verilməsinin bariz nümunəsidir;
-AXCP AM RH-nin 05.04.99 tarixli qərarı ilə şəhər şöbəsinin 03.04.99 tarixində keçirilmiş konfransın nəticələri ləğv edilmişdir;
-AXCP AM RH-nin 15.03.99 tarixli qərarı ilə konfransın keçirilmə müddəti iki həftə uzadılmış;
-"Yurd" rəhbərliyinin tapşırığı ilə şəhər şöbəsi və Muxtar Respublika Şöbəsinin işini pozmaq (yığıncaqlara mane olmaq), nüfuzdan salmaq, etimadsızlıq yaratmaq üçün hər cür cəhdlər göstərilmiş;
-Seçkilərin (bələdiyyə, parlament) saxtalaşdırılmasında iqti-darla əlbir olmuşlar;
-AXCP-yə qəbula hər cür maneçilik törətmişlər;
-AXCP Muxtar Respublika Şöbəsində subordinasiya qaydalarını pozaraq təşkilatı iflic vəziyyətinə salmaq üçün cəhdlər göstərmişlər.
Xətai rayon şöbəsi:
-RŞ-nin səlahiyyətlərinə müdaxilə edərək normal fəaliy-yətinə maneçilik törədilmiş;
-Konfrans keçirilməsinə maneçilik törədilmiş, süni şika-yətlər ("zəhmətkeş məktubları") təşkil edilmiş, RŞ-nin fəaliyyəti aylarla AM RH-də müzakirə edilmiş, AXCP NTK-nın apardığı yoxlamalara uyğun qəbul etdiyi tövsiyələr heç zaman RH tərəfindən qəbul edilməmiş, əvəzində RH tərəfindən yaradılan komissiyaların qeyri-obyektiv qərarları əsas götürülərək şöbənin dağıdılması istiqamətində qərarlar qəbul edilmiş;
-RŞ konfransının və məclisinin qərarlarına etimadsızlıq göstərilmiş;
-RŞ-də RH-nin dəstəyi ilə saxtakarlığa rəvac verilmiş, olma-yan dayaq dəstələri (qısa zamanda 28 "dayaq dəstəsi") "yaradıl-mış", AXCP-yə qəbulla bağlı saxta siyahılar hazırlanmış;
-AXCP sədri ELÇİBƏYin tapşırıqları, AXCP AM-nin qərarları və AXCP NTK-nın tövsiyələri (AM RH-nin dəstəyi ilə) yerinə yetirilməmiş;
-İqtidarla işbirliyi yaradılmış, bütün seçkilərin saxtalaşdırılmasında iqtidarla birlikdə fəaliyyət göstərmiş;
-AM RH RŞ-ni daimi təzyiqlar altında saxlamış, şöbə Məclisinin sədri Azər Quliyevi AXCP sıralarında çıxarmış, Məclisi buraxmaqla hədələmiş;
-"Yurd"un təzyiqi ilə AXCP AM məhz Xətai RŞ-dəki vəziy-yətlə bağlı "AXCP rayon (şəhər) şöbələri ilə bağlı əsasnamə"də əlavə və dəyişiklikər etmiş;
-AXCP AM RH 27.12.99 tarixli qərarı ilə şöbənin səlahiy-yətlərinə müdaxilə etmişdir.
Masallı rayon şöbəsi:
-RŞ-nin rəhbərliyi əvvəldən (AXC iqtidarı dövründən) "Yurd" tərəfindən ələ keçirilmiş;
-Təşkilatın üzvləri kütləvi şəkildə xaric edilmiş;
-Şöbəni ziddiyyətlər içərisində saxlayaraq dava-dalaş mərkəzinə çevirmiş;
-Rayondakı keçmiş partiya, Sovet nomenklaturasının üzvləri ilə, mafioz qruplarla, iqtidar nümayəndələri ilə daimi əlaqədə olublar:
-Talış-Muğan Respublikası məsələsində mövqesizlik nümayiş etdirmiş və o qurumda yüksək vəzifə tutmağa cəhd etmişlər;
-RŞ-nin sədri Əlişir Bəşirovun qardaşı A.Bəşirovu Rayon İcra Hakimiyyətinin başçısı Teymur Yəhyayevin vasitəsi ilə Ali Sovetə deputat seçdirmiş;
-"Yurd"un rayondakı fəaliyyətinə AXC-dən Qulamhüseyin Əliyev, Əliməmməd Nuriyev dəstək vermişlər.
-rayon şöbəsinın orqanı "Azadlıq yolu" qəzetinin şəhadət-naməsi və möhürü Əlişir Bəşirovun əlinə keçdikdən sonra qəzetin nəşrinə son qoyulmuş;
-1995-ci ildən kütləvi şəkildə dayaq dəstələrinin buraxılması, AXCP üzvlərinin təşkilatdan uzaqlaşdırılması prosesi başlanmış;
-1993-cü ilin aprel ayında Rayon İcra Hakimiyyətinin başçısı A.Niftiyev AXCP-yə qərargah verir, lakin "Yurd"çular ora yığışmırlar;
-12.04.93 tarixdə köhnə qərargahı yandırıb məsuliyyəti A.Niftiyevin üzərinə qoyurlar;
-4 iyun qiyamında "Yurd" şöbəsi bitərəf mövqe tutur və Əlikram Hümbətova namizədlər verirlər, o cümlədən Rayon İcra Hakimiyyəti başçılığına Zahid Sadıqovun namizədliyi verilir
-1993-cü ilin dekabrında keçirilən 5-ci konfransda Əliməm-məd Nuriyev və Rabil Nuriyevin başçılığı ilə Əlişir Bəşirov, Laçın Əsgərov və Zahid Sadıqov şöbə rəhbərliyinə seçilirlər;
-1995-ci il Parlament seçkilərində sədr Ə.Bəşirov üzvlər arasında açıq təbliğat aparır ki, Ə.Kərimov və Ə.Nuriyevin deputat seçilməsi ilə bağlı Prezident Aparatı ilə razılığa gəlinib;
-1995-ci ildə son nəticə olaraq 20-yə qədər dayaq dəstəsi ləğv edilərək şöbə üzvlərinin sayı 680 nəfərdən 78 nəfərə endirilib, onların şərtini qəbul etməyənlər təşkilata qəbul edilməmiş;
-Seçkilərin (1995, 1998, 1999, 2000) saxtalaşdırlımasında hakimiyyətlə birgə iştirak etmiş;
-AXCP sədri ELÇİBƏYin tapşırıqları, 1998-ci il şöbə sədrləri müşavirəsinin qərarları, AXCP sədr müavini Mirmahmud Fətta-yevin və NTK sədri Mikayıl Rəhimovun, Təşkilat Şöbəsinin müdiri Bəybala Əbilovun iştirakı ilə keçirilən RŞ Məclisinin (17.05.98) qərarı (dayaq dəstələrinin qeydə alınmaması və AXCP -yə qəbula maneçiliyin aradan qaldırılması ilə bağlı) yerinə yetirilməmişdir.
Masallı "yurd"çularının tezisləri:
-ELÇİBƏY siyasi kursunu başa çatdırdı və əbədiyyətə qovuşdu, onun yenidən siyasi lider olaraq mübarizəyə qalxması məqsədəuyğun deyil;
-ELÇİBƏY tərəfdarları qaragüruhçulardır, siyasi mübarizə taktikasını həzm edə bilmirlər;
-ELÇİBƏYin komandası Ə.Kərimov və "Yurd" funksio-nerləri istisna olaraq bacarıqsız və səriştəsizdirlər;
-ELÇİBƏY AR Konstitusiyasına, AXC-yə və xalqa xəyanət edərək regional münasibətlərə görə hakimiyyəti Hydər Əliyevə təhvil verdi. O aciz olduğuna görə özünü prezident kimi doğrult-madı və özünü qorumaq üçün Kələkiyə getdi;
-AXCP yalnız Ə.Kərimovun başçılığı altında siyasi isla- hatlar yolu ilə hakimiyyətə gələ bilər.


Tovuz rayon şöbəsi:
-Rayon şöbəsinin parçalanması, onun bazasında "Yurd" və "Yurd"a yaxın təşkilatların yaradılması prosesi aparılmışdır. (Bax: AXCP Tovuz rayon şöbəsindən AXCP Ali Məclisin üzvü Şahlar Abbasovun AXCP Təşkilat şöbəsinin "yurd"çu əmakdaşı, Qərb Zonası üzrə kurator İlham Hüseyinova məktubu, səh.-106)
Nəsimi rayon şöbəsi:
Üzvlərinin sayı minlərlə olan bu şöbə öz potensialı ilə AXC-nin qabaqcıl şöbələrindən biri olmuşdur. Tərkibində məxtəlif təhsil ocaqlarının (Azərbaycan Tibb Universiteti, Azərbaycan Neft Kimya Akademiyası, …), elmi-tədqiqat insititutlarının, mədəniyyət ocaqlarının, sənaye müəssisələrinin, yol, rabitə və sair kimi muxtəlif xidmət sahələrinin kollektivlərinin nümayəndələrini birləşdirən bu şöbəni zəiflətmək, formal bir təşkilata çevirmək məqsədi ilə AXC iqtidarı dövründə yarıtmaz işinə görə vəzifəsindən (Nəsimi rayon icra hakimiyyət başçısının müavini) uzaqlaşdırılmış yurdçu Ağapaşa Quliyevin şöbə sədrliyinə gətirilməsi kifayət etdi. Bununla da şöbəninin böyük potensialı hədəfdən yayındırılaraq özünə qarşı çevrildi və şöbə ziddiyyətlər içərisində dağılmağa başladı. 1995-ci ildə isə şöbənin tərkibindən əhəmiyyətli sayda cəbhəçi yurdun təzyiqlərinə davam gətirməyərək Musavat partiyasına keçdi.
Yevlax rayon şöbəsi:
"Yurd"un təsiri altına sürüklənən rayon şöbəsindəki dayaq dəstələrini süni surətdə artıraraq şöbə Məclisini ələ keçirməklə şöbəni tamam "yurd"laşdırmaq məqsədi ilə hər cür vasitədən istifadə edilirdi:
-formal dayaq dəstələri "yaratmaq" ("Yurd" adlı 8 dayaq dəstələri: "Yurd-1", "Yurd-2",…, "Yurd-8" "yaradılmış");
-1997-ci il dəYevlaxda RŞ-nin konfransında iştirak edərək konfransın nəticələrini təbrik edən AM RH-nin üzvü Məşədi Vaqif Bakıya qayıtdıqdan sonra konfransdan şikayət yazır və saxta imzalarla AM-in RH-ə "şikayətlər" təşkil edilir. Özünün təşkil etdiyi "şikayətlərə" görə AM Rəyasət Heyəti konfransın nətticələrini tanımır. Həmin konfransın nəticələrini 1998-ci ilin yanvarında AXCP-nin Qurultayı təsdiqləyir;
-Konfransa hazırlığı açıq şəkildə polis kapitanı təşkil edir.


Səbail rayon şöbəsi:
-Ə.ELÇİBƏYin yanında Ə.Kərimov Həsən Kərimovu Ali Məclisə üzv etdirməyə söz verdiyini etiraf edir və əgər bu baş tutumazsa partiyadan gedəcəyi ilə Bəyə təzyiq edir;
-Xaliq Bahadır Nizamnaməni dəfələrlə pozdüğuna görə şöbə Məclisi tərəfindən 6 dəfə partiya sıralarından xaric edilir. Hər dəfə AM-in Rəyasət Heyəti məsələni araşdırmadan, şöbədən heç bir sənəd, arayış, hətta şifahi sorgu tələb etmədən onu bərpa edir. Hətta bir neçə dəfə AM-in iclasını ləngidərək əvvəlcə onun üzvülüyünü bərpa etmiş, conra öz işinə başlamışdır. Çünki, "Yurd"a iclasda onun səsi lazım idi;
-RH-nin üzvü Həsən Kərimov RŞ-nin III (VIII) konfransı ərəfəsində (2000-ci il) Paris Kommunası dayaq dəstəsinin sədri Nizaməddin Əhmədovun adından saxta imza ilə RH-ə "şikayət" edir. N.Əhmədov rəsmi müraciət edərək şikayət etmədiyini bildirir. Eyni zamanda Həsən Kərimov 9 saylı Dairə Seçki Komissiyasına şöbə adından üzvlər təyin edir. Bunlarla əlaqədar Həsən Kərimov Məclis tərəfindən AXCP sıralarından uzaqlaşdırılır. Lakin RH-i bütün bunlara baxmayaraq H.Kərimovu Partiya üzvülüyünə bərpa edir və konfransı saxlamağa cəhd göstərir (bax: səhifə- )
-Nizaməddin Əhmədovun adından yazılan ərizənin saxtalığı üzə çıxdıqdan sonra H. Kərimov onları hədələyir, nəticədə onlar işlədikləri müəssisənin rəhbərliyi tərəfindən sıxışdırılır və nəhayət tutduqları vəzifədən çıxarılırlar.
-"Yurd"un təsiri altında olan 5 dayaq dəstəsində ("Azərenerji", "132 saylı məktəb", "ADPU", "İqtisadiyyat", "Kitabxana") üzvlərin sayı süni surətdə 40 nəfərdən 128 nəfərə qaldırılmışdır. Səbayel rayon şöbəsinə 1999-cu ilin may ayında partiyanın üzvlüuk vəsiqələri təqdim edilməsinə baxmayaraq adları çəkilən dayaq dəstələrinin siyahılarındakı 128 nəfərdən yalnız 40 nəfəri vəsiqələrini almış, 88 nəfəri isə hətta vəsiqələrini götürməmişlər. Bunlardan nümunə olaraq "İqtisadiyyat" dayaq dəstəsi ilə bağlı arayış verək.
"İtisadiyyat" dayaq dəstəsinin üzvlərinin sayı yurdçular tərəfindən süni olaraq müxtəlif üsullarla (Nizamnaməni pozaraq ölkənin müxtəlif rayonlarında yaşayan hətta ölkə xaricində olan adamları bu dayaq dəstəsinə yazmaqla) şişirdilərək 93 nəfərə çatdırılmışdır. Səbayel rayon şöbəsinə 1999-cu ilin may ayında partiyanın üzvlüuk vəsiqələri təqdim edilməsinə baxmayaraq dayaq dəstələrinin siyahıdakı 93 nəfərdən 65 nəfəri vəsiqələrini götürməmişdir. Aşağıda verilmiş üzvlük vəsiqələrini götürməyən-lərin siyahısına diqqət edilsə məsələyə aydınlıq gələr:
AXCP Səbayel rayon şöbəsi "İqtisadiyyat" dayaq dəstəsinin üzvlük vəsiqələrini götürməyən üzvlərinin siyahısı (may 1999)
Soyadı, adı, atasının adı
Abbasov Etibar Bahadur oğlu,
Abbasov Fikrət Əlisa oğlu,
Abdullayev Elçin Səhrab oğlu,
Bağırov Kazım Abbas oğlu,
Baxışov Qabil Məmmədağa oğlu,
Bayramov Sabir Hüseynəli oğlu,
Bədəlov Aydın Bədəl oğlu,
Cabbarov Elçin Atakişi oğlu,
Cahangirova Səadət Qabil qızı, ADİF
Cəfərov Məzhəb Məmməd oğlu,
Əliyev Rüfət Ağababa oğlu,
Əliyev Vahid Ağababa oğlu,
Əliyev İlyas Babaş oğlu,
Əliyev Malik Mehman oğlu,
Əhmədov Ramiz Vahid oğlu,
Əmircanov Natiq Sahəbbin oğlu,
Əmirov İlham Səraslan oğlu,
Əmənov Qafil Vəli oğlu,
Əsgərov Habil Sərdar oğlu,
Ələkbərov Faiq Qəzənfər oğlu, "Üç nöqtə" qəzeti
Əzizov İlham Saleh oğlu,
Eminov Çingiz Fərrux oğlu,
Eminov Mərifət Əlbala oğlu,
Eminov Rafiq Əvəz oğlu,
Fərəcov Eldəniz Fərəc oğlu,
Xanlarov Sərməs Nəsib oğlu,
Hacıyev Rövşən Bahadur oğlu, "Azadlıq" qəzetinin redaktoru
Hacıyeva Sahibə Gəncəlı qızı, "Çağ" qəzeti
Həsənli Sakit Maarif oğlu, "Azadlıq" qəzeti
Həsənli Şahin Malik oğlu,
Həşimov Tahir Heybət oğlu,
Hətəmov Qoşqar Həmzəli oğlu,
Həziyev Səbuhi Ağabala oğlu,
Hümbətov Qüdrət Məhəmməd oğlu,
Hüseynli Surxay Knyaz oğlu, "Azadlıq"ın redaktor müavini
Hüseynov Fariz Xoca oğlu,
İbrahimli Qadir Rüstəm oğlu, "Azadlıq" qəzeti
İsmayılov Qulu Arzuman oğlu,
İsmayılzadə Eldar Elxan oğlu, "Azadlıq" qəzeti
Qafarov Fərhad Əlheydər oğlu,
Qarayev İslam Vəli oğlu,
Qurbanəliyev Azər Rəşid oğlu, "Azadlıq" qəzeti
Quliyev Elxan Şahin oğlu, "Azadlıq", şöbə müdiri
Kərimov Mübariz Allahverdi oğlu,
Mahmudov Cavid Əhməd oğlu,
Mahmudov Fuad Əbülfət oğlu,
Mehtyev Əliqiyas Əliniyas oğlu,
Məmmədov Cavanşir Yavər oğlu,
Mənsimov Elçin Qulam oğlu,
Mütəllimova Jalə Mütəllim qızı, "Azadlıq" qəzeti
Müzəffərov Saleh Qaroğlan oğlu
Rzayev İbrahim Bədəl oğlu oğlu,
Rzayev Zəfər Çobanəli oğlu,
Salamova Sevda Məmməd qızı,
Sarıyev Əli Qaraxan oğlu,
Seyidzadə Aynur Tərlan qızı,
Səfixanov Vüqar Hümbət oğlu,
Sultanov Oqtay Firudin oğlu,
Şükürov Niyaz Məmmədxan oğlu,
Tanrıverdi-pur Qalib Hüseyn oğlu,
Təhməsov Bayram Həmid oğlu,
Vəliyev Həbib Məmməd oğlu,
Vəliyev Niyaz Murtuz oğlu,
Zalova Zemfira Məmməd qızı, "Azadlıq", şöbə müdiri
Zeyniyeva Ülviyyə Yaşar qızı,
Siyahıda olanlardan:
- əksəriyyəti nəinki "İqtisadiyyat" dayaq dəstəsinin əhatə etdiyi əraziyə, hətta Səbail rayonuna aidiyyatı yoxdur (Nəsimi, Sabunçu, Binəqədi, …, Abşeron, Sumqayıt, Yardımlı, Mingə-çevir və sair bölgələrdəndirlər);
-"Azadlıq" "Çağ", "ÜÇ nöqtə" qəzetlrinin və ADİF-in əmakdaşlarından (redaktorlar, şöbə müdirləri, və. s.) 13 nəfər
aidiyyatı olmadıqları bu dayaq dəstəsinə "qəbul edilib";
- üzvlük tarixlərinə görə:
05 may 1996-cı ildə 8 nəfər
07 avqust 1996-cı ildə 10 nəfər
30 mart 1997-ci ildə 10 nəfər
04 mart 1997-ci ildə 11 nəfər AXCP-yə "qəbul olunub".
Nizamnaməyə görə ayda bir dəfə keçiriləcək iclaslarını aylarla keçirə bilməyən, hətta partiya sədri ELÇİBƏYin və sədr müavini M.MİRƏLİOĞLUnun iştirakı ilə keçirilən iclasa yetərsay yığa bilməyən dayaq dəstəsi 40 gündə (16.03.97-dən- 27.04.97-ə kimi) 4 "iclas keçirərək" 26 nəfəri partiya sıralarına "qəbul edib".
-süni şikayətlər təşkil olunur;
-RH tərəfindən komissiyalar təşkil edilərək çoxsaylı yoxlamalar təşkil edilir ("Batamdar" qəsəbə dayaq dəstəsində süni şikayətlər əsasında RH-nin təşkil etdiyi yoxlamanın videomaterial əlavə olunur).
-Bələdiyyə seçkilərində H.Kərimov Səbayil RİH ilə ilə danışıqlara gedərək 3 nəfər "yurd"çunun bələdiyyəyə seçilməsi-nə razılıq alır. Bundan xəbər tutan RŞ bu separat danışıqları pozaraq 12 nəfər cəbhəçinin bələdiyyəyə seçilməsinə nail olur. Seçkilərin nəticələrinin müzakirə olunduğu şöbə Məslisinin İclasında bir qrup qadın tərəfindən "Yurd" şefinin tapşırığı ilə qarşıdurma yaradılmasına cəhd olunur, məqsədlərinə nail olmadıqda süni şikayətlər təşkil edilir.
-ELÇİBƏYin son məhkəmə işində partiyanın qərarlarına baxmayaraq "yurd"çular iştirak etmirdilər.
- AXCP-nin 11 rayon şöbə rəhbərliyinin 15 sentyabr 1997-ci il Müraciətini dəstəkləyən rayon şöbəsi RH-nin təzyiqlərinə məruz qalmış və nəticə etbəarı ilə təzyiqlərinə tab gətirməyən şöbə sədri Mitfazil Həmidov AXCP-dən uzaqlaşmışdır.
Yuxarıda göstərilən faktlara uyğun çoxsaylı hadisələr AXC-AXCP-nin İzmir, Sabunçu, Binəqədi, Zərdab, İsmayıllı, Xaç-maz, Əli Bayramlı və s… şöbələrində baş vermişdir.
"Yurd"un fəaliyyət istiqamətlərindən biri də 1993-cü ilin iyun qiyamı nəticəsində fəaliyyəti dayanmış rayon şöbələrinin bərpa olunmasına və yeni rayon şöbələrinin yaradılmasına maneçilik törətməsidir. Belə hallar Neft Daşları, Şəmkir, Ucar, Daşkəsən, Samux və s. şöbələrinin bərpası ilə əlaqədar baş vermişdir. Baş verənlərdən birini nümunə olaraq göstərək.
Partiya sədrinin məsləhətinə, sədrin təşkilat məsələləri üzrə müavinin tapşırığına uyğun olaraq daşkəsənli keçmiş cəbhə-çilərin təşəbbüsü, AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbilin və Səbayil (Telman Nəsirov), Gəncə şöbələrindən olan cəbhəçi qonaqların iştirakı ilə Daşkəsən rayonunun Bayan kəndində (yollar buz bağladığından Daşkəsənə çıxmaq mümkün olmamışdır) 22 yanvar 2000-ci ildə yaranan Təşəbbüs qupunu Təşkilat Komitəsi kimi qeydə almaq üçün Rəyasət Heyətinə müraciət olunmuşdur. Bu müraciətlə bağlı Rəyasət Heyətində baş verənləri açıqlanması RH-nin iclaslarının mahiyyətini, onun "yurd" təmayüllü üzvlərinin xarakterinin (yalançılıq, saxtakarlıq, böhtan, AXCP prinsiplərinə sayğısızlıq və s… ) üzə çıxmasına kömək edər.
Hakimiyyətin hərtərəfli təzyiqlərinə baxmayaraq 7 illik fasilədən sonra Daşkəsəndə yaranacaq AXCP rayon şöbəsinin normal şəkildə formalaşmasının qarşısını almaq məqsədi ilə RH-də qanuni Təşkilat Komitəsinin yaradılmasına imkan verməmək üçün saxtakarlıq ustası mövcud iqtidarın həsəd aparacağı hadisə-lərdən biri baş verir. Əli Kərimovun rəhbərliyi və Əliməmməd Nuriyevin təşkilatçılığı ilə Rəyasət Heyətinin iclasına saxta sənədlərlə "saxta adamlar" gətirilərək qanuni TK-nin yaradıl-masının qarşısı alınır. Rəyasət Heyətinin iclasında "B.Əbilovun məlumat verdiyi Bayan kəndindəki iclasın keçirilmədiyini və keşirilməyən iclas adından saxta sənədlər təqdim olunduğu" kimi yalanları deyən Əli Kərimov RH-ə növbəti yalanları və saxtakarlıqları təqdim etməkdən çəkinməyərək RH-ə başqa protokolun daxil olduğunu və protokolda adı çəkilənlərdən "daşkəsənli İfaləddin Paşayev"i RH-ə təqdim edərək ona söz verir. "Daşkəsənli İfaləddin Paşayev" (əslində bu ad altında gəncəli cəbhəçi Miraləm Məmməd oğlu Əlizadə (Gəncə şəhəri, Dədə Qorqud küçəsi 25, 15 "a" mənzilinin sakini, Gəncə şəhər şöbəsi "Qızıl Hacılı" dayaq dəstəsinin sədri, 12033 saylı AXCP vəsiqəsinin sahibi) çıxış edərək "artıq Daşkəsəndə yüzdən çox adamdan AXCP-yə daxil olmaq üçün ərizə yığdığı" kimi yalanlar söyləyir. Ə.Kərimov tərəfindən isə bu yalan və saxtakarlıqlar təqdir olunaraq saxtakarlardan ibarət "Təşkilat Komitəsi" yara-dılır və AXCP-nin təşkilatlanmasının qarşısı alınır. Bu "Yurd"un partiyanın təşkilatlanmasının qarşısını almaq üçün istifadə etdik-ləri üsullardan biridir. Onuda qeyd edək ki, bu saxtakarlığı üzə çıxaran Bəybala Əbil baş verənlərlə bağlı RH-nin hər bir üzvünə yazılı "Müraciət" etmişdir (saxtalığı sübut olunmuş sənədlər təqdim olunmaqla). Bu məsələ ilə əlaqədar Bəybala Əbilə RH tərəfindən töhmət verilmişdir. B.Əbilin RH-nin yurdçu üzvü, BDU-nun hüquq müəllimi İbrahim Vəliyevdən "Müraciət"ə münasibətini soruşduqda o, "Bəy, töhmətlə başını yaxşı qurtar-dın" deyə "təsəlli" vermişdir.
"Yurd"un Daşkəsən şöbəsi ilə bağlı proseslərdə istifadə etdiyi ənənəvi üsullardan birini qeyd edək: Şöbənin yaradılması prosesində vəzifə borcunu yerinə yetirən və təşkil olunmuş saxtakarlığı üstünü açan Təşkilat şöbəsinin yeganə işçisi, müdir əvəzi Bəybala Əbilin Ali Məclisdə təmsil etdiyi Qaradağ rayon şöbəsindən (bu şöbə o zaman AXCP-nin qabaqcıl şöbələrindən biri olub) RH-ə süni şikayət təşkil etdirilir. RH təşkil etdirdiyi şikayəti yoxlamaq üçün həmişəki kimi Komissiya yaradır. Baş verənlərələ əlaqədar AXCP sədrinin təşkilat məsələləri üzrə müavini Mirmahmud Fəttayevin "AXCP sədri ELÇİBƏYə AXCP Qaradağ rayon şöbəsindən AXCP Ali Məclisi Rəyasət Heyətinə müraciətlə (14 fevral) bağlı arayışı"dan (30.03.00) bəzi məqamları nəzərinizə çatdıraq:
"Rəyasət Heyətinə təqdim olunan müraciət və onun ortaya çıxması ilə bağlı baş berənləri nəzərinizə çatdırıram:
24 yanvar- AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbil Rəyasət Heyətinə Daşkəsən və Samux rayonları üzrə yaradılacaq Təşkilat Komitələri ilə bağlı təqdimatlar verir. Təqdimatlara baxılmır, saxlanılır növbəti (31 yanvar) iclasa.
31 yanvar- Rəyasət Heyətinin növbəti iclasına Gəncədən "daşkəsənli İfaləddin" adından gəncəli Miraləm gətirilərək RH aldadılır.
31 yanvar- Yunis Nuriyev əvvəldən mənə göndərdiyi, lakin mənə çatmayan AXCP-dən çıxarılmağı haqqında məktubunu şəxsən təqdim edir.
31 yanvar- RH-nin iclasından sonra Bəybala bəy tərəfindən "İfaləddin-Miraləm" saxtakarlığının üstü açılır.
02 fevral- tarixli, saxtakarlıqlarla bağlı sənədlər toplusu ilə Bəybala bəy Sizə və mənə məlumat verir və AXCP Nəzarət Təftiş Komissiyasına müraciət edir.
07 fevral- Bəybala bəy RH-nin hər bir üzvünə saxtakarlıqla bağlı sənədlər toplus təqdim edir. Lakin Rəyasət Heyəti məsələni növbəti iclasına (14 fevral) saxlayır.
14 fevral (!)- Bəybala bəyin Ali Məclisdə təmsil etdiyi Qaradağ rayon şöbəsindən Rəyasət Heyətinə şikayət daxil olur. (şöbə sədri Məhəbbət Ourbanovun verdiyi məlumata görə: şikayətin təşkilatçıları imza toplayarkən deyirmişlərki 14 fevrala kimi ərizə RH-ə təqdim edilməlidir…)
…Müraciətdə "Rayon şöbəsində göstərilən neqativ hallar araşdırılıb yoluna qoyulmazsa, onda biz "Nizamnamə"nin bizə əsas verdiyi ikinci rayon şöbəsinin yaradılmasına cəhd edəcəyik"- məsələsinin ultimativ şəkildə qoyulmasını nəzərə alaraq xüsusi müzakirə predmeti həsab edirəm".
"Yurd" şöbələrin dağıdılaraq zəifləməsi üçün iki istiqamətdə iş aparıb:
-AXC daxilində olan böyük gücü AXC-nin özünə qarşı çevirərək şöbələr içərisində qarşıdurma yaratmaqla təşkilatı əsas hədəfindən yayındırmaq;
-Şöbələrdə bir neçə illik hərəkat zamanı "təbii seçmə" ilə formalaşmış, AXC -ELÇİBƏY ideyalarına sədaqətli, bilavasitə Azərbaycan idealına bağlı cəbhəçiləri, şöbə rəhbərlərini-liderlərini- sıradan çıxararaq, əvəzində təşkilatda və xalq arasında nüfuzu olmayan, daha çox pis imiclə tanınan adamların təşkilata cəlb edilməsi, rəhbərliyə yerləşdirilməsi ;
Bu iş müəyyən müddətdən sonra bəzi şöbələrin dağılaraq formal şöbələrə çevrilməsinə şərait yaratdı. Kərimov Əlinin Bakıya dönməsi (1994, mayın axırı) ilə artıq şöbələrdə qarşıdurmaların yaranması, "Azadlıq" qəzetinin AXC-yə və ELÇİBƏYə qarşı kompaniyasının genişlənməsi, kütləvi tədbirlərin səngiməsi prosesi baş verdi. 1993 iyunundan 1994 iyununa kimi AXC çoxsaylı aksiyalar, onlarla mitinqlər təşkil edərək dövlətçiliyimizlə bağlı dəyərlərin qorunması, qiyamın nəticələrinin aradan qaldırılması istiqamətində mübarizəsini davam etdirirdi. Kərimov Əli Bakıya qayıtdıqdan sonra iştirak etdiyi və həbs olunduğu yeganə mitinq ilə (10 sentyabr 1994), kütləvi tədbirlərə son qoyuldu, ELÇİBƏY Bakıya dönənə kimi.
Rayon (şəhər) şöbələrində problemləri yaratmaq üçün təşkliatın mərkəzi orqanlarında təmsil olunan "yurd"çular AXC-AXCP-nin imkanlarından: "Yurd"un təsiri altında olan RH-dən, SA-nın üzvlərindən, RH-nin yaratdığı çoxsaylı komissiyalardan, yerlərə olan ezamiyələrdən istifadə etmişlər.
Yerlərə edilən səfərlərdə əsasən Əli Kərimov, Əlməmməd Nuriyev, Qüdrət Həsənquliyev, Həsən Kərimov, Asif Kərimov, Qulamhüseyin Əliyev, Cəmil Həsənov, Fuad Mustafayev, Məşədi Vaqif, Məhəmməd İmanlı, Azad Qədirsoy, İlham Hüseynov, Qorxmaz Məmmədov, Fuad Qəhrəmanlı, Nizami Quliyev, Maarif Cəbrayılov (Şamaxı) hətta AXCP üzvü olmayan Qənimət Zahidov və s… iştirak etmişlər.
RH-nin "yurd"çulardan (Əlməmməd Nuriyev, Qüdrət Həsənquliyev, Asif Kərimov, Həsən Kərimov, Nizami Quliyev, Qulamhüseyin Əliyev, Cəmil Həsənov, Fuad Mustafayev və s.) ibarət yaratdığı çoxsaylı komissiyalar AXCP NTK-nın və digər orqanların səlahiyyətlərini mənimsəyərək şöbələrdə problemlər yaratmaqla məşğul olmuşdur.
Uzun illər ərzində mərkəzi orqanlara edilən çoxsaylı şikayətlərin, rayon (şəhər) şöbələrinin arayışlarının, sənədlərin araşdırılması göstərdi ki, "Yurd"un rayon (şəhər) şöbələrində apardığı pozuculuq işləri aşağıdakı istiqamətlərdə olmuşdur:
-dayaq dəstələrinin yaradılmasına müxtəlif vasitələrlə maneçilik göstərmək;
-mövcud dayaq dəstələrini buraxmaq;
-"Yurd"un istəyini yerinə yetirməyən cəbhəçiləri tutduğu vəzifədən, partiya sıralarından uzaqlaşdırmaq, hədələmək, döydürmək, iqtidar vasitəsiylə təzyiq göstərmək;
-rayon şöbələri (konfrans, məclis..) səlahiyyətlərinə müda-xilə edərək onların normal fəaliyyətlərinə mane olmaq;
-rayon şöbəsinin konfransının və məclisinin qərarlarına əhəmiyyət verməmək;
-rayon şöbələrini aylarla RH-nin və onun yaratdığı müxtəlif komissiyaların təzyiqləri altında saxlamaq, şöbəni buraxmaqla hədələmək;
-RH-nin təhriki ilə rayon şöbələrini saxtakarlığa (saxta dayaq dəstələri "yaratmaq"a və saxta siyahılar tərtib etməyə) məcbur etmək;
-Xətai rayon şöbəsində məqsədlərinə nail olmaq üçün AXCP "Rayon (şəhər) şöbələrinin fəaliyyəti haqqında əsasna-mə"də əlavə və dəyişiklikər etmək;
-şöbələrin bərpasına mane olmaq;
-süni şikayətlər ("zəhmətkeş məktubları") təşkil etmək;
-AXCP sədri ELÇİBƏYin tapşırıq və sərəncamlarını, AM-in, şöbə Məclislərinin qərarlarını yerinə yetirməmək və AXCP NTK-nın rəy və tövsiyələrini nəzərə almamaq;
-yerli hakimiyyət orqanları ilə işbirliyi yaratmaq;
-seçkilərin (bələdiyyə, parlament) saxtalaşdırılmasında iqtidara yardımçı olmaq;
-ELÇİBƏYin əleyhinə təbliğat aparmaq;
-"yurd"çu olmayan AXCP üzvlərinə qarşı "mühafizəkar", "qaraguruh", "səriştəsiz" və s. təbliğatı aparmaq;
-AXC-AXCP-nin bazasından "Yurd" yönümlü təşkilatlar yaratmaq, seçkilərdə müxtəlif çirkin məqsədlə istifadə etmək;
-Təşkilatı parçalamaq üçün hər cür cəhdlər göstərmək.

III.2.Mərkəzi orqanlarda aparılan pozuculuq işləri:
Ali Məclis və Ali Məclisin Rəyasət Heyəti: 1993-1995 illər
Ali Məclis: 1994-cü ildə Ali Məclisin 1/3 tərkibini Nizamnamə pozuntusu (bir seşkini iki müxtəlf qayda) ilə "Yurd"un təsiri altında olan adamlardan formalaşdıraraq AXC tarixində ilk dəfə olaraq AM-in Rəyasət Heyətini bir qrupun ("Yurd"un) təsiri altına almışdır.
Rəyasət Heyəti (1994, 11 iyunda formalaşıb):
1.Əliyev Qulamhüseyn BDU şöbəsi Hüquq d.d; sədr
2.Mustafayev Fuad BDU şöbəsi Hüquq d.d. 1/3
3.Həsənov Cəmil BDU şöbəsi Filologiya d.d. 1/3
4.İslamzadə Akif İzmir şöbəsi 1/3
5.Kərimov Həsən Səbayil şöbəsi
6.Qasımzadə Nəriman 1/3
7. Qunduzov Osman Balakən şöbəsi, katib
8.Pənahov Vaqif Abşeron şöbəsi 1/3
9.Novella Cəfərova İzmir şöbəsi 1/3
10.Ruhəngiz Hüseynova İzmir şöbəsi 1/3
11.Zəlimxan Məmmədov Xətai şöbəsi, müavin
12.Aydın Kərimov müavin 1/3
13.Əli Quliyev Nəsimi şöbəsi
RH-nin tərkibinin (13 üzvün): 8-i yurdçu, 3-ü bir şöbədən (BDU), 2-i bir dayaq dəstəsindən (Hüquq), 8-i 1/3 tərkibdəndir.
1993-1995-ci illərdə AXC-yə qarşı "Yurd"un törətdikləri:
-AXC AM Reqlamentində yaradılmış problemdən istfadə edərək təşkilat işlərində problemler yaradılmış
-AXC tarixində ilk dəfə olaraq AM-n 1/3 tərkibi və RH-i və Sədr Aparatı bir qrupun (Yurdun) təsiri altında formalaşdırılıb,
-"Azadlıq"ın redaksiyasına sıxışdırılıb
-"Azadlıq" qəzeti tam mənimsənilərək AXC və ELÇİBƏYə qarşı çevirilmiş
-təşkilatın maliyyə imkanları tükəndirilmiş
-Əli Kərimovun Bakıya dönməsi ilə kütləvi aksiyalara son qoyulmuş
-AXC-nin bütün imkanları "Yurd" un təşkilatlanmasına yönəlb
Lakin bütün baş verənlərə və sədrinin sürgün şəraitində olmasına baxmayaraq dəhşətli represiyalar altında fəaliyyət göstərən AXC özünü ölkənin siyasi səhnəsində aparıcı ideya təşkilatı olaraq qoruyub saxlaya bilib.
AXC sədrinin təşkilat məsələlərinin "yurd"çulara etibar etməməsi (təşkilat məsələləri üzrə müavin Mirmahmud Fəttayev təyin olunmuşdur) "Yurd"un təşkilatın strukturlarını tam ələ keçirməsinə imkan verməyib.
1993-ün axırlarından sədrin ətrafına yerləşdirilən "yurd"çu-ların təşkilatdakı "yurd"yönümlü fəaliyyətlərinə etrazlar başla-mışdır. AXC-nin bütün strukturlarında, Bakı və ətraf rayonlar-dakı rayon şöbələrinin (Bakı Əlaqələndirmə Komitəsi) həftəlik yığıncaqlarında bu məsələ ciddi narahatlıq mənbələrindən biri kimi daim müzakirə obyektinə çevrilmişdir. Cəbhəçilərin əsas tələbi: "Yurd"un AXC daxilindəki fəaliyyətinin digər təşkilatlar (Bakı Kəndlər Birliyi, D.Əliyeva adına QHMC, və s.) kimi leqallaşması, onun tərkibinin və məqsədinin aşkarlanması olmuşdur. Lakin o vaxt AXC-nin Bakıda fəaliyyətinə rəhbərlik edən bəzi rəhbərlərin problemə loyal münasibəti onun dərinləş-məsinə səbəb oldu.
AXC İK-nin sədri, daha sonra AXC sədrinin I müavini İbrahim İbrahimlinin bu məsələyə loyal münasibətini hətta qəzet müsahibələrində açıq görmək olurdu: "…"Bakı Əlaqələndirmə Komitəsi" hesab edir ki, AXC "Yurd" birliyinin təsiri altındadır… Əgər söhbət "Yurd" birliyinin kollektiv üzv kimi AXC-də fəaliyyət göstərməsindən gedirsə, belə olan halda seçkili orqanlarda bu birliyin yalnız bir üzvlə təmsil olunmasına gətirib çıxarar. Deməli biz kifayət qədər fəal siyasi qüvvələri kənarda qoymalıyıq. Hansı səbəbdən?.." (bax: "Müxalifət" qəzeti, 07.05.1994, "Əxlaqa söykənməyən siyasət heç kimə uğur gətirməz. İbrahim İbrahimli")
Ali Məclis və Ali Məclisin Rəyasət Heyəti: 1995-1998 illər
Ali Məclis: AM-in 1/3 tərkibi əsasən yurdçulardan formalağdırılmış, Xalq Cəbhəsinin tarixində ilk dəfə olaraq sədr müavinləri AM-in və AM-in RH-nin tərkibinə seçilmiş, sədrin I müavin AM-in RH-ə rəhbərlik etməyə başlamış…
Rəyasət Heyəti (1995:-27.01.96 də formalaşıb) :
1.Əliyev Qulamhüseyn BDU şöbəsi Hüquq d.d. sədr
2.Kərimov Əli BDU şöbəsi Hüquq d.d. 1/3
3.Həsənquliyev Qüdrət BDU şöbəsi Hüquq d.d. 1/3
4.Nuriyev Əlməmməd BDU şöbəsi,k Hüquq d.d 1/3
5.Həsənov Cəmil BDU şöbəsi Filologiya d.d. 1/3
6.Mollazadə Asim- Nəsimi şöbəsi 1/3
7.Paşayev Arif Laçın şöbəsi 1/3
8.Pənahov Vaqif Abşeron şöbəsi
9.Qasımzadə Nəriman müavin 1/3
10.İslamzadə Akif İzmir şöbəsi 1/3
11.Kərimov Həsən Səbayil şöbəsi
12.Novella Cəfərova İzmir şöbəsi 1/3
13.Mirmahmud Fəttayev Sumqayıt şöbəsi 1/3
14.Zəlimxan Məmmədov Xətai şöbəsi, müavin
15.Hüseyinbala Səlimov Xətai şöbəsi 1/3
RH-nin tərkibinin (15 üzvün): 11-i yurdçu, 5-i bir şöbədən (BDU), 4-ü bir bir dayaq dəstəsindən (Hüquq), 11-i 1/3 tərkibdəndir.
1995-1998-ci illərdə AXC-yə qarşı "Yurd"un törətdikləri:
-AXC-nin hüquqi bazasında yaradılmış problemlər təşkilat işlərinə transfer edilmiş
-AM-in 1/3 tərkibi, AM-n RH-i "yurd"laşdırılıb
-Sədr müavinləri AM-in RH-nin üzvü olmaqla sədrdən üstün səlahiyyətlər "qazanıblar".
-Sədrin I müavini (Əli Kərimov) qərarverici və icraedici orqanın rəhbəri olmaqla təşkolatı hədəflərindən yayındırmış
-Rəyasət Heyəti AXCP-nin bütün orqanlarının səlahiyyətlərini mənimsəyərək dağıdıcılıq fəaliyyəti ilə məşğul olan, ELÇİBƏ-Yin Bakıya qayıdışını əngəlləyən, şöbələrə və cəbhəçilərə qarşı cəza aparatına çevrilib.
1997-ci ildə ELÇİBƏYin Bakıya qayıtmaq şansı artdıqca hakimiyyətin Kələkiyə təzyiqləri dahada çoxalmağa başladı. Hakimiyyət orqanları ELÇİBƏYin ölkənin siyasi mərkəzinə qayıdışını hər vasitə ilə maneçilik törətməyə çalışırdı…
"Yurd" isə təşkilatdaxili narahatlıq yaradan qərarlar verir, qarşıdurmanı gücləndirirdi.
Bu qərarlardan birinin təşkilada yaratdığı narahatlğ haqqında AXCP HTK-nın üzvü Şamil Quliyevin dediklerindən:
"1997-ci ilin yazında Pənah Hüseyov həbsdən azad olunduq-dan sonra ELÇİBƏY açıqlamalarının birində P.Hüseynovu AXCP sədrinin müavini vəzifəzsinə dəvət etmək fikrində olduğunu demişdi. Bəyin bu təklifini o vaxt ELÇİBƏYçilər rəğbətlə, "yurdçular" isə narahatlıqla qarşıladılar və təşkilatı P.Hüseynovun əleyhinə, əslində ELÇİBƏYin təklifinin əleyhinə qaldırmağa çalışdılar. Ali Məclisin tərkibində çoxluqdan istifadə edərək 12 aprel 1997-ci il iclasında məhz bu məsələnin qarşısını alan qərar verdilər.
Bu qərar çəbhəçilrin qəzəbinə səbəb oldu. Rayon şöbələri bu qərarın ləğv edilməsi uğrunda mübarizəyə qalxaraq öz Məclislərində qərarar qəbul etdilər. Artıq 7 rayon şöbəsinin protokolunun surəti Kələkiyə göndərilmişdi. Bu müqavimət dalğası davam edirdi. AXCP-nin rəhbərliyini monopoliyaya götürmüş "Yurd" birliyi və onun sədri Ə.Kərimov təşvişə düşmüşdülər. ELÇİBƏYi öz tərəflərinə çəkmək, onu inandırmaq məqsədi ilə 27 aprel 1997-ci il tarixində Kələki kəndində ELÇİBƏYin iştirakı ilə Ali Məclisin Rəyasət Heyətinin yığıncağını çağırdılar. RH-nin 15 üzvündən Z.Məmmdli üzürlü səbəbdən, A.Mollazədə və A.Paşayev üzürsüz səbəbdən iştirak etmirdi. RH-nin üzvləri Ə.Kərimov, Q.əliyev, Ə. Nuriyev, N.Qasımoğlu, A.İslamzadə, Meşədi Vaqif, H Kərimov, N.Cəfərova, H.Səlimov, C.Həsənov, F.Mustafayev iştirak edirdilər. AXCP sədrinin müavini M.Fəttayev (MİRƏLİOĞLU), NTK üzvləri Ş.Quliyev, M.İmanlı, "Cümhuriyyət" qəzetinin baş redaktoru Y.Məmmədli, Qadın Hüquqlarını müdafiə cəmiyyətindən Toma xanım, Cingiz Göytürk, AXCP sədrinin köməkçiləri O.Qasımov, Ə.Mürsəloğlu iştirak edirdilər.
27-28 apreldə 10 saatdan artıq davam edən iclasın gedişini Ç.Göytürk videokasetə çəkmiş, Q.Əliyev isə audiokasetə almışdır.
Bu yığıncaqda RH-nin üzvü N.Cəfərova bitərəf qalmış, H.Səlimov, M.Fəttayev və Ş.Quliyev "yurd"un hərəkətlərini kəskin tənqid etmiş, qalan üzvlər isə "yurd"un özbaşnalığına bəraət qazandırmağa çalışmışlar. Maraqlı cəhət orasındadır ki, rəsmi yığıncaqda ELÇİBƏY ilk dəfə "Yurd"un fəaliyyətini pislədi, AXCP Ali Məclisinə böyük hörməti olduğunu bildirsə də 12 aprel qərarının tələsik qəbul olunduğunu və səhv etdiklərini bildirdi. Onunla məsləhətləşmədiklərinə görə onları danladı.
İfşa olunduğunu görüb NTK üzvlərinə və "Yurd"u tənqid edən cəbhəçilərə şər atmağa başlayan Ə.Kərimov ELÇİBƏY tərəfindən susduruldu. O, Ə.Kərimova hansı rayonlarda, hansı formalarda cəbhə üzvlərini və fəallarını "yurd"a cəlb etməsini xatırlatdı. Özünə bəraət qazandıra bilməyən Əli Kərimov göz yaşları axıtdı. Ə.Kərimovun səmimiyyətinə inanmayan M.MİRƏLİOĞLU "Kələki göz yaşlarına inanmır" dedi. Bu ifadə sonralar mətbuatda gedən yazılarda öz əksini tapdı.
ELÇİBƏY cəbhəçilərin "Yurd"u yerində oturtması prosesindən sevinirdi. Ancaq, o, narahat idi və ehtiyat edirdi ki, Bakıda olmadığı üçün özünü "Bakı rəhbərliyi" adlandıranlar cəbhəni dağıda bilərlər".
Avqustun axırlarında ordunun və polisin vasitəsiylə Kələkiyə silahlı basqınların olacağı hər yerdə danışılırdı. Belə şəraitdə Bakıda təşkilata faktiki rəhbərlik edən Rəyasət Heyəti təşkilatn bütün imkanlarını səfərbərliyə alaraq baş verəcək təhlükə haqqında ictimaiyyəti və beynəlxalq aləmi məlumatlan-dırmaq məqsədi ilə gündəlik toplanmaq, növbətçilik təşkil etmək, çəbhəçilərin sayıqlığını artırmaqdansa, əksinə, Əli Kərimov xaricə, Qulamhüseyn Əliyev rayona gedərək həftədə bir dəfə keçirəcəkləri iclasdanda imtina etdilər. Bu isə ən azı "Yurd"un iqtidarın məkrli niyətinə şərait yaratması demək idi.
Baş verənlər təşkilatda ciddi narahatlıq yaradırdı. 1997-ci ilin 15 sentyabrında AXCP-nin Bakıdakı bir sıra rayon şöbələri-nin rəhbərləri, "Yurd"un təşkilat daxilindəki pozuculuq fəaliy-yətinə: "təşkilatın idarə edilməsindəki son üç illik acınacaqlı vəziyyətin artıq böhran həddinə yetişməsi"nə, "AXCP-nin bütün potensialını səfərbərliyə alaraq problemlərin həllinə yönəltmək, ziyalıları, tanınmış ictimai xadimləri, geniş xalq kütlələrini cəlb edərək təşkilatı gücləndirmək" əvəzinə "ELÇİBƏYin Bakıda olmamasından sui istifadə edən Rəyasət Heyəti Ali Məclisi siyasi həyatdan mümkün qədər kənarlaşdıraraq AXCP sədrinin, Ali Məclisin və hətta qurultayın səlahiyyətlərini mənimsəyərək qurultay tərəfindən seçilmiş Nəzarət Təftiş Komissiyasının rəyi ilə heç zaman hesablaşmayaraq indiyədək Xalq Cəbhəsində mövcud olan demokratik prinsiplərdən əslində imtina etmiş, bütün təşkilatın yox, "Yurd" adlı kiçik bir qrupun mənafeyinin təmsilçisinə çevrilməsinə" etiraz edərək Əbülfəz ELÇİBƏYə və AM RH-nə MÜRACİƏT etdi.
15 sentyabr MÜRACİƏTİndə daha sonra deyilirdi: "…AXCP daxilində "Yurd"un şəriksiz hakimiyyətini bərqərar etmək cəhdi bir sıra qanunsuzluqlara səbəb olmuş və təşkilatdaxili zidiyyətlər, münaqişələr doğurmuşdur…Nəticədə son üç ildə AXCP-nin potensial qüvvəsi partiyanın proqram hədəflərini gerçəkləşdirməyə yox, daxili çəkişməyələrə sərf olunmuşdur. İş o yerə çatmışdır ki, mövcud iqtidarın Kələkiyə qarşı son təxribat planı həyata keçirilərkən sədrin birinci müavini (Əli Kərimov) məzuniyyətə (?) çıxmış, Ali Məclisin sədri (Qulamhüseyin Əliyev) şəxsi məişət məsələləri ilə bağlı iki həftə Bakıda olmamış, Rəyasət Heyəti üzvlərinin işə gəlməsi könüllü sayılmış və nəticədə belə bir gərgin anda toplana bilməyən Rəyasət Heyəti Kələkidəki hadisələrə passiv seyrçi mövqeyindən baxmışdır. Təəssüf ki, bu faktı adi bir təsadüf saymaq olmaz. Yalnız Əbülfəz ELÇİBƏYin liderliyini qəbul edən və partiya daxilində heç bir ayrıca təşkilat kimi tanınmaq istəməyən AXCP üzvlərinə qarşı Rəyasət Heyətinin çıxardığı qərəzli qərarlar bunu sübut edir". Müraciətdə Rəyasət Heyətindən ""Yurd" təşkilatının məhdud mənafeyinin təmsilçisi olmaqdan əl çəkərək bütövlükdə AXCP-nin mənafeyinə uyğun fəaliyyət göstərməsi" və "qərəzli qərarlarına yenidən baxaraq onların AXCP Nizamnaməsinə uyğunlaşdırılmas" tələb edilirdi.
Maraqlıdır ki, "yurdçu"lar tərəfindən mətbuata ötürülən "15 sentyabr MÜRACİƏTİ"nə qarşı "Yurd"un təsiri altında olan qəzetlərdə geniş kompaniya başladı. Baş verən hadisələrin mahiyyətindən diqqəti yayındırmaq, "15 sentyabr MÜRACİƏ-Tİ"nin əhəmiyyətini azaltmaq məqsədi ilə onu imzalayan AXCP-nin 11 rayon şöbəsi rəhbərliyini "Onaltılar" kimi təqdim olunması və bu məsələ ilə bağlı heç bir mətbuat orqanının müraciət imzalayanların mövqeyini işıqlandırmaması məsələnin çox ciddi olmasından xəbər verirdi. Buna baxmayaraq həmin Müraciət təşkilat daxilində ciddi əks-səda verdi. 1997-ci ilin 15 sentyabr MÜRACİƏTİni imzalayan AXCP-nin 11 rayon şöbəsi rəhbərləri («Onaltılar»):
I.İzmir şöbəsi: şöbə sədri- 1.Oruc Allahverdiyev
Ali Məclis üzvü- 2.Ağahüseyn Əliyev
II.Qaradağ şöbəsi: şöbə sədri- 3.Məhəbbət Qurbanov
Ali Məclis üzvü- 4.Bəybala Əbilov
III.Nərimanov şöbəsi: şöbə sədri- 5.Şükür Rüstəmov
Ali Məclis üzvü- 6.Məcid Məmmədov
IV.Abşeron şöbəsi: şöbə sədri- 7.Elxan Məmmədov
Ali Məclis üzvü- 8.Vahid Orucov
V.Sumqayıt şöbəsi: şöbə sədri- 9.Aydın Əliyev
Məclis sədri- 10.Oqtay Tahirov
VI.Xətai şöbəsi: şöbə sədri- 11.Azər Quliyev
VII.Səbayil şöbəsi: şöbə sədri- 12.Mirfazil Həmidov
VIII.Sabunçu şöbəsi: Məclis sədri- 13.Miryəhya Yusifli
IX.ELM şöbəsi: Ali Məclis üzvü- 14.Zöhrab Həsənov
X.Fizuli şöbəsi: şöbə sədri- 15.Vaqif Quliyev
XI.Laçın şöbəsi: şöbə sədri- 16.İsabala Əsgərov
15 sentyabr MÜRACİƏTİni müdafiə edən şöbələr:
İzmir Səbayil Nərimanov Xətai Abşeron Sumqayıt Qaradağ Fizuli Maştağa Ağsu Ağdaş Göyçay Goranboy Yevlax Cəlilabad Lənkəran Astara Tovuz Ağstafa Qazax Salyan İsmayıllı Zaqatala Bərdə
MÜRACİƏTdən sonra toplanan Rəyasət Heyəti 3 gün müddətinə (21 sentyabr) Ali Məclisin sessiyaının çağrılması və 11 rayon şöbə rəhbərlərinin "fərdi məsuliyyəti"nin qoyulması haqda qərar qəbul etdi.
Ali Məclisin gərginliklə keçən 21 sentyabr iclasında cəbhəçilərin ELÇİBƏYin Bakıya dönüşünə əngələ çevrilən, partiyanın idarəçiliyində açınacaqlı vəziyyət yaradan, ölkədə başverənlərə seyrçi mövqe tutan Rəyasət Heyətinin buraxılması ilə əlaqədar təkliflərə "yurd"çular Dağıstan sərhədlərində olmayan "gərginliklə", "ciddi addımların Rusiyanın xoşuna gəlməməsi kimi" "maraqlı arqumentlərlə" cavablandırırdılar. Etiraz əlaməti olaraq Ali Məclisin 23 üzvü iclasnı tərk etdi. "Yurd" ənənəsinə sadiq qalaraq yetərsaysız Məclisdə "qərarlar" qəbul etdi.
15 sentyabr MÜRACİƏTİni müdafiə edərək AXCP Ali Məclisinin 21 sentyabr 1997-ci il tarixli iclasını tərk edən Ali Məclis üzvləri:
Mirmahmud Fəttayev- 1/3 Xanlar Abdullayev- Lənkəran
Bəybala Əbilov - Qaradağ Yaqub Babayev- Ağsu
Zəlimxan Məmmədov-Xətai Haxverdi Kəsəmənli- Ağstafa
Ağahüseyn Əliyev - İzmir Məcid Məmmədov-Nərimanov
Səbirə Musayeva- Ağdaş Tofiq Rzayev- Maştağa
Vahid Orucov - Abşeron Fəxrəddin Mehdiyev-Cəlilabad
Zöhrab Həsənov - ELM Rafiq Hacıyev- Bərdə
Rasim Şərifov - İsmayıllı Azər Məmmədov- Qazax
Elçin Qazıyev - Yevlax Tahir Kərimov- Göycay
Kərim Kərimov- Goranboy Şamo Ramazanov- Laçın
Məmməd Zeynalov- 1/3 Kamil Vəliyev- 1/3
Qabil Məmmədov- 1/3
"Azadlıq" qəzetinin Ali Məclisin 21 sentyabr iclasına həsr edilmiş məqaləsində ELÇİBƏYin Bakıya qayıtması ilə bağlı hər hansı təklifi "Yurd"un necə narahatlıqla qarşıladığı aydın ifadə olunur:
"…AXCP-nin İdarə Heyətindəki intelekttualların, professor Cəmil Həsənlinin, Nəriman Qasımovun, eləcədə Əli Kərimovun Rusiya-Azərbaycan qarşıdurmasının güclənməsi, Dağıstan sınırlarında yağı güclərin yaratdığı gərginlik, təşkilatın radikallaşmasının zərəri ilə bağlı çıxışları, çağırışları eşidilmir, onlar bir-birinin ardınca çıxış edərək ELÇİBƏYin Bakıya qaytarılması üçün AXCP-nin ardıcıl radikal addımlar atılmasını istəyirdilər…" ("AXCP axır "ÇP" sınağında", 23.09.97)

İqtidarın təzyiqlərinə, "Yurd"un təxribatlarına məhəl qoymayan AXCP iradəsini ortaya qoyaraq AXCP sədrinin təşkilat məsələləri üzrə müavini, Millət vəkili Mirmahmud Fəttayevin təşkilatçılığı ilə ELÇİBƏYin ölkənin siyasi mərkəzinə, Bakıya qayıdışını təmin edə bildi.
Ali Məclis və Ali Məclisin Rəyasət Heyəti: 1998-2000 illər
Ali Məclisin formalaşması (18 yanvar 1998): (iclasda 74 şöbədən 64 AM üzvü iştirak edib, 1/3 seçkisində 44 nəfər iştirak edib, 20 nəfər etiraz əlaməti olaraq səsvermədə iştirak etməyib )
AM-in 1/3 tərkibinin seçkisində səsvermədə iştirak etməyən şöbələr:
Qaradağ, İzmir, Nərimanov, Xətai, Abşeron, Maştağa, ELM, Bərdə, Ağsu, Tərtər, Yevlax, Goranboy, Ağdaş, Qazax, İsmayıllı, Tovuz, Siyəzən, Sədərək, Göyçay, Salyan
Ali Məclisin 1/3 tərkibinin və daha sonra AM RH-nin formalaşması qaydasına (Ali Məclisin reqlamenti) etiraz əlaməti olaraq 1/3 seçkisində namizədliklərini geri götürənlər:
Mirmahmud Fəttayev, Kamil Vəliyev, Arzu Səmədov, Qabil Məmmədov, Ülvü Həkimov, Oqtay Qasımov, Elçin Paşayev, Yadigar, Tofiq Seyidov, Qiyas, Zöhrab Abdullayev.
Rəyasət Heyəti: (1998)
1.Əliyev Qulamhüseyn BDU şöbəsi Hüquq d.d.
2.Kərimov Əli BDU şöbəsi Hüquq d.d. 1/3
3.Həsənquliyev Qüdrət BDU şöbəsi Hüquq d.d. 1/3
4.Nuriyev Əlməmməd, k, BDU şöbəsi Hüquq d.d. 1/3
5.Vəliyev İbrahim, m, BDU şöbəsi Hüquq d.d. 1/3
6.Mustafayev Fuad BDU şöbəsi Hüquq d.d. 1/3
7.Mustafayev Əli BDU şöbəsi Hüquq d.d. 1/3
8.Həsənov Cəmil BDU şöbəsi Filologiya d.d 1/3
9.Mollazadə Asim Nəsimi şöbəs 1/3
10.Paşayev Arif Laçın şöbəsi 1/3
11.Pənahov Vaqif Abşeron şöbəsi 1/3
12.Quliyev Nizami Gədəbəy şöbəsi 1/3
13.İbrahimli Xaləddin 1/3
14.İslamzadə Akif İzmir şöbəsi 1/3
15.Qasımzadə Nəriman, m, İzmir şöbəsi 1/3
16.Kərimov Həsən Səbail şöbəsi
17.Kərimov Asif Ağdam şöbəsi
18. Əli Məsimov ELM şöbəsi 1/3 19. Novella Cəfərova İzmir şöbəsi 1/3
Rəyasət Heyətinin tərkibinin (19 üzvün): 17-i yurdçu, 8-i bir şöbədən (BDU), 7-i bir dayaq dəstəsindən (Hüquq), 16-i 1/3 tərkibdən, 5-i partiya sədrinin müavinləridir. AXCP sədrinin müavinləri AM RH-nin üzvü olmaqla sədrlərindən üstün səlahiyyətə malik oldular və öz sədrlərindən "izahat, arayış və məlumat tələb etmək" hüququ qazandılar. Müavinlərdən ancaq Mirmahmud Fəttayev bunlara etiraz edərək 1/3 tərkibdən Ali Məclisin üzvülüyünə seçilməkdən imtina etdi.
1998-2000-ci illərdə AXC-yə qarşı "Yurd"un törətdikləri:
-AXC-nin hüquqi bazasında yaradılmış problemləri inkişaf etdirərək təşkilat işlərinə ciddi zərbə vuruldu
-AM-in 1/3 tərkibi, AM-n RH-i "yurd"laşdırılıb
-Sədrin artıq Bakıda olmasına baxmayaraq müavinlərin RH-nin üzvü olmaqla sədrdən üstün səlahiyyətləri davam etdirilmiş
-RH-nin AXC-dəki dağıdıcılıq fəaliyyəti dahada kəskinləşmiş
-RH-nin rəhbərliyi ilə ELÇİBƏYə və AXCP-yə qarşı təbliğat aparan qəzetlər və muzdlu yazarlar dəstəsi fəaliyyət göstərmiş
-milli demokrati düşərgənin birliyinə cidd xələl gətirilmişdir.
Təşkilatın ali qərarverici orqanlarında və onların vasitəsiylə yaradılan problemlər:
Ali Məclisin yaratdığı problemlər:
-AXC-AXCP-nin normativ sənədlərində problemlər yaratmaqla;
-AM-in 1/3 tərkibini və RH-ni qurultaydan əvvəl formalaş-dırmaqla;
-İclaslarının bir qayda olaraq yetərsaysız olmasıyla (qeydiyyat qaydasının dəyişdirilməsi);
-Gündəlikdə olan məsələlərin bir çox hallarda yarımçıq qalmasıyla;
-Rayon (şəhər) şöbələrinin hüquqlarını pozmaqla;
-Partiya həyatına aid məsələlərin müzakirə etmək üçün deyil yalnız məlumat vermək üçün çağrlmasını;
-Təşkilatın bütün orqanlarının səlahiyyətlərini mənimsəmiş, əsasən yurdçulardan ibarət RH formalaşdırmaqla özünü ikinci dərəcəli quruma çevrilməklə ona etibar zədələnmiş, etimadsızlıq yaranmışdır.
AM Rəyasət Heyətinin yaratdığı problemlər:
-AM-in bütün fəaliyyətini öz nəzarətinə almış və səlahiyyətlərini mənimsəmiş;
-Sədr aparatının formalaşmasına və normal fəaliyyətinə imkan verməmiş;
-Təşkilat şöbəsinin işini öz üzərinə götürmək ənənəsini bir azdan AM-ə daşımış;
-NTK-nın rəy və tövsiyələrini nəzərə almamış;
-AM orqanı RH-nə AM-in sədri deyil partiya sədrinin I müavini rəhbərlik etmiş;
-Partiya sədrinin I müavini sədrin və AM sədrinin səlahiy-yətlərini mənimsəmiş;
-Siyasi funksiyaları deyil, qrup üzvü olmayan cəbhəçilərə və AXC məramına sadiq şöbələrə qarşı cəza tədbirləri ilə məşğul olmuş;
-Partiya həyatını iflic vəziyyətə salmışdır;
-Partiya sədri ilə AM arasında ziddiyyət yaratmış;
-Özünün fəaliyyəti üçün partiya Nizamnaməsinə zidd Reqlament tərtib etmişdir.
Sədr aparatı:
Rəyasət Heyətinə rəhbərlik edən Əli Kərimovun Sədr Aparatına da rəhbərlik etməsi onun formalaşmasına və normal fəaliyyət göstərməsinə imkan verməyərək onu formal quruma çevirmişdir. Sədr Aparatında: işə götürmə, sənədləşmə, informa-siya, analitik təhlil, ezamiyyət, ezamiyyət xərcləri, əmək haqqı və bu kimi bütün məsələlərin həllinə ikili standartlarla ya-naşılmış (yurdçuların xeyrinə), AXCP üzvlərinə münasibətdə ayrı-seçkilik hökm sürmüş, Aparatın bütün imkanları AXC-AXCP-nin parçalanaraq zəifləməsinə, AXC-AXCP bazasında "Yurd"un təşkilatlanmasına, "Yurd"yönümlü qurumların yaradıl-masına, seçki və digər bu kimi məsələlərdə "Yurd"un maraqları çərçivəsində AXC-AXCP-dən sui istifadəyə edilməsinə yönəldil-mişdir.
Sədr müavinləri (1998):
1.Kərimov Əli, 2.Asim Mollazadə, 3.Paşayev Arif, 4.Həsənov Cəmil, 5.Qasımzadə Nəriman
6.Mirmahmud Fəttayev, 7. Zəlimxan Məmmədli, 8. Fazil Qazənfəroğlu 9. Əli Məsimov
Şöbə müdirləri və əməkdaşları:
1.Təşkilat şöbəsi (1994-2000)
1994-cü ildən formalaşmış TŞ-nin tərkibini 2000-ci ilin oktyabrına (AXCP-nin III (Vİ Qurultayına) kimi dəyişdirmək mümkün olmadı, baxmayaraqki, iki Qurultay keçirilmiş, artıq 1998-ci ilin martından isə şöbədə bircə nəfər (Bəybala Əbilov) qalmışdı.
1994-cü ildə formalaşmış TŞ-nin tərkibi:
1.Arzu Səmədbəyli- TŞ-ə müdüri
2.Həsən Kərimov, 3.İlham Hüseynov, 4.Şakir Qurbanov, 5.Rabil Süleymanov
6.Cabir Əhmədov- «Yurd»un təzyiqlərinə dözməyərək TŞ-dən gedib
7.Əli Quliyev - «Yurd»un təzyiqlərinə dözməyərək Musa-vat partiyasına keçib (Nəsimi, Qubadlı, Şəki, Əzizbəyov, Zaqa-tala rayon şöbələrindən əhəmiyyətli sayda cəbhəçi apararaq)
8.Ehtiram Əliyev - «Yurd»un təzyiqlərinə dözməyərək Musavat partiyasına keçib
9.Əlövsət Sadıqov - «Yurd»un təzyiqlərinə dözməyərək Musavat partiyasına keçib və Müsavatın Ağdam təşkilatını yaratmışdır.
10.Bəybala Əbilov
1994-cü ilin axırından Ə.Kərimov TŞ-nin əməkdaşlarına əməkhaqqı verilməsindən imtina etmişdir. Təşkilat şöbəsinin ELÇİBƏYə müraciət edən əməkdaşları ictimai əsaslarla işləmə-yə razılıq vermişlər. ELÇİBƏYin sərəncamı ilə TŞ-nin əməkdaş-ları ictimai əsaslarla işləməyə başlamışlar, baxmayaraq ki, "yurd"çu əməkdaşlar Ə.Kərimov tərəfindən maliyyələndiril-mişdir.
1998-ci il AXCP-nin II Qurultayından sonra 2,5 il ərzində Təşkilat şöbəsinin formalaşmasına Kərimov Əli (I müavin) imkan verməyib. «Yurd»un AXCP Sədr Aparatı haqqında qəbul etdirdiyi «Əsasnamə»lərə (…, 24 may 1998(2.5 və 2.6 bəndləri)) görə Sədr Aparatı şöbələrinin əməkdaşları uyğun müavinin təqdimatına əsasən I müavinin (Kərimov Əli) sərəncamı ilə işə götürülməlidir. TŞ-nin formalaşdırılması üçün AXCP sədrinin təşkilat məsələləri üzrə müavini Mirmahmud Fəttayevin çoxsaylı təqdimatlarına baxmayaraq uzun illər bir nəfərdə olsa işə götürülmür. Mirmahmud Fəttayevin TŞ-nin formalaşdırılması ilə bağlı təqdimatlarının bir hissəsi:
iyul 1998 mart 1999 noyabr 1999
Məcid Məmmədov Rabil Süleymanov Rabil Süleymanov
Sudeyif Sadıqlı Sudeyif Sadıqlı Sudeyif Sadıqlı
Esmira Eyvazova Esmira İsmayılova Esmira İsmayılova
Xəzər Teyyubov Rəşid Bəşirov Rəşid Bəşirov
Vahid Orucov Vahid Orucov Vahid Orucov
Aydın Şükürov Aydın Şükürov Aydın Şükürov
Azər Quliyev Azər Quliyev Azər Quliyev
Rabil Süleymanov Simran Salehov
Loğman Abdullayev
Bəybala Əbilov – 1998-ci ulin 4 martından ELÇİBƏYin sərəncamı ilə Təşkilat şöbəsinin müdirini əvəz edir. Kərimov Əli (I müavin) razılıq vermədiyindən şöbə müdiri təyin olunmur, əməkdaşlar haqqında Mirmahmud Fəttayevin təqdimatları qəbul olunmur. Şöbənin qurultaya qədərki əməkdaşları (artıq şöbədə ancaq yurdçular: Həsən Kərimov, İlham Hüseynov, Şakir Qurbanov, Rabil Süleymanov qalıb) TŞ– nin işini pozmaq məqsədi ilə işə çıxmırlar (TŞ-nin iş cədvəli əlavə olunur), baxmayaraq ki, 1998-ci il prezident seçkiləri ilə əlaqədar kütləvi tədbirlər (8 may, 15 avqust, 12 sentyabr, və sair) başlamış, parti-ya üzvlərinin anketləşməsi sürətlənmiş, üzvülük vəsiqələrinin verilməsinə başlanmış, şöbələrlə iş həddən artıq çoxalmışdır. Könüllü olaraq TŞ-nin işinə köməklik göstərən cəbhəçilərə (Sudeyif Sadıqov, Esmira Eyvazova, Rəşid Bəşirov, Vahid Oru-cov, Azər Quliyev və s…) təzyiqlər göstərilir, hətta bəzilərinin məsələsi Rəyasət Heyətində müzakirə olunurdu. Əslində TŞ-nin işini pozmaqla «Yurd» iki məqsəd həyata keçirirdi:
1) AXCP-nin təşkilatlanmasına mane olmaq
2) Kütləvi tədbirlərin mütəşəkkilliyinə mane olmaq.
İqtidar isə «Yurd»un bu xidmətini müxtəlif formada qiymətləndirirdi. Məsələn: kütləvi tədbirlərdə cəzalandırılan (döyülən, cərimə olunan, həbs edilən və s.) yüzlərlə müxalifət nümayəndələrinin içərisində demək olar ki "yurd"çu olmayıb.
Qərargahı alınandan (1994 mart) sonra məqsədli olaraq "Azadlıq" qəzetinin redaksiyasına sıxışdırılan Xalq Cəbhəsinin Təşkilat Şöbəsinə, partiya sədri ELÇİBƏYin, sədrin təşkilat məsələləri üzrə müğavini M.Fəttayevin çoxsaylı müraciətlərinə baxmayaraq redaksiyanın boş otaqlarından birini (hətta zirzəmi-sini) icarəyə verməmişlər. Baxmayaraq ki, AXCP və ELÇİBƏYə qarşı təbliğat kompaniyası aparan bəzi qəzetlər ("Məkan"…), qurumlar (ADİF,…) "Azadlıq"ın binasına yerləşdirilmişdir.
TŞ-nin fəaliyyətinə Sədr Aparatı, Rəyasət Heyəti tərəfin-dən heç zaman heç bir köməklik (otaq, əmək haqqı, ezamiyyət xərci, texniki vəsait və s.) göstərilməmişdir. TŞ-nin bütün fəaliyyəti sədr müavini Mirmahmud Fəttayev tərəfindən təmin edilmişdir.
TŞ-nin "yurd"çu əməkdaşları AXC-AXCP-nin təşkilati işlərini görmək əvəzinə, onun bütün imkanlardan (maliyyə, texniki, səlahiyyət,…) istifadə edərək onun bazasında "Yurd"un və onun yaratdığı və ya "Yurd"a meyilli siyasi (XAP (Qənimət Zahidov), Yurddaş (Mais Səfərov) …) və qeyri hökümət (ADİF, VCU,…) təşkilatlarnın yaradılması və fəaliyyət göstərmələri üçün çalışmışlar. Bu məsələlərlə bağlı bir nümunə:
Təşkilat şöbəsinin "yurd"çu əməkdaşı, Qərb zonası üzrə kurator İlham Hüseyinovun Qərb zonasında AXCP-nin "təşkilatlanması" ilə necə məşğul olduğunu, AXCP Tovuz rayon şöbəsindən Ali Məclisin üzvü Şahlar Abbasovun ona göndərdiyi məktubundan görmək olar.
"İlham salam.
Bizlər yaxşıyıq, sizlərində yaxşı olmasını tanrıdan diləyirik"
Sənin zəngini gözlədim
"Yurddaş" pariyasının proqram və nizamnaməsini mütləq tapıb göndərərsən. Rayon təşkilatını təsis etmək üçün "qvardiya" hazırdır.
Rayon şöbəsinin vəziyyət yaxşıdır. Hamı sizlərə çoxlu salam deyir, yaxud göndərir.
Hələlik: Şahlar. 10. 03. 1999 (bax: səhifə )
"Yurd" müxtəlif təşkilatlar ("Yurddaş" partiyası, Vətəndaş Cəmiyyəti Uğrunda təşkilatı,…) adından seçkiləri müşahidə etmək üçün AXCP-nin minlərlə üzvündən müşahidəçi qismində istifadə edərək çirkin məqsədlərini həyata keçirmişdir.
Digər şöbələr:
2.Ümumi şöbə - Gözəl Bayramova-
3.Mətbuat xidməti- İsaq Əvəzoğlu-
4.Analtik mərkəz - Xaləddin İbrahimov-
5.İctimai əlaqələr- Qəzənfər Əliyev

Gənclər Komitəsi
Gənclər Komitəsinin arayışından:
" ELÇİBƏYin sərancamı ilə Gənclər Komitəsi 1995-ci ilin 27 iyulunda yaradılmış, Oqtay Güləliyev isə onun sədri təyin olunmuşdur. O.Güləliyev hələ Təşəbbüs Qrupunun sədri olarkən yurdçular onu hərtərəfli təminat və dəstək vədi ilə Ə.Kərimov ilə bir yerdə olmağa dəvət edirlər. Güləliyev onların bu təklifini AXC nizamnaməsinə zidd və ELÇİBƏY yoluna dönüklük adlandıraraq rədd edir.
Gənclər Komitəsinin təsis konfransının keçirildiyi gün (20.05.95) GK-nin üzvü olan və olmayan bütün "yurd"çu gənclər, xüsusən Bakı Dövlət Universitetinin tələbələri konfransa- "Azadlıq" qəzetinin akt zalına gətirilir. Onlara birbaşa rəhbərlik edən Etibar Talıbov (AXC BDU şöbəsinin sədri) konfransdan öncə onları Ə.Kərimovun oturduğu otağa yığır. Konfransada ilk çıxış edən Ə.Kərimov gəncləri fəal olmağa çağırır, onlara açıq-aşkar mesaj verir. Daha sonra çıxış edən Mirmahmud Fəttayev (MİRƏLİOĞLU), Ə.Kərimovun təhriki ilə konfransı pozmağa və GK-ni "yurd"-laşdırmağa çalışan gənclərə müraciət edərək- "…özünüz olun, başqalarının əlində vasitəyə çevrilməyin. Bu formada yaradılacaq təşkilat AXC-nin Gənclər Komitəsi olma-yacaq. Başqa şey olacaq. O isə AXC-yə, Əbülfəz bəyə lazım olmayacaq" deyir və təklif edir ki, konfransda hamı iştirak etsin, səsvermədə isə GK-nin üzvləri iştirak etsin. M.MİRƏLİOĞLU-nun təklifindən sonra Ə.Kərimov, daha sonra "yurd"çular məğlub şəkildə konfransı tərk edirlər.
"Yurd"çular ELÇİBƏYin Kələkidən göndərdiyi GK haq-qınada Əsasnamənin Ali Məclisdə təsdiqinə imkan vermir. Onlar GK-nin birbaşa ELÇİBƏYƏ tabe olmasına heç cür razılaşmırlar. Komitənin Ə. Kərimova tabe olmasını, məhz onun təqdimatı ilə GK-nin rəbərliyinin formalaşmasnı tələb edirlər. Bu səbəbdən GK iki il Əsasnaməsiz fəaliyyət göstərir. Əsasnamə iki ildən sonra "yurd"çuların istəyinə uyğun təsdiq olunur.
1996-cı ilin yazında Azərbaycanın güneyində keçirilən parla-ment seçkiləri zamanı güneyli soydaşlarımıza, o cümlədən doktor Çöhrəqanlıya edilən təzyiqlərlə əlaqədar ELÇİBƏY Kələkidən dünya ictimaiyyətinə müraciət edərək onları baş verənlərə müna-sibət bildirməyə çağırır. Eyni zamanda AXCP GK-nə Bakıda İran səfirliyi qarşısında etiraz nümayişi keçirməyi tapşırır.
Nümayiş mayın 9-a təyin olunur. Nümayişə bir gün qalmış Ə.Kərimov O.Güləliyevlə görüşüb aksiyanın təxirə salınmasını tələb edir. Onların görüşündə Asim Mollazadə, Qüdrət Həsən-quliyev, Arzu Səmədbəyli və Rövşən Ağayev iştirak edir.Ə.Kəri-mov bildirir ki, Piruz Dilənçi onunla görüşüb xahiş edib ki, İran səfirliyi qarşısında AXCP gənclərinin aksiyasını təxirə salmaq lazımdır. Onlarda razılışıb. Həmin ərəfədə Dilənçi Kələkiyə, ELÇİBƏYƏ şantaj xarakterli məktub yazaraq onu İran kəşfiy-yatı ilə əməkdaşlıq etməməyə çağıran (?!) müraciət etmişdi. Görüşdə bu məqamı önə çəkən O.Güləliyev P.Dilənçinin xahişi ilə piketin təxirə salınmasının düzgün olmadığını vurğulayıb aksiyanın keçiriləcəyini bildirir.
Həmin günün sabahı İran səfirliyi qarşısında keçirilən izdi-hamlı etiraz piketi (Azərbaycanın Quzeyindən Güneyə dəstək) bütün dünyaya yayılır. Məhz bu aksiyaya görə GK-nə və onun sədrinə AXCP-nin Bakı rəhbərliyi və Ə.Kərimov tərəfindən ilk xəbərdarlıq verilir. Həmin vaxt Ə. Kərimov artıq iqtidarla separat danışıqlara gedərək deputat olmuşdu.
O.Güləliyevə ikinci xəbərdarlıq Dağlıq Qarabağa birbaşa yardımı nəzərdə tutan məşhur "Porter əlavəsi" ilə bağlı ABŞ səfirliyi qarşısında keçirilən aksiya ilə əlaqədar olub. 1996-cı il iyunun 20-də ölkənin 15 aparıcı gənclər təşkilatının milli mənafe-yə uyğun aksiya AXCP-də "Yurd" tərəfində süngü ilə qarşılanır. Aksiyadan bir gün öncə Ə.Kərimli O.Güləliyevə bildiri ki, sabahkı aksiyada iştirak etməsin. O, fikrini onuna əsaslandırır ki, ABŞ səfirinin siyasi məsələlər üzrə müavini Maykl Speykart onunla görüşüb xahiş edib ki, gənclərin iyun nümayişi təxirə salınsın… Asim Mollazadə ilə birlikdə xarici donor təşkilatların qrant girovuna çevrilmiş Ə.Kərimovun bu mövqeyinin milli mənafeyə və AXCP-nin siyasi kursuna zidd olduğunu "Yurd" liderinə bildirən O. Güləliyev nümayişdə vətəndaş kimi iştirak edəcəyini bildirir. Cəbhəçi gənclərin iştirakı ilə nümayiş keçirilir və ELÇİBƏY bu tədbiri dəstəkləyir. Lakin Ə.Kərimovun təklifi ilə O.Güləliyev Sədr Aparatının üzvlüyündən çıxarılır.
Gənclər Ə.Kərimovun hərəkətlərindən ELÇİBƏYə müra-ciət edirlər. Müraciətdə Ə.Kərimovun iqtidarla iş birliyi qurdu-ğunu, təşkilatda ELÇİBƏYçiləri sıxışdırdığını, Xalq Cəbhəsini öz kursundan uzaqlaşdırmaq istədiyini bildirirlər. Müraciətdən xəbər tutan Ə.Kərimov O.Güləliyevi heç bir əsas olmadan, özünün iştirakı təmin edilməyən Rəyasət Heyətinin qərarı ilə partiya sıralarından çıxarır.
RH-nin qərarı ilə bağlı ELÇİBƏY AXCP NTK-ya məktub göndərərək narahatlığını bildirir və məsələyə baxılmasını xahiş edir. NTK qısa zamanda məsələni araşdıraraq O.Güləliyevin partiya sıralarından çıxarılmasını nizamnaməyə zidd olduğunu bildirir və RH qarşısında məlum qərarın ləğv edilməsi ilə bağlı məsələ qaldırır. ELÇİBƏYin, NTK-nın, GK-nin və bir sıra rayon şöbələrinin təkidlərinə baxmayaraq "yurd"çular yanlış qərarlarını ləğv etmək istəmirlər. Yalnız bir ildən sonra ELÇİBƏYin Kələkidən dönməsinə 3 gün qalmış- 27 oktyabr 1997-ci ildə RH öz qərarını ləğv edir, Güləliyev AXCP sıralarına bərpa edilir.
Zahir Əlisoy GK-ə sədr təyin olunduqdan sonra da RH-nin GK-nə təzyiqləri davam etdirilmişdir. Gəncləri ələ keçirmək üçün hər cür vasitəyə əl atan Əli Kərimov məqsqdinə nail olma-dıqda onlara qarşı çeşidli təzyiq üsullarından istifadə etməkdən çəkinməmişdir. Gənclər Komitəsinə alternativ təşkilat yarat-maq, gənclərin tədbirlərini pozmaq, onları döydürmək və s. kimi üsullardan istifadə etmişdir. Ə.Kərimov AXCP gənclərinə qarşı apardığı iqtidaryönlü fəaliyyətində cangüdənləri, AXCP AM-nin katibi Əlməmməd Nuriyev, Mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu, gənclərin işərisində tapdığı "desant"- E.Nuriyev (ifadə gənclərindir-XK) hətta YAP, "Ana Vətən", "Yurddaş" pariyarının nümayəndələrindən istifadə edirdi.
"Yurd" iqtidarın taktikalarına uyğun olaraq ələ keçirə bilmədikləri təşkilatlara, qurumlara paralellərini (əslində alter-nativlərini) yarətmışdır:
Bütöv Azərbaycan Birliyi - Bütöv Azərbaycan Hərəkatı (Arif Paşayev);
XAP - XAP (Qənimət Zahidov);
AXCP-nin Gənclər Komitəsi- Gənc Demokratlar Hərakatı;
AXCP-nin rayon şöbələri- "Yurd"un rayon şöbələri
Demokratik Konqres- "Demokratik Konqres" yaratmaqla təşkilatları əsas hədəflərindən yayındırmaq üçün bütün vasitələrdən istifadə etməklə cəmiyyətdə qeyri-müəyyənlik yaratmaqdan çəkinməmişlər.
Qeyd olunanlardan aydın olurki, ELÇİBƏYin Bakıya dönüşü ilə "Yurd"un Bəyə və AXCP-yə qarşı kompaniyası dahada kəskinləşir. Burda əsas məqsəd AXCP-ni daha çox daxili çəkişməyə cəlb etmək, ELÇİBƏYi isə bu çəkişmədə tərəfə çevirmək idi. Aydındır ki, BƏY tərəf deyildi. AXCP isə özünü və ELÇİBƏYi qorumalı idi.
1998-2000 illərdə AXCP "Yurd"u zərərsizləşdirmək istiqa-mətində fəallığını artırmışdır. 1998-ci ilin başlanğıcında mərkəzi orqanlar formalaşarkən Mirmahmud Fəttayev başda olmaqla bir qrup fəalın Ali Məclisin 1/3 təkibindən imtina etməsi, yerlərdə şöbələrin "Yurd"a ciddi müqavimət göstərməsi artıq AXCP daxilində "Yurd"un mahiyyətinin açıldığını göstərirdi.
AXC-AXCP-nin neçə illərdir ki, "Yurd"u zərərsizləşdirmək istiqamətindəki gərgin mübarizəsinə 1999-cu ildən bəzi "yurd"-çular da qoşuldular. Onlar "Yurd" ictimai birliyi yaranarkən qarşısına qoyduğu məqsədlərdən yayınaraq mənfəət qrupuna, AXCP-yə və ELÇİBƏYə qarşı olan qüvvələrin əlində vasitəyə çevrildiyini başa düşdükcə "Yurd"dan uzaqlaşır və ona qarşı aparılan mübarizəyə qoşulurdular.
Sədr müavinləridən Mirmahmud Fəttayev (1996), Zəlimxan Məmmədli (1998) və Fazil Qəzənfəroğlunun (1998) iqtidarın sifarişi ilə məhz ELÇİBƏYə qarşı təşkil olunmuş AM Rəyasət Heyətinin üzvlüyündən imtina etdilər. 1999-ci ilin axırlarında əsasən "yurd"çulardan təşkil olunmuş Rəyasət Heyətinin (19 üzvündən 17-si "yurdç"u idi) yalnız az bir qismi AXCP mövqeyini müdafiə edirdi.
2000-ci il parlament seçkiləri ili; ELÇİBƏYin seşkilərdə iştirak edəcəyini bəyan etməsi, "ELÇİBY-İsa QƏMBƏR" seşki blokunun yaradılması prosesinin sürətlənməsi, müxalifətin bir araya gəlməsi, cəmiyyətin fəallaşması seçkilərin saxtalaşdırılma-sının qarşısını almaq imkanının artması iqtidarın ciddi narahat-lığına səbəb olmuşdur. Artıq AXCP-nin parlament seşkiləri ilə əlaqədar proporsional siyahısının iqtidarın istəyinə uyğun for-malaşmayacağı, deməli ölkədə siyasi proseslərin ciddi surətdə dəyişəcəyi görünürdü. Bu isə neçə illərdir iqtidarın diktəsi ulə AXCP-ni hədəfindən yayındıran, müxalifətin birliyini əngəllə-yən, yalançı müxalifətçiliyi ilə cəmiyyəti çaşdıran "Yurd"un tam iflası demək idi. Buna görə iqtidarın diktəsi "Yurd"un AXCP-yə və ELÇİBƏYə qarşı hücmları artırır. Artıq "Yurd" Nizamnamə-yə məhəl qoymadan RH vasitəsiylə partiyanı dağıtmaq istiqamətində heç bir addımdan çəkinmir, himayəsində olan yazarlar dəstəsi qəzetlərdə hər gün AXCP və ELÇİBƏYlə bağlı onlarla böhtanlar, dezinformasiyalar hətda təhqirlərlə çıxış edir.
Ölkədə keçiriləcək parlament seşkilərinə partiyanın propor-sional seşki siyahısının müəyyənləşdirilməsi üçün AXCP-də ilkin seçkilrin keçirilməsi təklifi ELÇİBƏYin razılığına baxmayaraq RH-i tərəfindən kəskin qarşılandı, baxmayaraq ki, artıq Müsa-vat partiyası bu addımı atmış və cəmiyyət tərəfindən rəğbətlə qarşılanmışdı. Tam "Yurd"un təsiri altında olan, təşkilatın taba-nından heç bir dəstəyi olmayan Rəyasət Heyətini başa düşmək olardı. Şöbələrin istəyi nəzərə alınaraq partiya sədrininin 4 müavinin (M.Fəttayev, F.Qəzənfəroğlu, Ə.Məsimov, Z.Məm-mədli) 03.07.2000 tarixində "AXCP rayon (şəhər) şöbələri sədrlərinə, rayon şöbəsindən olan Ali Məclis üzvlərinə, rayon (şəhər) Məclis üzvlərinə və Nəzarət Təftiş Komissiyası üzvlərinə Müraciət" etdilər. Müraciəti AXCP üzvü olan aydınlar, AXCP Gənclər Komitəsi, AXCP-nin sıravi üzvləri (Səbayil RŞ-nin üzvləri Sədaqət Paşayevanın təşəbbüsünə qoşulan minlərlə cəbhəçilər) dəstəklədilər. RH-nin kəskin münasibətinə baxma-yaraq şöbələrin əksariyyəti "İlkin seçkiləri" dəstəklədilər. Vaxtın çox az olmasına baxayaraq 39 şöbə ilkin seçkini keçirə bildi. AXCP NTK-nün nəzarəti ilə keçirilən ilkin seçkilərin nəticələri "Yurd"un ali orqanlardaki nümayəndələrinin rayon (şəhər) şöbələrində dəstəyə malik olmadıqlarını göstərdi.
Təşkilatda təsir imkanlarını itirdikcə "Yurd" Rəyasət Heyəti vasitəsiylə şöbələrin səlahiyyətinə müdaxilə edir, konfransların keçirilməsini əngəlləyir, şöbə Məclislərinin qərarlarını tanımır, şöbələrdən seçilmiş Ali Məclis üzvlərini qeydə almır, AM üzvü olmayan şəxslər AM-in iclaslarında, RH-də iştirak edərək AXCP adından qərarlar qəbul edirdilər. Şöbələrin konfrans-larının keçirilməsini təşkil edilmiş şikayətlər əsasında özünün yaratdıgı "komissiyalar" və Nizamnaməyə zidd Təlimatı (05.03.97) vasitəsiylə aylarla süründürməçiliyə salan Rəyasət Heyəti təşkilatda ciddi narahatlıqlar yaradırdı.
AXCP sədri ELÇİBƏY şöbələrdə baş verən narazılıqları, RH-nin şöbələrin müstəsna səlahiyyətləri olan konfranslara çoxsaylı müdaxilələrini nəzərə alaraq 12 iyun və 14 iyun 2000-ci il tarixili Sərancamları ilə rayon (şəhər) şöbələrinin Konfrans-arını nizamlayan "AXCP rayon (şəhər) şöbələrinin konfransla-rının keçirilməsinə dair Təlimat" imzaladı. Bu Xalq Cəbhəsinin "Yurd"un dağıdıcı təsirindən qurtarması istiqamətində atılan cox ciddi addım idi.
2000-ci ilin parlament seçkiləri yaxınlaşdıqca mövqelərinin itirilməsi (partiya sədrinin konfransların keçirilməsi ilə bağlı Təlimatı, ilkin seçkilərin nəticələri, AXCP mövqeyinə xəyanət edən AM üzvlərinin şöbələr tərəfindən dəyişdirilməsi,…) aydın görünən "Yurd", iqtidarın maraqlarına uyğun olaraq Cəbhəyə və ELÇİBƏYə qarşı təxribatlardan maksimum səviyyədə istifadə
etməyə başladılar. Hətta ELÇİBƏYin ağır xəstələnməsi ona qarşı atılan addımları zəiflətmədi, əksinə dahada kəskinləşdirdi.
Ali Məclisin 01 iyul və 23 iyulda keçirilən sessiyaları haqqında arayış verək:
01 iyulda keçirilən iclasda, şöbələrdən seçilən Ali Məclisin 8 üzvünü iclasa buraxmayaraq əvəzində 8 nəfər səlahiyyətsiz adamın iştirakı ilə iclas keçirildi. Ən ağrılısı isə Əli Kərimovun çox ağır vəziyyətdə (həkim nəzarətində) olan ELÇİBƏYlə söh-bətində bu iclasın keçirilməsinə təkid göstərməsi idi. Bu hadisə ilə bağlı ELÇİBƏYin köməkçisi Əli Mürsəloğlunun dedikləri:
"ELÇİBƏY Türkiyə səfəri zamanı ciddi müayinədən keçdi və sağlamlıq durumunun yaxşı olmaması məlum oldu. BƏYin Amerka səfərindən sonra vəziyyəti dahada pisləşdi. Artıq həkimlər ona işləməyi, iclaslarda, tədbirlərdə iştirak etməyi qəti qadağan etmişdilər. BƏY artıq bağ evində qalır və müalicə olunurdu. Qəribə idiki Əli Kərimov əvvəlki vaxtlardan fərqli BƏYin yanına gəlir və onunla işlə (seçki, Mərkəzi Seçki Komissiyası, və s.) bağlı saatlarla söhbət edir müzakirələr aparır, hətta mübahisələr edirdi. Ona həkim məsləhətini xatırlatsamda buna əhəmiyyət vermir, əksinə BƏYi ciddi sutrətdə narahat edirdi. Həmin günlər BƏY çox ağır vəziyyətdə idi, hətta normal hərəkət edə bilmirdi. Ona hətta yerindən tərpənmək olmazdı. Buna baxmayaraq Əli Kərimov iyulun 1-də Ali Məclisin sessiyaının keçirilməsinə təkid göstərirdi. Mən BƏYin Əli Kərimova etirazını Ali Məclisin sessiyaında gördüm. BƏY iclas iştirakçılarının hamısının təəcübünə səbəb olan addım atdı. O, AM-in iclasında Sədrə (özünə) etimad məsələsini qoydu. Hətta bəzi "yurd"çuların bu məsələnin Ali Məclisin səlahiyyətində olmadğını desələrdə BƏY təkid etdi və üzünü divara çevirərək etimad məsləsini səsə qoymağı xahiş etdi. Məsələ səsə qoyuldu və Ali Məclis yekdilliklə BƏYə etimad göstərdi. Amma məsələ səsə qoyularkən "yurd"çulardan Xaliq Bahadır və Fuad Mustafayev zaldan çıxdılar. Mənə elə gəldiki, heç kim bu etimad məsələsinin mahiyyətini başa düşmədi. Çünki heç kəs Əli Kərimovun ELÇİBƏYlə söhbətdə Məclisin keçirilməsi üçün necə təkid göstərdiyini görməmişdi. Əli Kərimov isə ELÇİBƏYlə bağlı ona verilmiş görəvi axıra kimi yerinə yetirdi".
Ali Məclisin 23 iyulda keçirilən iclasında isə AM-in 11 üzvü iclasa buraxılmadı və onların əvəzindən AM üzvü olmayan 11 nəfərin iştirakı ilə yetərsaysız iclas keçirdi. On iki şöbədən seçilmiş və AM-in iclaslarına buraxılmayan AM üzvləri ilə bağlı arayışı nəzərinizə çatdıraq:
Naxçıvan şəhər şöbəsi Məclisinin konfrans haqqında qəra-rının (29.01.1999) icrasına AXCP AM-in Rəyasət Heyəti il yarım imkan verməmiş, NTK-nın tövsiyyələri, cəbhəçilərin çoxsaylı şikayətləri nəticəsiz qalmışdır. Hətta iş o yerə çatmışdır ki, şöbənin yurdçu rəhbərliyini (Adil Qasımov) qorumaq məqsədi ilə AM-ə saxta konfrans sənədləri təqdim edilmişdir. Baş verən hadisələrlə əlaqədar Naxçıvan Muxtar Respublika şöbəsi rəhbərliyi və Naxçıvan şəhər şöbəsindən nümayəndə heyyəti Bakıya gəlmiş və saxta sənədlərin təsdiqlənəcəyi AM-ə (iclas günü- 07.11.99) müraciət etmişlər. AM-in sədri Qulamhüseyn Əliyev, RH-nin üzvü Qüdrət Həsənquliyev isə Naxçıvandan gələnlərin hətta danışmasına imkan verməmişlər. Bu məsələdə xüsusi canfəşanlıq göstərən Qüdrət Həsənquliyevə "Sənin qardaşın Zəfər Həsənquliyev ELÇİBƏYin ən yaxın silahdaşlarıdan olan millət vəkili Şahmərdan Cəfərovun öldürülməsinin iştirakçısıdır" deyən İlham Sadıqov (Naxçıvan şəhər şöbəsinin) Q.Həsənquliyevin gətirdiyi "qoçular" tərəfindən vəhşicəsinə döyülmüşdür. AXCP sədri ELÇİBƏY Ali Məclisin Naxçıvan şəhər şöbəsinin "konfransı" ilə bağlı qərarına həmin iclasda veto (07.11.1999) qoymuşdur.
Ağdaş rayon şöbəsinin konfransına Rəyasət Heyəti uzun müddət müdaxilə etmişdir. RH şöbənin normal konfrans keçir-məsinə imkan verməmiş və şöbənin yaratdığı TK-ni ləğv edərək iki dəfə Təşkilat Komitəsi yaratmışdır. Mikayıl Rəhimovun sədrliyi ilə yaradılan TK "Yurd"un maraqlarını ödəmədikdə onu ləğv edərək Arif Paşayevin sədrliyi ilə yeni TK yaratmışlar.
Ağsu rayon şöbəsinin konfransı keçirildiyi gün heç bir əsaslı səbəb göstərmədən Qüdrət Həsənquliyevin təkidi ilə təxirə salınmış. RH-nin himayəsi ilə AXCP üzvü olmayan və iqtidar yönlü adamlar tərəfindən şöbəyə təzyiqlər göstərilmişdir.
Xətai rayon şöbəsinin Məclisinin konfrans haqqında qərarının (20.10.99) icrasına RH və onun yaratdığı Komissiya (Nizami Quliyev, Həsən Kərimov, Asif Kərimov) səkkiz ay imkan verməmişdir. Bu müddət ərzində "yurd"çu şöbə sədrinin istəyinə uyğun olaraq Ali Məclis "Rayon şöbələri haqqında Əsasanamə"də dəyişiklik etmiş, şöbə rəhbərliyini saxtakarlığa sövq etmiş, "yurd"çu olmayan Məclis sədri Azər Quliyev AM Rəyasət Heyəti tərəfindən AXCP sıralarından çıxarılmışdır.
Səbayil rayon şöbəsi Məclisinin konfrans haqqında qərarının (17.09.99) icrasına RH və onun yaratdığı Komissiya (Ə.Nuriyev, A.Kərimov) 9 ay imkan verməmişdir. Əli Kərimov tərəfindən şöbə qarşısında bir şərt qoyulmuşdur: Konfransın keşirilməsinə bir halda razılıq verərik ki, Həsən Kərimov AM üzvü seçilsin. (Bu hadisə olduğu kimi 1997-98-ci illərdə də baş vermişdir). Bütün bəhanələr tükəndikdə Həsən Kərimov üzvü olduğu Rəyasət Heyətinə 02.06.00 tarixində "Paris Kommunası" dayaq dəstəsinin sədri Nizaməddin Əhmədovun adından "AXCP Səbayil şöbəsində yaranmış vəziyyətlə əlaqədar "Paris Kommunası" dayaq dəstəsi üzvləri rayon konfransında iştirak etməkdən imtina edirlər" məzmunlu Müraciət etmiş və Müraciəti özü imzalamışdır (bax: səh-106). RH özünün təşkil etdiyi "şikayətlə" yenidən şöbədə "yoxlamalara" başlayanda bundan xəbər tutan Nizaməddin Əhmədov 07.06.00 tarixində RH-ə ərizə ilə müraciət etmişdir. Ərizədə göstərilirdi "…Yazıb məlumunuz edirəmki, mənim adımdan yazılan şikayət ərizəsindən xəbərim yoxdur. Həmin müraciətə imza atmamışam" (bax: səh-107). Bütün bunlara baxmayaraq RH-nin və RH-nin Komissiyasının üzvü Asif Kərimov Səbayi şöbəsinin 11.06.00 tarixində keçirilən konfransına gələrək "…sizdən şikayət var, "Paris Kommunası" dayaq dəstəsi konfransda iştirak etmir, ona görə sizdə yoxlama aparıldığından RH konfrans keçirməyə icazə vermir" iddiası ilə çıxış etmişdir. "Paris Kommunası" dayaq dəstəsinin konfransada iştirak edən nümayəndələri və sədri Asif Kərimova "Biz buradayıq, konfransda iştirak edirik və konfransla bağlı heç kimə şikayət etməmişik, əksinə bizim adımızdan edilən şikayətlə əlaqədar RH-ə müraciət etmişik" demələri A.Kərimova nə də RH-ə təsir göstərməmişdir. Səbayil rayon şöbəsi Məclisinin qərarı ilə başqasının adından ərizə yazdığına görə Həsən Kərimov AXCP sıralarından uzaqlaşdırılmışdır.
Sabunçu rayon şöbəsinin konfransının keşirilməsinə RH uzun müddət süni şikayətlər təşkil etdirmiş, Komissiya (Qüdrət Həsənquliyev, Həsən Kərimov) yaradaraq Konfransın keçiril-məsinə maneələr törətmişdir.
Kürdəmir rayon şöbəsi konfransının keçirilməsi RH tərəfindən məqsədli şəkildə mane olmuşdur. Şöbə konfransının seçdiyi Ali Məclis üzvü Firudin Zərbəliyev iclasa buraxılmamışdır.
Astara rayon şöbəsi Məclisi Əşrəf Həbibovun Ali Məclis üzvlüyündən istefa ərizəsini (bax:səhifə-108) nəzərə alır, istefa-sını qəbul edir və rayon şöbəsindən AM üzvü səlahiyyətlərini yerinə yetirməsini Rufulla Səmədova həvalə edir. Rufulla Səmə-dovun Ali Məclisin 2 iclasında (01, 23 iyul 2000) iştirak etməsinə imkan verilmir və həmin iclaslarda, həmçinin qərarların qəbul olunmasında Astara rayon şöbəsini AM üzvü olmayan Əşrəf Həbibov "təmsil edir".
Gədəbəy rayon şöbəsi AM üzvünün istefa ərizəsini nəzərə alaraq şöbə Məclsində yeni seçilmiş AM üzvünü AM-ə burax-mamış, saxta sənədlə Pənah Verdiyevin AM iclaslarında iştirakına imkan yaratmışdır.
Cəlilabad rayon şöbəsi Məclisi Fəxrəddin Mehdinin Ali Məclis üzvlüyündən istefa ərizəsini (bax:səhifə-109) nəzərə alaraq istefasını qəbul edir və rayon şöbəsindən AM üzvü səlahiyyətlə-rini yerinə yetirməsini İsrail Quliyevə həvalə edir. İsrail Quliyeviin Ali Məclisin 2 sessiyasında (01, 23 iyul 2000) iştirak etməsinə imkan verilmir və həmin iclaslarda, həmçinin qərarların qəbul olunmasında AM üzvü olmayan Fəxrəddin Mehdi iştirak edir.
Naxçıvan Muxtar Respublika şöbə Məclsi 29.06.00 tarixli iclasında Əqil Məmmədovun AM üzvlüyündən istefa ərizəsini nəzərə alaraq istefasını qəbul edir və AM üzvü səlahiyyətlərinin yerinə yetirməsini Fətəli İmanova həvalə edir. AM-n yurdşu rəhbərliyi F.İmanovu iclaslara (01, 23 iyul 2000) buraxmır.
Tovuz rayon şöbəsi Məclisi 07.07.00 tarixli sessiyasında Şahlar Abbasov AM üzvlüyündən azad edilmiş, AM üzvü səlahiyyətlərini yerinə yetirmək İmamqulu Məhəmməd oğlu Hüseyinova həvalə edilmişdir. İmamqulu Hüseyinov AM-in 23.07.00 tarixli iclasına buraxılmamışdır.
Beləliklə Xətai, Ağdaş, Səbayil, Sabunçu, Naxçıvan (şəhər), Kürdəmir şöbələrinin konfranslarının nəticələrini, Astara, Gədəbəy, Cəlilabad, Naxçıvan (MR), Tovuz şöbələrinin Məclislərinin qərarlarına əhəmiyyət verməyən RH Ali Məclisə seçilən 11 üzvü AM-ə buraxmır, onların əvəzindən AM üzvü olmayan adamlar AM-in iclaslarında, RH-nin iclaslarında iştirak edir və "qərarlar" qəbul edirdilər.
Təşkilatda nüfuz və imkanlarını tamam itirdiklərini görən "Yurd" yetgililəri hakimiyyətin sifarişinə uyğun olaraq qarşıdan gələn parlament seçkilərini saxtalaşdırılmasında vasitəçilik missiyasını yerinə yetirmək, milli demokratik qüvvələrin birgə fəaliyyətini əngəlləmək məqsədi ilə Nizamnaməni kobud surətdə pozaraq yetərsaysız iclas keçirməkdən çəkinmədilər. 23 iyul 2000-ci ildə keçirilən iclasda yurdçuların partiyanın parlament seçkilərinə proporsional siyahısını hakimiyyətin istəyinə uyğun olaraq nəyin bahasına olur olsun "təsdiq" etmək istəyini hiss edən AM üzvlərinin əksəriyyətinin zalı tərk etməsinə baxmayaraq hakimiyyətin sifarışı yerinə yetirildi. Yetərsaysız iclasda proporsional siyahı "təsdiqləndi". Bu isə artıq AXCP-ni "Yurd"a qarşı ciddi addımlar atmağa məcbur etdi.
AXCP rayon (şəhər) şöbələri sədrlərinin 05, 19 avqust Ümumrespublika Müşavirələri, Ali Məclisin 19 avqust; 3 sent-yabr iclasları, 28-29 oktyabrda keçirilən AXCP-nin növbəti III (VI) Qurultayı və 5 noyabr 2000-ci il Parlament seçkiləri "Yurd"un mahiyyətini tam açılmasına imkan yaratdı. Xalq Cəbhəsi "Yurd"dla birlikdə Heydər Əliyevçilikdən birdəfəlik qurtularaq hədəfləri uğrunda mübarizəyə, RƏSULZADƏ-ELÇİBƏY YOLUna yönəldi.
"Yurd"un AXC-AXCP-dəki pozuculuq fəaliyyəti hətta ölkə xaricində də diqqəti cəlb etmiş, bu məsələyə çoxsaylı münasibətlər bildirilmiş, məqalələr həsr edilmiş, kitablar nəşr olunmuşdur. Onların birindən sitat gətirək:
"…Azerbaycan Halk Cephesinin kurucusu olan Elçibeyin gerçek dava ve fikir arkadaşları, sonradan Aliyev Hükümətinin destek ve direktivleryle hareket ederek, AHC-ni içeriden işğal ederek ele keçirmek isteyen Elçibeyin telebelerinden Ali Kerimov ve Elçibeyin ideal və ülküsüne inanmayan ve "Bu romantikten devlet adamı olmaz…" şeklinde sloğanı çıxaran Asim Mollazade ve Ceyhun Mollazade kardeşlerin oluşturduğu küçük bir qrup tarafından Azerbacan Halk Cephesinden uzaklaşdırmağa çalış-maktadır. Ali Kerimovun bu konuda halktan ve AHC Partisinin il ve ilçe teşkilatlarından destegi yoktur. Ali Kerimov destegini Aliyev rejiminin içindeki belirli bir daireden, Asim Mollazadənin araclığı ile almaktadır. Asim Mollazade, Aliyev hükümeti ile Azerbacan Halk Cephesi içinde kendilerini "Yurtçular" diye adlandırarak ayıran grubun arasında kuryedir….
…Ali Kerimov və yandaşlarının işğali altında olan AHC binasındakı bütün evraklara ve resmi dokumanlara, mühür ve başlıklı kağıtlara Elçibeye karşı olanlar tarafından el koyul-muşdur. Elçibeyin en böyük eseri ve armağanı olarak kabul edilen Azerbacan Halk Cephesinin işğalçı "yurtçular" tarafından ele keçirilmesini, halk böyük tepki ile karşılamaktadır…"
("E.ELÇİBEY", Yavuz Bülent Bakiler, avqust 2001,Türkiyə)


SƏNƏDLƏR
AXC-AXCP mərkəzi orqanları ilə əlaqədar sənədlər
I.AXCP sədri Ə.ELCİBƏYin vetoları və Təlimat.
I.1. AXCP sədri ELÇİBƏYin AXCP AM Rəyasət Heyətinin AXCP NTK sədri Şamil Quliyevi AXCP NTK sıralarından xaric etməsi haqda verdiyi qərara vetosu 20.09.97
I.2.Naxçıvan şəhər şöbəsi "konfransının" nəticələrinin təsdiq-lənməsi haqqında AXCP Ali Məclisin qərarına partiya sədri ELÇİBƏYin vetosu 07.11.99
I.3.AXCP rayon (şəhər) şöbələrinin konfranslarının keçirilməsinə dair TƏLİMATın hazırlanması ilə əlaqədar AXCP sədri ELÇİBƏYin 018 saylı Sərəncamı. 12.06.00
I.4.AXCP rayon (şəhər) şöbələrinin konfranslarının keçiril-məsinə dair TƏLİMAT. .AXCP sədri ELÇİBƏY. 14.06.00
I.5.AXCP rayon (şəhər) şöbələrinin konfranslarına hazırlıq barədə daxil olmuş sənədlərin araşdırılmasına dair AXCP sədri ELÇİBƏYin 019 saylı Sərəncamı. 14.06.00

Bakı Əlaqələndirmə Komitəsinin sənədləri

AXCP 11 rayon şöbə rəhbərlərinin Müraciəti ilə bağlı sənədlər
AXCP sədri ELÇİBƏY cənablarına, AXCP AM Rəyasət He-yətinə Müraciət (AXCP 11 rayon şöbə rəhbərliyinin) -15.09.97
-AXCP 11 rayon şöbə rəhbərliyinin Müraciətinə dəstək verən şöbələr siyahısı
-AXCP 11 rayon şöbə rəhbərliyinin Müraciətinə dəstək verərək AXCP Ali Məclisinin 21.09.97 tarixli sessiyasını tərk edən AM üzvlərinin siyahısı
-AXCP Qaradağ rayon şöbəsi Məclisinin qərarı (AXCP 11 rayon şöbə rəhbərliyinin Müraciətinin müdafiəsi və "Azadlıq" qəzetinin 17.09.97 tarixli sayında 15.09.97 tarixli müşavirə ilə əlaqədar "AXCP-də müşavirə" adlı yazının həqiqətə uyğun olmaması haqqında)

AXCP-də keçirilən ilkin seçkilərlə əlaqədar sənədlər:
-AXCP sədr müavinlərinin (M.Fəttayev, F.Qəzənfəroğlu, Ə.Məsimov, Z.Məmmədli) "AXCP rayon (şəhər) şöbələri sədr-lərinə,şöbələrdən olan Ali Məclis üzvlərinə, rayon (şəhər) Məclis üzvlərinə və Nəzarət Təftiş Komissiyası üzvlərinə Müraciət" və ilkin seçkilərin keçirilməsi ilə bağlı Təlimat -13.07.00
-AXCP sədr müavinləri Mirmahmud Fəttayev, Fazil Qəzən-fəroğlu, Əli Məsimov və Zəlimxan Məmmədlinin bəyanatı (ilkin seçkilərlə bağlı) -17.07.00
-AXCP üzvü olan aydınların bəyanatı (ilk.seçkil.) -18.07.00
-AXCP Gənclər Komitəsi siyasi şurasının bəyanatı (ilkin seşkilərlə bağlı) -19.07.00
-AXCP-nin parlament seçkilərində proporsional siyahısının müəyyənləşdirilməsi ilə əlaqədar ilkin seçkilərin keçirilməsinə dəstək verən şöbələrin Məclislərinin qərarları, bəyanatları
-Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbər orqanlarına AXCP sıravi üzvlərinin müraciəti
-AXCP-nin parlament seçkilərində proporsional siyahısının müəyyənləşdirilməsi üçün keçirilmiş ilkin seçkilərin ilkin yekunları-NTK sədri M.Rəhimlinin məlumatı -22.07.00
-Azərbaycan Respublikası Milli Məclisinə seçkilərində AXCP-nin proporsional qayda üzrə namizədlərinin ilkin seçkilərinin nəticələri
-Toplum sosioloji Araşdırmalar Mərkəzinin 2000-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı AXCP-nin Bakıdakı rayon şöbələri arasında keçirdiyi sorğunun nəticələri

AXCP Təşkilat şöbəsi ilə əlaqədar sənədlər
-AXCP Təşkilat şöbəsi əməkdaşlarının iş qrafiki -05.03.98
-AXCP Təşkilat şöbəsi əməkdaşlarının işə davamiyyət cədvəli- 05.03.98
-AXCP sədrinin təşkilat məsələləri üzrə müavini Mirmah-mud Fəttayevin Təşkilat şöbəsinin formalaşdırılması ilə bağlı təqdimatları 1998, 1999
-AXCP Tovuz rayon şöbəsindən Ali Məclis üzvü Şahlar Abbasovun AXCP Təşkilat şöbəsinin əməkdaşı (Qərb zonasının kuratoru) İlham Hüseynova məktubu (bax:səhifə-110) -10.03.99
-AXCP Gəncə şəhər şöbəsi Təşkilat şöbəsinin müdiri Yunis Nuriyevin AXCP Təşkilat şöbəsinə məlumatı
-AXCP NTK-nın Təşkilat şöbəsindən AXCP BDU şöbəsinin fəaliyyəti ilə bağlı sorğusu -17.05.00
-AXCP NTK-nın BDU şöbəsinin fəaliyyəti ilə bağlı sorğu-suna (17.05.00) TŞ-nin müdir əvəzi B.Əbilovun cavabı -30.05.00
-AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbilin AXCP Sədri ELÇİBƏYə və sədr müavini Mirmahmud Fəttayevə, AXCP Nəzarət Təftiş Komissiyasına Məlumatı (RH tərəfindən edilən saxtakarlıqlarla bağlı) -02.02.00
-AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbilin AXCP AM Rəyasət Heyəti üzvlərinə Müraciəti (RH tərəfindən edilən saxtakarlıqlarla bağlı) -06.02.00
-AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbilin AXCP AM üzvlərinə Müraciəti (RH tərəfindən edilən saxtakarlıqlarla bağlı: Daşkəsən …) -18.02.00
-AXCP Təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbilin AXCP Nəzarət Təftiş Komissiyasına Müraciəti (AM RH tərəfindən edilən saxtakarlıqlar və Nizamnamə pozğunluğu ilə qəbul etdiyi qərarlarla bağlı) -17.02.00
-AXCP Gəncə şəhər şöbəsi "Qızıl Hacılı" dayaq dəstəsinin sədri Miraləm Məmməd oğlu Əlizadənin Gədəbəy rayonu Zinzahal kənd sakini İfaləddin Paşayev adından yazdığı saxta sənəd. -31.01.00
-RH-nin Komissiyası adından Qüdrət Həsənquliyevin AXCP Səbayil RŞ Patamdar dayaq dəstəsini yoxlanması ilə bağlı video-material

AXCP rayon (şəhər) şöbələri ilə bağlı sənədlər:
-AXCP Yevlax rayon şöbəsinin 15.09.96 tarixdə keçirilmiş I konfransından AM RH-ə edilmiş şikayətlərlə əlaqədar yoxlamanın nəticələri- 16.10.96
-AXCP Qaradağ rayon şöbəsindən 14 fevral 2000-ci ildə AXCP Ali Məclisi Rəyasət Heyətinə ünvanlanmış müraciətlə bağlı RH Komissiyasının arayışı-30.03.00
-AXCP Naxçıvan MR şöbə rəhbərliyinin partiyanın mərkəzi orqanlarına müraciətləri, məlumatları.
-AXCP Naxçıvan şəhər şöbəsindən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP Xətai RŞ-dən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP İzmir rayon şöbəsi tərəfindən "AzİMÜ" dayaq dəstəsindən bir qrup üzvün müraciətinin araşdırılması haqqında Məlimat-21.04.00
-AXCP Səbayil RŞ-dən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP AM RH-ə Səbayil RŞ "Paris Kommunası" dayaq dəstəsinin sədri Əhmədov Nizaməddin adından Həsən Kərimovun yazdığı saxta ərizə (bax: səhifə-106) -02.06.00
-AXCP AM RH-ə Səbayil RŞ "ParisKommunası" dd sədri Əhmədov Nizaməddinin ərizəsi (onun adından Həsən Kərimo-vun yazdığı saxta ərizə ilə əlaqədar) (bax: səhifə-107) -07.06.00
-AXCP Masallı RŞ-dən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP Sabirabad RŞ-dən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP Sumqayıt ŞŞ-dən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP Xaçmaz RŞ-dən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP Lənkəran RŞ-dən partiyanın mərkəzi orqanlarına şikayətlər, müraciətlər.
-AXCP Gəncə ŞŞ-dən partiyanın mərkəzi orqanlarına çoxsaylı şikayətlər, müraciətlər.
-AXCP Zəngilan şöbəsinin konfransa hazırlıq sənədlərinin araşdırılması ilə bağlı arayış.
-AXCP Nəsimi RŞ üzvlərinin mərkəzi orqanlara çoxsaylı şikayətləri.
-AXCP Nərimanov RŞ üzvlərinin mərkəzi orqanlara şikayətləri.
-AXCP Laçın RŞ-dən müraciətlər (AXCP sədrinin müavini Arif Paşayevin şöbədəki pozuculuq fəaliyyəti ilə əlaqədar).
-AXCP Şahbuz RŞ Məclisinin bəyanatı (AXCP AM RH-nin üzvü Nizami Quliyevin Şahbuzda alternativ şöbə yaratmaq məqsədi ilə AXCP-yə düşmən olan adamlara müraciəti və bir neçə AXCP üzvünə pul və vəzifə təklif etməsi (cəbhəçilər qəti surətdə imtina etmişlər) ilə əlaqədar) (bax: səhifə-120) - 08.08.00
-AXCP Şahbuz RŞ Şahbuz qəsəbə dd sədri Nüsrət Hüseynovun ərizəsi (bax: səhifə-116) -10.08.00
-AXCP Şahbuz RŞ NTK üzvü M.Qasımovun bildirişi (Niza-mi Quliyevin alternativ cəbhə yaratmaq və bu məqsədlə pul (150 ABŞ dollar) təklif etməsi ilə əlaqədar) (bax: səhifə-114) -10.08.00
-AXCP Şahbuz RŞ-nin üzvü Qəhrəmanov İlham Hüsü oğlunun ərizəsi (bax: səhifə- 112 ) -08.08.00
-AXCP Şahbuz RŞ Badamlısu qəsəbə dd sədri Yaqubov Fəxrəddin Zülfəli oğlunun AXCP sədri ELÇİBƏYə, Ali Məclisə, MNTK-ya müraciəti (Nizami Quliyevin və Fuad Qəhrəmanlının Şahbuzda yeni "yaradacaqları" "şöbənin" Təşkilat Komitəsinin üzvlüyünə onun adının daxil edilməsinə etirazla əlaqədar). (bax: səhifə- 118)
-AXCP Binəqədi RŞ "M.Ə.Rəsulzadə" dd-nin bəyanatı.

AXCP Ali Məclisinin 23.07.00 sessiyası ilə əlaqədar sənədlər:
-AXCP Ali Məclis üzvlərinin və rayon şöbə sədrlərinin Bəyanatı- 23.07.00
-AXCP Ali Məclisinin 23.07.00 tarixli iclasını tərk edən AM üzvlərinin siyahısı
-AXCP Ali Məclisinin 23.07.00 tarixli iclasında iştirak edən üzvlərin siyahısı
-AXCP Ali Məclisi üzvlərinin siyahıları - AXCP sədrinin təşkilat məsələləri üzrə müavini Mirmahmud Fəttayev. 24.07.00
-"AXCP Ali Məclisinin tərkibi" "Azadlıq" qəzeti 18.08.00
-AXCP Ali Məclisinə buraxılmayan Ağdaş, Səbayel, Sabunçu, Kürdəmir, Xətayi, Naxçıvan (şəhər), Astara, Gədəbəy, Cəlilabad, Naxçıvan MR, Tovuz şöbələrindən seçilmiş Ali Məclis üzvlərinin sənədləri
-AXCP Ali Məclisinin 23.07.00 tarixli sessiyasında Ağdaş, Səbayel, Sabunçu, Kürdəmir, Xətayi, Naxçıvan (şəhər), Astara, Gədəbəy, Cəliabad, Naxçıvan MR, Tovuz şöbələri adından
iştirak edən, lakin Ali Məclis üzvü olmayan adamların siyahısı.
-AXCP Ali Məclis üzvlərinin qeydə alınması vəziyyəti (bax: səhifə - 111)
-AXCP NTK-nın AXCP Ali Məclisinin 23.07.00 tarixli sessiyası ilə əlaqədar rəyi - 26.07.00
-AXCP Ali Məclisinin 23.07.00 tarixli sessiyasına AXCP rayon (şəhər) şöbələrinin münasibətləri (Məclislərinin qərarları, bəyanatlar, …)

AXCP rayon (şəhər) şöbələri rəhbərlərinin 05.08.00 tarixli ümumrespublika müşavirəsinin sənədləri:
-Müşavirə iştirakçılarının imzalı siyahısı;
-Müşavirənin protokolu;
-Ümumrespublika müşavirəsinin Qətnaməsi.

AXCP rayon (şəhər) şöbə rəhbərlərinin 19.08.00 tarixli ümumrespublika müşavirəsinin və Ali Məclis iclasının sənədləri:
-Müşavirə iştirakçılarının imzalı siyahısı;
-Müşavirənin protokolu:
-Ali Məclis iclasının protokolu;
-AXCP NTK-nin rəyi - 19.08.00;
-AXCP NTK-nın 10 sentyabr 2000-ci ildə "AXCP Ali Məclisinin iclası" adı altında çağırılmış toplantı iştirakçılarına MÜRACİƏTİ. 09.09.00.

AXCP Gənclər Komitəsi
-arayışlar
-AXCP şöbələrinin partiya sədrinin birinci müavini Əli Kərimovun cangüdənlərinin AXCP Gənclər Komitəsi üzvlərinə qarşı etdikləri kobudluqla bağlı etirazları (Məclislərin qərarları, bəyanatlar)

AXCP mərkəzi orqanlarına (Partiya sədri ELÇİBƏYə, sədrin təşkilat məsələləri üzrə müavini Mirmahmud FƏTTAYEVə, Nəzarət Təftiş Komissiyasına, Təşkilat şöbəsinə …) çoxsaylı şikayətlər

AXCP-nin rayon (şəhər) şöbələrinin «Yurd» mənfəət qrupunun fəaliyyətini araşdıran komissiyaların arayışları.


AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Təşkilat şöbəsinin əməkdaşı Həsən Kərimovun Səbayel rayonu «Paris Kommunası» dayaq dəstəsinin sədri Əhmədov Nizaməddinin adından AM Rəyasət Heyətinə yazdığı müraciət:




















Müraciət latın qrafikasında:
AXCP Ali Məclisi Rəyasət Heyətinə
Səbayel rayonu «Paris Kommunası» d/d-nin sədri
Əhmədov Nizaməddin tərəfindən
Müraciət
AXCP Səbayel rayon şöbəsində yaranmış vəziyyətlə əlaqədar «Paris Kommunası» d/d-nin üzvləri rayon konfransında iştirak etməkdən imtina edirlər.
İmza Əhmədov N. 2.VI. 2000

Qeyd: Müraciətin saxtalığı Nizaməddin Əhmədovun yazdığı ərizədə (növbəti səhifəyə bax) göstərilsə də, AM Rəyasət Heyəti bu «Müraciəti» əsas götürərərək rayon şöbəsinin konfransının keçirilməsinə icazə verməmişdir (artıq neçənci dəfə).


Səbayel rayonu «Paris Kommunası» dayaq dəstəsinin sədri Əhmədov Nizaməddinin AM Rəyasət Heyətinə ərizəsi (onun adından AXCP AM Rəyasət Heyətinin üzvü Həsən Kərimov tərəfindən yazılan Müraciətlə əlaqədar):



























Ərizə latın qrafikasında:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisi Rəyasət Heyətinə «Paris Kommunası» d/d-nin sədri Əhmədov N. tərəfindən
ərizə
Yazıb məlumunuz edirəm ki, mənim adımdan yazılan şikayət ərizəsindən xəbərim yoxdur, həmçinin müraciətə imza atmamışam.
İmza 7.VI.2000



Ali Məclisin üzvü Əşrəf Höccətulla oğlu Həbibovun Ərizəsi





























Ərizə latın qrafikasında:
AXCP Astara RŞ-nin Məclisinə
Ali Məclisin üzvü Əşrəf Höccətulla oğlu Həbibov tərəfindən
Ərizə
Xahiş edirəm AXCP Ali Məclis üzvlüyündən istefamı qəbul edəsiniz.
İmza: / Həbibov Ə. H. 16 iyun 2000-ci il



AXCP Ali Məclisinin üzvü Fəxrəddin Mehdinin ərizəsi






















Ərizə latın qrafikasında:

AXCP Cəlilabad rayon şöbəsinin Məclisinə
Ali Məclisin üzvü Fəxrəddin Mehdi tərəfindən
Ərizə
Ali Məclisin üzvü fəaliyyətimin rayon Məclisi tərəfindən qəbul olunmadığı üçün Ali Məclisin üzvlüyündən istefa verirəm.

İmza: /F. Mehdi/
18.06.2000






AXCP Tovuz rayon şöbəsindən Ali Məclisin üzvü Şahlar Abbasovun məktubu









































AXCP Ali Məclisində şöbələrdən seçilən nümayəndələrin qeydə alınma vəziyyəti (01.01.00-23.07.00)









































«Yurd»un AXCP AM Rəyasət Heyəti vasitəsilə AXCP-nin rayon (şəhər) şöbələrinə alternativ şöbələr yaratmaq məqsədi ilə gördüyü işlərdən bəzi nümunələr:
AXCP AM Rəyasət Heyətinin üzvü Nizami Quliyevin (H.Əliyev rejiminin təyin etdiyi deputat, rejimin maraqlarına uyğun) AXCP Şahbuz rayon şöbəsinə alternativ şöbə yaratmaq istiqamətindəki bəzi fəaliyyətləri ilə əlaqədar sənədlər:
AXCP MNTK-na Şahbuz rayon şöbəsinin üzvü Qəhrəmanov İlham Hüsü oğlunun Bildirişi



























Bildiriş latın qrafikasında növbəti səhifədə


AXCP MNTK-na Şahbuz rayon şöbəsinin üzvü Qəhrəmanov İlham Hüsü oğlu tərəfindən

Bildiriş

Yazaraq sizə məlum edirəm ki, 2000-ci ildə Nizami Quliyev adlı şəxslə mənim heç bir görüşüm olmayıb. AXCP daxilində Şahbuz rayonunun alternativ şöbəsini yaradanları pisləyirəm. Belə bir səhv addımın atılmasına heç vaxt razı ola bilmərəm.
Xahiş edirəm, mənim adımı alternativ şöbə yaradılmasında özünüzə tərəfdar saymayasınız. Mən vahid AXCP-nin parçalanmasını heç vaxt qəbul etmirəm. AXCP-nin bütövlüyünün qorunması naminə bütün qüvvələri birliyə dəvət edirəm.

AXCP Şahbuz RŞ-nin üzvü:

imza İlham Qəhrəmanov

08 avqust 2000-ci il.























AXCP-nin Ali Məclisinə, Surəti MNTK
AXCP Şahbuz rayon NTK üzvü M. Qasımov tərəfindən
Bildiriş

































Bildiriş latın qrafikasında növbəti səhifədə


AXCP-nin Ali Məclisinə, Surəti MNTK
AXCP Şahbuz rayon NTK üzvü M. Qasımov tərəfindən
Bildiriş
05 avqust 2000-ci ildə Fuad Qəhrəmanov və RH üzvü Nizami Quliyev bizim evə gələrək xeyli söhbət etdilər. Söhbət zamanı N.Quliyev bildirdi ki, keçmiş icra hakimi T.Sadıqov, İ.Qəhrəmanov, F. İbrahimov və digər şəxslərlə alternativ Cəbhə yaratmaq razılığı almışam. Sən də razı ol, sizə bütün maliyyə köməyi edəcəyəm. Hətta mənə 150 ABŞ dolları vermək istədi. Mən isə ona bildirdim ki, Nizami bəy, 12 illik cəbhədaşları 150 dollara dəyişməyə cəsarətim çatmaz. Məni H.Əliyev 10 ildir ac saxlayır dözürəm, bil ki Şahbuzda heç bir cəbhəçini pulla əqidəsindən döndərmək olmaz.
Ali Məclis üzvü K. Məmmədovdan xahiş edirəm ki, mənim Bildirişimi Ali Məclisdə oxusun.

Hörmətlə imza M. Qasımov.

08 avqust 2000














AXCP-nin Ali Məclisinə
AXCP Şahbuz qəsəbə DD-nin sədri Nüsrət Hüseynov
tərəfindən məlumat


































Nüsrət Hüseynovun Məlumatı növbəti səhifədə, latın qrafikasında çap edilmişdir



AXCP-nin Ali Məclisinə
AXCP Şahbuz qəsəbə DD-nin sədri Nüsrət Hüseynov tərəfindən
məlumat

Bildirirəm ki, 05.08.2000 tarixində AXC-dən deputat Nizami Quliyev Şahbuza gələrək mənimlə görüşdü. Bildirdi ki, yeni şöbə yaratmaq lazımdır və səni də orada görmək istəyirik. Əgər biz dediyimiz formada şöbə yaransa , Ali Məclisə biz dediyimiz şəxs seçilsə, Əli Kərimovu qəbul etsə, biz şöbəyə hər cür maddi vəsait verəcəyik və sizi də gözəl vəzifələr gözləyir.
Aydındır ki, mən onun bu və ya digər təkliflərinə etiraz etdim.
Sizlərdən xahiş edirəm ki, AXCP-ni parçalamağa yönəlmiş, Nizami Quliyevin və onu pozuculuq işinə göndərən şəxslər haqqında prinsipial qiymətinizi verəsiniz.

imza Hüseyinov N.H.
10.08. 2000


Məlumatımı AXCP Ali Məclisinin üzvü Kərəm Məmmədova Ali Məclisin sessiyasında Məclis üzvlərinə çatdırmağı xahiş edirəm.




















AXCP sədri hörmətli Əbülfəz Elçibəyə!
AXCP Ali Məclisinə!
AXCP MNTK-ya!
AXCP Şahbuz rayon şöbəsi, Badamlısu qəsəbə D/D-nin sədri Sadiqov Fəxrəddin Zülfəli oğlunun
Müraciəti








































































AXCP Şahbuz rayon şöbəsi Məclisinin bəyanatı






































Bəyanat növbəti səhifədə çap edilmişdir


AXCP Şahbuz rayon şöbəsi Məclisinin
B ə y a n a t ı
AXCP-də son dövrlər başlanan proseslər (21 iyul 2000-ci il tarixində verdiyimiz bəyanatda olduğu kimi) rayon şöbələrinə də transfer olunmaqdadır. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvləri rayon şöbələrini gəzərək öz qruplarına xidmət edən alternativ şöbə yaratmağa cəhd edirlər. 04 avqust 2000-ci il tarixdə AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Nizami Quliyev Şahbuz rayonuna gələrək nə AXCP Naxçıvan MR, nə də Şahbuz rayon şöbəsinin rəhbərliyi ilə görüşməyə cəhd etməmiş, Xalq cəbhəsinə qarşı düşmən mövqedə olanlarla (cəbhəni söyüb YAP-a keçən Fariz İbrahimovla, keçmiş icra hakimi, həm də Xalq cəbhəsinin qərargahını əlindən almışTelman Sadiqovla və Fuad Qəhrəmanovla) görüşərək təcili alternativ rayon şöbəsi yaratmaq məsələsini müzakirə etmişlər. AXCP Şahbuz rayon şöbəsinin bir neçə üzvünə pul və vəzifə təklif etməklə onları öz tərəfinə çəkməyə cəhd etsə də rədd cavabı almışdır. AXCP Şahbuz rayon şöbəsi AXCP Ali Məclisi Rəyasət Heyətinin bu cür hərəkətlərini təşkilat daxilində pozuculuq, bölücülük və təfriqəçilik kimi qiymətləndirir. AXCP Şahbuz rayon şöbəsi AXCP sədri Ə. Elçibəydən, AXCP MNTK sədri M.Rəhimovdan və AXCP Ali Məclisindən qəti şəkildə tələb edir ki, AXCP Ali Məclisinin Rəyasət Heyəti buraxılıb yeni tərkibdə seçilsin.

AXCP Şahbuz rayon şöbəsinin Məclis sədri:
imza M. Gülmalıyev
AXCP Şahbuz rayon şöbəsinin sədri: imza N.Hüseynov
08 avqust 2000- ci il.


Şahbuz rayon şöbəsi xahiş edir ki,
Bəyanat olduğu kimi mətbuatda çap edilsin.

Hiç yorum yok:

Yorum Gönder