II."Yurd" ictimayi birliyinin AXC-AXCP-nin hüquqi bazasında və normativ sənədlərində məqsədyönlü şəkildə yaratdığı problemlər
Araşdırmalar göstərir ki, "Yurd"un AXC-AXCP daxilində apardığı fəaliyyət sistemli və uzunmüddətli olmuşdur. Bu cür fəaliyyət isə uzun müddət ərzində ictimai-siyasi proseslərin önündə gedərək xalq hərakatına rəhbərlik etməklə böyük uğurlar qazanan Xalq Cəbhəsi kimi təşkilatda mümkün olmazdı, əgər bu fəaliyyəti təmin edən zəmin yaradılmasaydı. Məhz bu səbəbdən Xalq Cəbhəsinin mövcudluğunu və fəaliyyətini təmin edən hüquqi bazasına müdaxilə etmək və onun normativ sənədlərində ziddiyətlər yaratamqla bu zəmin yaradılmışdır.
1993-cü ilin iyun qiyamından sonra Xalq Cəbhəsi kimi ölkədə aparıcı bir təşkilatın qanundan kənar qalması aydın göründü. Bu AXC iqtidarı dövründə qəbul edilən qanunlar nəticəsində baş vermişdir. Qanundan kənarda qalan, sədri ölkənin siyasi mərkəzindən uzaqda- sürgün şəraitində yaşayan, qiyamla hakimiyyəti zəbt etmiş iqtidarın represiyaları altında fəaliyyət göstərən təşkilatın rəhbərliyinə yerləşmiş "Yurd"un Xalq Cəbhəsinin sturukturlarını ələ keçirmək cəhdi qərarverici və icraedici orqanlardan (Ali Məclisi, AM Rəyasət Heyəti, Sədr Aparatı və s.) başladı. Bunu isə AXC kimi təşkilatda mövcud Nizamnamə və digər normativ sənədlər çərçivəsində etmək mümkün deyildi. Məhz buna görə "Yurd"un AXC-nin ali orqanlarında təmsil olunan üzvləri tərəfindən həmin sənədlərin dəyişdirilərək problemlər mənbəyinə çevrilməsi prosesi başladı.
Represiyalar altında, yarımleqal şəraitdə, camaşırxanada (artıq təşkilatın qərargahı zəbt edilmişdi) keçirilən Ali Məclisin 30.04.1994 tarixli iclasında, "yurd"çular AM-in 1/3 tərkibini istədikləri kimi formalaşdıra bilmədilər. 24 yerə cemi 5 nəfər seçildi. Bu da "Yurd"un istəyinə uyğun deyildi. Yarımçıq qalan iclas bir ilə yaxın Bakıda olmayan Əli Kərimovun Bakıya qayıtması ilə davam etdirildi (11.06.1994). Seçki qaydasını (AM-in Reqlamentini) dəyişdirərək, bir seçkini iki qayda ilə keçirməklə, Nizamnamə pozuntusu (maddə VI.6) ilə AM-n 1/3 tərkibini və AM rəhbərliyini (Rəyasət Heyətini) ələ keçirdilər.
(bax: "Müxalifət" qəzetinin 07.05.94, 12.05.94, 13.06.94 tarixli
və "Azadlıq" qəzetinin 16.06.94, 30.06.94 tarixli sayları)
"Yurd"laşdırılmış Rəyasət Heyətinin vasitəsiylə AXC-nin Qurultayını 1995-ci il parlament seçkilrinə qədər yubadan yurdçular hakimiyyətin diktəsi ilə Ədliyyə Nazirliyinə təqdim edilən (01.09.95) AXCP Nizamnaməsinə oğurluq maddə (VI.9.12) əlavə edərək partiyanın sədrinə alternativ qurum (rəhbər orqan- Rəyasət Heyəti) yaratmaqla sədr postunu parti-yada formal quruma çevirməklə bərabər təşkilatın hüquqi baza-sında və normativ sənədlərində, sturukturunda və idarəedil-məsində yaradılacaq problemlərin əsasını qoydular.(bax: səh.-43)
1996-ci ilin yanvarında AXCP AM RH-nin təklifi ilə partya sədrinin müavinlərini ali qərarverici orqanlara (1/3 tərkibdən AM-ə və AM RH-ə) üzv edərək sədrdən üstün səlahiyyətlər verdi.
1996-cı ilin 26 iyununda Rəyasət Heyətinin qəbul etdiyi Reqlament (özü üçün Reqlament qəbul etmək səlahiyyəti RH-nə AM tərəfindən hələ 4 aydan sonra (05.10.96) veriləcək) partiya sədrinin I müavininə AM Rəyasət Heyətinə rəhbərlik etmək səlahiyyəti verməklə AM sədrini və müavinlərini faktiki "oyuncağa" çevirir. Digər tərəfdən bu Reqlament Nizamnaməni (maddə II.8) kobud surətdə pozaraq RH-nə "…üzvlər arasında sorğu keçirmək yolu ilə" "qərarlar qəbul etmək" səlahiyyəti verməklə partiya işində dünyada oxşarı olmayan sənədə çevrilir.
Sədr Aparatı haqqında Əsasnamə Partiya sədrinin I müavi-ninə "Aparatın işinə rəhbərliyi və onun planlaşdırılmasını həyata keçirmək", "sərancam, əmr və digər sənədlərə viza qoymaq", "bölmə müdirlərini və əməkdaşlarını təyin və azad etmək" kimi səlahiyyətlər verir.
05.03.97 tarixində qəbul etdiyi "AXCP rayon (şəhər) şöbələrinin konfranslarının hazırlanması və keçirilməsi qaydaları haqqında Təlimat"la Rəyasət Heyəti Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (ELÇİBƏY Bakıda olmdığından bu Komitəyə faktiki rəhbərliyi Əli Kərimov etmişdir), payon (şəhər) şöbələri Məclisləri və Konfranslarının və AXCP Təşkilat şöbəsinin, çoxsaylı komissiyalar yaratmaqla AXCP Nəzarət Təftiş Komitəsinin səlahiyyətlərini mənimsəmişdir.
Xalq Cəbhəsinin ali orqanlarını ələ keçirən "Yurd", Ali Məclisin, AM Rəyasət Heyətinin çoxsaylı qərarları ilə, Sədr Aparatını iflic vəziyyətə salmaqla təşkilatın fəaliyyətində, idarə olunmasında, təşkilat işlərində ciddi problemlər yaradaraq onu əsas hədəflərindən yayındırmışdır.
AXCP AM RH təşkilatdaxili bütün subardinasiya qaydala-rını pozaraq qanundan kənar çirkin məqsədlərini həyata keçirmək üçün rayon (şəhər) şöbələrindən sui-istifadə etməkdən çəkinmirdilər. Rəyasət Heyəti AM-in katibi Əlməmməd Nuriyev vasitəsiylə Analitik Mərkəzin (rəhbəri Xaləddin İbrahimli) hazırladığı və AXCP-nin yerli təşkilatlarına göndərdiyi Təlimat-lardan birində (may 1999) yerli təşkilatlardan tələb olunan informasiyaların yalnız bir qismini sadalasaq yetərlidir:
-"yerli təşkilatın üzvlərinin sayı"
-"üzvlərdən maddi imkanı olanlar"
-"rayon üzrə ən nüfuzlu adamların siyahısı"
-"seçkilərdə qalib gəlmə şansı olanlar"
-"rayondakı imkanlı şəxslərin siyahısı"…
-"Arayışın hazırlanması və rəhbərliyə çatdırılması prosesi-nin və sənədin özünün məxfiliyini"n qorunmasını tələb edən bu Təlimatın xarakteri çox məsələdən xəbər verir. Seçkilər önü yerlərə göndərilən bu kimi təlimat-sorğularla toplanan məlumat-lar sonradan cəbhəçilərə, AXCP-nin rayon-şəhər şöbələrinə, vətəndaşlara qarşı təzyiq vasitəsi olmaqla bərabər "Yurd"un gəlir məbəyinə, seçkilərdə hakimiyyət orqanları ilə "bazarlığ"a və sair kimi çirkin məqsədlərə xidmət edib. Təsadüfü deyildir ki, məhz bu təlimat-sorğudan sonra keçirilən bələdiyyə seçkilərində (1999) AXCP adından bələdiyyərə seçilənlərin siyahısı, təşkilat rəhbərliyinin, ictimaiyyətin, mediyanın çoxsaylı tələblərinə baxmayaraq çap edilmədi. 1998-ci ildə də hakimiyyət Seçki qanununun, beynəlxalq təşkilatların tələblərinə baxmaya-raq prezident seçkilərinin nəticələrini çap etmədi.
Xüsusi Komissiya "Yurd" ictimai birliyinin AXC-AXCP-nin hüquqi bazasında və normativ sənədlərində məqsədyönlü şəkildə yaratdığı açağıdakı problemləri müəyyənləşdirdi:
I. Qanunçuluqda yaradılan problem:
1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisində qəbul edilmiş qanunlar (Siyasi partiyalar haqqında qanun, İctimai birliklər haqqında qanun) vasitəsiylə AXC-ni qanundan kənarda saxlamaqla yaradılan problem (Prezidentin parlament təmsilçisi, AXC Ali Məclisinin sədri, Milli Məclis Aparatında şöbə müdiri Qulamhüseyin Əliyev, qanunu hazırlayanlar …)
II.AXCP Nizamnaməsində yaradılan problem:
AXCP-nin I(IV) Qurultayından sonra (1995) Ədliyyə Nazir-liyinə təqdim olunan AXCP Nizamnaməsinin VI.9.12 maddəsin-də xəlvəti şəkildə dəyişiklik edərək partiya sədrinə və AXCP Ali Məclisinə alternativ "rəhbər orqan" təşkil etməklə ciddi Nizamnamə problemi yaradılmış və gələcəkdə təşkilatın mərkəzi orqanlarında və strukturlarında yaradılacaq problemlər üçün zəmin hazırlanmışdır.
Maddə VI.9.12: AXCP Ali Məclisinin Rəyasət Heyəti Ali Məclisin sessiyaları arasındakı dövrdə partiyanın rəhbər orqanı-dır və bu Nizamnamənin VI.9.1. və VI.9.7. bəndlərində nəzərdə tutulanlar istisna olmaqla Ali Məclisin bütün səlahiyyətlərini həyata keçirir.
"Ali Məclisin bütün səlahiyyətlərini həyata keçirir" ifadəsi ilə Rəyasət Heyətinə verilən səlahiyyətləri təsəvvür etmək üçün Nizamnamənin bir neçə maddəsinə diqqət edək;
Maddə VI.5. Qurultaylararası müddətdə partiyanın ali orqa-nı AXCP Ali Məclisidir. Ali Məclis Qurultayın müstəsna səlahiy-yətinə aid məsələlərdən başqa, AXCP-nin fəaliyyəti ilə bağlı bütün məsələləri müzakirə və həll edir.
Maddə VI.9 AXCP Ali Məclisi:
…
Maddə VI.9.6.AXCP Sədrinin, onun müavinlərinin, NTK-nın, redaktorların, AXCP Ali Məclis Rəyasət Heyətini, komitə və komissiyaların, məlumatını dinləyib müzakirə edir, AXCP-nin bütün orqanlarından izahat, arayış və məlumat tələb edir.
Maddə VI.9.10. Partiya Nizamnaməsini və Məramnaməsini təfsir edir.
Göstərilən maddələrdən aydın oliur ki, AXCP Niamnamə-sində xəlvəti törədilmiş bu dəyişiklk nəticəsində yaradılmış "rəhbər orqan"- Rəyasət Heyəti pariyanın qurultayının seçdiyi (partiya sədrinin və NTK-nın) və təsdiq etdiyi (Ali Məclisin) orqanların səlahiyyətlərini mənimsəməklə bərabər onlardan "izahat" tələb etmək səlahiyyətinə malikdir. Gələcəkdə "rəhbər orqana" rəhbərliyi partiya sədrinin I müavinin edəcəyini nəzərə alsaq Ədliyyə Nazirliyinin AXCP Nizamnaməsini hansı şərtlər daxilində qeydə aldığını və "Yurd"un bu işdə hakimiyyətə xidmət dərəcəsini başa düşmək olar. AXCP-nin I (IV) Qurultayı-nın (qurultay fasilələrlə 25.06.95 - 26.08.95 tarixlərdə keçiril-mişdir) qəbul etdiyi Nizamnamənin qeydə alınması ilə bağlı Ədliyyə Nazirliyinin kollegiyasında nazir S.Həsənovanın bir tələbi səslənirdi- ELÇİBƏYi sədr seçməyin, Nizamnamədə nə istəyirsiniz yazın, sizi qeydə alaq. Ancaq ELÇİBƏY 25.06.95 tarixində yekdilliklə sədr seçildi, lakin 01.09.95 tarixində (Ədliyyə Nazirliyinin AXCP-ni qeydə aldığı gün) hakimiyyətin istəyi "Yurd"un xəyanət ilə həyata keçirildi. Nizamnaməyə xəlvəti daxil edilmiş VI.9.12 maddəsi ilə ELÇİBƏY səlahiyyətsiz, gələcəkdə öz müavinlərinə "izahat, arayış və məlumat" verəcək (VI.9.6) formal sədr oldu.
III. AXC-AXCP Ali Məclisinin Reqlamentlərində yaradılan problemlər:
11.06.1994 il iclasında AM Reqlamentində dəyişiklik:
"Yurd"çular AM-in 30.04.94 tarixli İclasda AM-in 1/3 tərkibinə istədikləri adamları seçə bilmədiklərindən iclasının 11.06.94 tarixdə keçirilən davamında Reqlamentdə seçki qayda-sını dəyişdirərək bir seçkini iki müxtəlif qayda ilə keçirməklə;
05 oktyabr 1996-ci ildə qəbul edilən Reqlamentdə:
-Tərkibi Qurultay tərəfindən təsdiqlənməyən səlahiyyətsiz Ali Məclis qurultayqabağı özünün 1/3 tərkibini seçməklə yaradılan problemlər:
Maddə I.3: Ali Məclisin digər üzvləri AXCP sədrinin və All Məclisin Rəyasət Heyətinin birgə təqdimatına əsasən Ali Məclisin qurultayqabağı sonuncu iclasında seçilir.Bu məsələyə dair səsvermədə yalnız şöbələrin səlahiyyətli nümayəndələri olan Ali Məclis üzvləri iştirak edirlər.
-Köhnə Rəyasət Heyəti Ali Məclisin yeni seçiləcək 1/3 tərkibinə təqdimat verməklə (özlərini təqdim etməklə) yaradılan problem:
Maddə I.3: Ali Məclisin digər üzvləri AXCP sədrinin və All Məclisin Rəyasət Heyətinin birgə təqdimatına əsasən Ali Məclisin qurultayqabağı sonuncu iclasında seçilir.Bu məsələyə dair səsvermədə yalnız şöbələrin səlahiyyətli nümayəndələri olan Ali Məclis üzvləri iştirak edirlər.
-Qurultaylararası müddətdə Ali Məclisin 1/3 tərkibinə təqdimatın Partiya sədri ilə birlikdə Rəyasət Heyəti tərəfindən verilməsi və onların seçkisində 1/3 tərkibin iştirak etməsi ilə yaradılan problem:
Maddə I.5.b) Ali Məclisin digər üzvlərinin səlahiyyətlərinə xitam verildikdə boş olan yerlərə AXCP Sədrinin və Ali Məclisin Rəyasət Heyətinin birgə təqdimatına əsasən Ali Məclisin qərarı ilə seçilr.Bu zaman səsvermədə Ali Məclisin bütün üzvləri iştirak edir.
-Qurultaylararası müddətdə rayon (şəhər) şöbələrindən seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətlərinin Ali Məclis tərəfindən təsdiqi ilə (təsdiqə Rəyasət Heyəti təfindən tövsiyə verilməsi və təsdiqin özünün yaratdığı) yaradılan problemlər:
Maddə I.6: Şöbələrdən seçilmiş yeni Ali Məclis üzvlərinin səlahiyyətləri AXCP Təşkilat Şöbəsinin təqdimatı əsasında və AXCP NTK-nın rəyi nəzərə alınmaqla Ali Məclisin Rəyasət Heyətinin tövsiyəsi ilə Ali Məclis tərəfindən təsdiq edilir .
-Ali Məclis üzvünün səlahiyyətlərinə xitam verilməsi ilə yaradılan problemlər:
Maddə I.9: Ali Məclis üzvünün səlahiyyətlərinə xitam verilməsi Ali Məclisin qərarı ilə rəsmləşdirilir.
-Növbədənkənar İclasların çağırılması ilə bağlı yaradılan problemlər:
Maddə II.4: Rəyasət Heyəti növbədənkənar İclasnın çağırılması haqqında təklif aldığı vaxtdan etibarən 48 saat müddətinə aşağıdakı qərarlardan birini qəbul edir:
a) 5 gündən gec olmayaraq növbədənkənar iclasını çağırılması haqqında;
b) təklif edilən məsələnin Rəyasət Heyətində həll edilməsi haqqında; həmin məsələyə baxılmasının nəticələri haqqında növbədənkənar iclasın təşəbbüsçülərinə xəbər verilir. Onlar bu qərarla razılaşmayıb, iclasnın çağrılmasını israr etdikdə Rəyasət Heyəti növbədənkənar iclasını üç gündən gec olmayaraq çağrılması haqqında qərar qəbul etməlidir.
-Rəyasət Heyətinin Ali Məclisin bütün səlahiyyətlərini yerinə yetirməsi ilə bağlı yaradılan (Ali Məclisin bütün səlahiy-yətlərini yerinə yetirməsi, Ali Məclisin qərarlarının partiyanın bütün strukturlarında icrasına nəzarət etməsi, Ali Məclisin fəaliyyəti ilə bağlı digər məsələləri həll etməsi) problemlər:
Maddə IV.4. Ali Məclisin Rəyasət Heyəti:
c) Ali Məclisin qərarlarının partiyanın bütün strukturlarında icrasına nəzarət edir.
-Rəyasət Heyəti özünün qəbul etdiyi Reqlament əsasında fəaliyyət göstərməsi ilə yardılan problemlər:
IV.5.Rəyasət Heyəti özünün qəbul etdiyi Reqlament əsasında fəaliyyət göstərir.
IV.AXCP Ali Məclisi Rəyasət Heyətinin Reqlamentin-də (26.06.1996) yaradılan problemlər:
I.4. Rəyasət Heyətinin işinə AXCP Ali Məclisinin sədri və AXCP Sədrinin birinci müavini rəhbərlik edir.
II.2. Rəyasət Heyətinin növbədənkənar iclasları AXCP Sədri, onun birinci müavini, Ali Məclisin sədri,AXCP NTK və Rəyasət Heyəti üzvlərinin üçdə birinin tələbi ilə 48 saat müddətində çağırılır.
II.3. Rəyasət Heyətinin iclasları bir qayda olaraq qapalı keçirilir. Rəyasət Heyətinin qərarı ilə açıq iclaslar keçirilə bilər.
II.4. Rəyasət Heyətinin iclaslarında AXCP Ali Məclisinin sədri və ya AXCP sədrinin birinci müavini, onlar olmadıqda isə Rəyasət Heyətinin üzvlərindən biri sədrlik edir.
II.6. Rəyasət Heyəti üzvlərinin iclasda iştirakı məcburidir. İclasda iştirak edə bilməyən RH-nin üzvü bu barədə AXCP Ali Məclisinin sədrinə, AXCP sədrinin birinci müavininə və ya Ali Məclisin katibinə qabaqcadan məlumat verməlidir.
II.8.Rəyasət Heyətinin iclaslarında AXCP sədri, AXCP NTK sədri, dəvət olunduqda isə həmçinin digər şəxslər də iştirak edə bilər.
II.16. Çıxış etmək istəyənlərə müraciət etmə ardıcıllığına görə söz verilir. AXCP sədri, onun birinci müavini, Ali Məclisin sədri istənilən zaman söz ala bilərlər.
III.3. RH-nin ayrıca sənəd formasında tərtib olunmuş qərarı AXCP Ali Məclisinin sədri, o iştirak etmədikdə isə iclasa sədrlik edən tərəfindən imzalanır və iclasın protokoluna əlavə edilir.
III.4. Rəyasət Heyətinin iclasları arasıındakı dövrdə ayrı-ayrı qərarlar Rəyasət Heyəti üzvləri arasında sorğu keçirmək yolu ilə də qəbul edilə bilər.
III.5. Rəyasət Heyətinin istənilən üzvü sorğu yolu ilə qərar qəbul olunması haqqında təklif verə bilər və uyğun qərar layihəsi təqdim edə bilər.
III.6. Sorğu yolu ilə qərar qəbul edilməsi haqqında təklif (qərar layihəsi) Rəyasət Heyətinin rəhbərliyinə təqdim olunur və RH rəhbərliyi sorğunun keçirilməsini təşkil edir.
III.7.Sorğu nəticəsində Rəyasət Heyəti üzvlərinin ümumi sayının yarıdan çoxu təqdim olunmuş layihəyə tərəfdar çıxarsa, Rəyasət Heyətinin qərarı qəbul edilmiş sayılır.
III.10. Rəyasət Heyətinin qərarının icrası partiyanın bütün təşkilatları, orqanları (NTK istisna olmaqla) vəzifəli şəxsləri və üzvləri üçün məcburidir.
IV.1.Rəyasət Heyətinin üzvü AXCP-nin, onun bütün təşkilatlarının və orqanlarının tədbirlərində (o cümlədən qapalı iclaslarında) iştirak edə bilər.
IV.Rəyasət Heyətinin iclaslarının keçirilməsi üçün zəruri şəraiti AXCP sədrinin birinci müavini və Ali Məclisin sədri təmin edir.
V. AXCP Sədr Aparatı haqqında Əsasnamədə (24.05.1998) yaradılan problemlər:
-AM RH-nə rəhbərlik edən AXCP Sədrinin birinci müavini paralel olaraq Sədr Aparatına rəhbərlik etməsi ilə yaranan problemlər:
II.1.Aparata AXCP Sədrinin birinci müavini rəhbərlik edir.
II.3.Aparatın işinə rəhbərliyi və onun planlaşdırılmasını həyata keçirir.
II.4.Aparatla AXCP Ali Məclisi, onun Rəyasət Heyəti və AXCP NTK-nın qarşılıqlı fəaliyyətini əlaqələndirir.
II.6.AXCP Sədrinin göstərişi ilə sərəncam, əmr və digər sənədlərin layihələrinin hazırlanmasını təşkil edir, müvafiq qaydada onlara viza qoyur və imzalamaq üçün təqdim edir.
II.7.Aparatın şöbələrinin bölmə rəhbərlərini və əməkdaş-larını aidiyyatlı müavinlərlə razılaşdıraraq təyin və azad edir.
II.8. Hüquq şöbəsi, ümumi şöbə, mətbuat xidməti və işlər idarəsinin işinə bilavasitə rəhbərliyi həyata keçirir.
II.9.Aparatın işçilərinin daxili əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edir.
VI. AXCP-nin rayon (şəhər) şöbələri haqqında Əsasnamədə yaradılan problemlər
AXCP Xətai rayon şöbəsində problem yaratmaq məqsqdi ilə AXCP-nin rayon (şəhər) şöbələri haqqında Əsanamədə aparılan dəyişikliklər
VII. AXCP rayon (şəhər) şöbələrinin konfranslarının hazırlanması və keçirilməsi qaydaları haqqında Təlimatla (05.03.1997) yaradılan problemlər:
-Bu təlimatla Rəyasət Heyəti Qurultaya Hazırlıq üzrə Təş-kilat Komitəsinin,payon (şəhər) şöbələri Məclisləri və Konfrans-larının və AXCP Təşkilat şöbəsinin səlahiyyətlərini mənimsəmiş, AXCP Nəzarət Təftiş Komitəsini kənarda saxlamaqla təşkilat işləri ilə əlaqədar kütləvi problemlər yaratmışdır:
11. Rayon (şəhər) şöbəsindəki bütün dayaq dəstələrində yığıncaqlar keşirildikdən sonra Təşkilat Komitəsi görülən işlər və konfransa hazırlığın vəziyyəti haqqında şöbə Məclisinə yazılı hesabat verir. Həmin hesabat əsasında Məclis konfransın keçirilmə vaxtı və yerini Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi (qurultaylararası dövrlərdə isə Ali Məclisin Rəyasət Heyəti) ilə razılaşdırmaqla müəyyən edir.
12. Razılığın alınması üçün konfransa azı 10 gün qalmış rayon (şəhər) şöbəsi aşağıdakı sənədləri QHTK-yə (Ali Məclisin Rəyasət Heyətinə) təqdim etməlidir : ….
18. Konfransdan sonra rayon (şəhər) şöbəsi aşağıdakı sənədləri 15 gün müddətində QHTK-yə (Ali Məclisin Rəyasət Heyətinə) təqdim etməlidir : ….
VIII. AXCP Ali Məclisinin Nizamnamə pozuntusu ilə qəbul etdiyi və məqsədyönlü olaraq təşkilat daxilində problem yaratmaq məqsədi daşıyan qərarları:
27 yanvar 1996-cı il qərarları:
004-AXCP Ali Məclisinin tərkibinə yeni üzvlərin seçilməsi haqqında
AXCP Ali Məclisi AXCP Nizamnaməsinin VI.6 bəndinə müvafiq olaraq qərara alır:
Əli Əmirhüseyin oğlu Kərimov
Mirmahmud Mirəli oğlu Fəttayev
Arif Fəxrəddin oğlu Paşayev
Asim Nazim oğlu Mollazadə
Kamil Nəriman oğlu Vəliyev
AXCP Ali Məclisinin üzvü seçilsinlər.
008-AXCP Ali Məclisi Rəyasət Heyətinin tərkibi haqqında
AXCP Ali Məclisi qərara alır:
2.Müəyyən edilsin ki, AXCP Ali Məclisi Rəyasət Heyətinin fərdi tərkibinə Ali Məclisin sədri, AXCP Sədrinin müavinləri, Ali Məclis sədrinin müavinləri, Ali Məclisin katibi və Ali Məclisin tərkibindən gizli səsvermə ilə seçilən 6 üzv daxildir.
010-AXCP Ali Məclisi Rəyasət Heyətinin seçilməsi haqqında
AXCP Ali Məclisi qərara alır:
AXCP Ali Məclisi Rəyasət Heyəti aşağıdakı tərkibdə seçilsin:
Qulamhüseyn Surxay oğlu Əliyev
Əli Əmirhüseyin oğlu Kərimov
Mirmahmud Mirəli oğlu Fəttayev
Arif Fəxrəddin oğlu Paşayev
Asim Nazim oğlu Mollazadə
Nəriman Qasım oğlu Qasımzadə
Zəlimxan Adil oğlu Məmmədov
Novella Cəfər qızı Cəfərova
Məşədi Vaqif Bayram oğlu Pənahov
Akif Qədir oğlu İslamzadə
Qüdrət Müzəffər oğlu Həsənquliyev
Hüseynbala Məhəmmədəli oğlu Səlimov
Həsən Hüseyn oğlu Kərimov
Əliməmməd Mali oğlu Nuriyev
Cəmil Poladxan oğlu Həsənov
012-AXCP Gəncə şəhər şöbəsində vəziyyət haqqında
AXCP Ali Məclisi qərara alır:
2. AXCP Gəncə şəhər şöbəsində vəziyyəti nizama salmaq üçün şöbənin konfransının keçirilməsi məqsədəuyğun sayılsın.
3. Ali Məclisin Rəyasət Heyətinə tapşırılsın ki, AXCP Gəncə şəhər şöbəsinin konfransının keçirilməsini təşkil etmək üçün təşkilat komitəsinin tərkinbini bir həftə müddətinə təsdiq etsin və zəruri olan digər tədbirlər görsün.
13 aprel 1996-cı il qərarı:
Yeni seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətlərinin təsdiq qaydası haqqında AXCP Ali Məclisi qərara alır:
Müəyyən edilsin ki, AXCP rayon (şəhər) şöbələri tərəfindən yeni seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətlərinin təsdiqi haqqında məsələ AXCP Təşkilat Şöbəsinin təqdimatı və AXCP NTK-nın rəyi nəzərə alınmaqla Ali Məclisin Rəyasət Heyəti tərəfindən qabaqcadan müzakirə edildikdən sonra Ali Məclisin sessiyaına çıxarıla bilər.
12 aprel 1997-ci il qərarı:
AXCP üzvlüyünə qəbulun bəzi qaydaları haqqında
AXCP Ali Məclisi qərara alır:
Müəyyən edilsin ki, Respublika miqyasında tanınan, məsul vəzifə tutmuş və tutan şəxslər yalnız AXCP ali orqanlarının razılığı ilə AXCP üzvlüyünə qəbul edilə bilər.
21 sentyabr 1997-ci il qərarı:
-Bir qrup AXCP üzvünün həmin müraciətində Ali Məclisin Rəyasət Heyətinə ünvanlanmış ittihamlar əsassız hesab edilsin;
-Ali Məclisin sessiyaları arasındakı dövrdə partiyanın rəhbər orqanı kimi Rəyasət Heyətinin(RH) AXCP Nizamnaməsinə tamamilə uyğun fəaliyyət göstərdiyi qeyd edilsin və RH-nın fəaliyyəti bəyənilsin;
-Partiyanın növbəti Qurultayı və AXCP sədri ELÇİBƏYin Bakıya qayıdışı ərəfəsində bir qrup AXCP üzvünün göstərilən müraciəti bəzi qüvvələrin aparmaq istədiyi pozuculuq fəaliyyətinə rəvac verməyə, partiyanı və onun rəhbərliyini qəsdən nüfuzdan salmağa, təşkilatın strukturlarını dağtmağa yönəldilən qərəzli cəhdlər kimi qiymətləndirilsin;
-Partiyanın Nizamnamə strukturlarına ultimatum şəkilli müraciətlə hər hansı qərarların ləğvinin tələb olunmasının yolverilməzliyi qeyd edilsin və belə hərəkətlər AXCP Nizamna-məsinin kobud şəkildə pozulması kimi qiymətləndirilsin;
-Bir qrup AXCP üzvünün müraciəti ilə bağlı məsələnin və bu qərarın Partiya strukturlarının və ayrı-ayrı AXCP üzvlərinin müzakirəsi və bu məsələlərlə bağlı partiyadaxili diskussiyalar məqsədəuyğun hesab edilməsin.
07 noyabr 1999-ci il qərarı:
-İclasda AM-in rəhbərliyi tərəfindən AM Reqlamentinin I.6 bəndinin və AXCP Nizamnaməsinin III.8 bəndinin pozulma-sı (NTK). Qüdrət Həsənquliyev tərəfindən gətirilmiş "qoçular" tərəfindən Naxçıvan şəhər şöbəsindən İlham Sadıqovun vəhşicəsinə döyülməsi.
-Naxçıvan şəhər şöbəsindən "AM üzvünün səlahiyyətlərinin təsdiqi" - Bu qərara AXCP Sədri ELÇİBƏY veto qoymuşdur
23 iyul 2000-ci il qərarı:
-Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə AXCP-nin proporsional qayda üzrə təsdiq etdiyi siyahı haqqında (yetərsaysız)
Yuxarıda qeyd edilmiş və ondan sonra qəbul edilmiş bütün qərarlar (19.08.00-a kimi) yetərsaysız iclasda olmuşdur.
IX. Ali Məclis Rəyasət Heyətinin təşkilatda məqsəd-yönlü problem yaradan qərarları:
16 yanvar 1996-cı il qərarları:
AXCP Ali Məclisinin tərkibində boş olan yerlərə seçkilərdə iştirak etmək üçün aşağıdakı AXCP üzvlərinin AXCP Sədri ilə razılaşdırılmış namizədlikləri Ali Məclisin növbəti sessiyasına təqdim edilsin:
1. Əli Əmirhüseyn oğlu Kərimov
2. Mirmahmud Mirəli oğlu Fəttayev
3. Asim Nazim oğlu Mollazadə
4. Arif Fəxrəddin oğlu Paşayev
5. Kamil Nəriman oğlu Vəliyev
30 yanvar 1996-cı il qərarı:
-AXCP ALi Məclisinin Rəyasət Heyəti AXCP Gəncə şəhər şöbəsində yaranmış vəziyyəti müzakirə edərək AXCP ALi Məclisinin 1996-cı il 27 yanvar tarixli sessiyasının qərarına uyğun olaraq qərara alır:
-AXCP Gəncə şəhər şöbəsinin seçkili orqanlarının və vəzifəli şəxslərinin səlahiyyətlərinə xitam verilmiş hesab edilsin.
AXCP Gəncə şəhər şöbəsinin konfransının keçirilməsini tə-min etmək üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:
1.Şamil Quliyev (sədr) 4.Yunis Nuriyev
2.Rüşdü Məmmədov 5.Tahir Həsənli
3.Salman İmanlı
18 iyun 1997-ci il qərarı:
1.AXCP ALi Məclisinin Rəyasət Heyəti AXCP Füzuli rayon şöbəsinin konfransı zamanı AXCP NTK üzvü A.Şüküro-vun və TŞ əməkdaşı B.Əbilovun yol verdiyi hərəkətlər haqqın-da Ali Məclisin sədr müavini, QHTK üzvü N.Qasımoğlunun müraciətini müzakirə edərək qərara alır:
2.AXCP Təşkilat Şöbəsinin əməkdaşı B.Əbilovun AXCP Füzuli rayon şöbəsinin konfransında və Ali Məclisin Rəyasət Heyətinin iclasındakı hərəkətlərinin yolverilməz olduğu onun nəzərinə çatdırılsın.
İclasın sədri: AXCP sədrinin I müavini Ə.Kərimov
AXCP Ali Məclisinin sədri: Q.Əliyev
Katib: Ə.Nuriyev
1997-ci il qərarları:
-AXCP NTK-nın sədri Şamil Quliyevin NTK üzvlüyündən çıxarılması haqqında
-AXCP Gənclər Komitəsinin sədri Oqtay Güləliyevin AXCP sıralarından xaric edilməsi haqqında
-Natiq Ələsgərovun partiya sıralarından xaric edilməsi haqqında
-Filologiya elmləri namizədi Yaşar Məmmədlinin AXCP sıralarından xaric edilməsi haqqında
17 sentyabr 1997- ci il qərarı:
(AXCP 11 rayon şöbə rəhbərlərinin müraciəti ilə əlaqədar)
-Partiyanın növbəti Qurultayı və AXCP sədri ELÇİBƏYin Bakıya qayıdışı ərəfəsində bir qrup AXCP üzvünün göstərilən müraciəti bəzi qüvvələrin partiya daxilində aparmaq istədiyi pozuculuq fəaliyyətinə rəvac verməyə, təşkilatı və onun rəhbərliyini qəsdən nüfuzdan salmağa, onun strukturlarını dağıtmağa yönələn qərəzli cəhdlər kimi qiymətləndirilsin;
-Müraciət edən AXCP üzvlərinə izah edilsin ki, AXCP Nizamnaməsinə uyğun olaraq Ali Məclisin sessiyaları arasında-kı dövrdə partiyanın mərkəzi orqanı (rəhbər orqanı-XK) olan Rəyasət Heyətinin qərarları rayon (şəhər) şöbələri üçün məcburidir və həmin qərara münasibətindən asılı olmayaraq bütün AXCP üzvləri onu yerinə yetirməlidir;
-AXCP növbəti qurultayı ərəfəsində partiya daxilində süni münaqişələr yaradılmasına xidmət edən ultimatum xarakterli belə cəhdlərin və hərəkətlərin yolverilməzliyini və AXCP Nizamnaməsinə uyğun ciddi partiya məsuliyyətinə səbəb olması qeyd edilsin;
-Müraciəti hazırlayan və imzalayan AXCP üzvlərinin fərdi məsuliyyəti AXCP Ali Məclisinin sessiyasına tövsiyə edilsin.
08 noyabr 1999- cu il qərarı:
AXCP Naxçıvan şəhər şöbəsindəki vəziyyət haqqında
22 noyabr 1999- cu il qərarı:
Mətbuatda partiyadaxili proseslər və münasibətlər barəsində diskusiyaların dayandırılması haqqında
27 dekabr 1999- cu il qərarı:
Xətai rayon şöbəsində yaranmış vəziyyət haqqında
31 yanvar 2000-ci il qərarı:
AXCP Daşkəsən rayon təşkilat komitəsinin yaradılması haqqında
AXCP Samux rayon təşkilat komitəsinin yaradılması haqqında
8 fevral 2000-ci il qərarı:
AXCP Sədrinin siyasi məsələlər üzrə müavini Fazil Qəzənfəroğlunun tənbeh tədbiri kimi xəbərdarlıq edilməsi haqqında
14 fevral 2000-ci il qərarı:
AXCP Xətai rayon şöbəsi Məclisinin sədri Azər Quliyevin AXCP üzvlüyündən xaric edilməsi haqqında.
14 fevral 2000-ci il qərarı:
Bəzi AXCP üzvlərinin partiya Nizamnaməsinə zidd hərəkətləri haqqında
AXCP AM RH bəzi AXCP üzvlərinin partiya Nizamnaməsinə zidd hərəkətləri haqqında məsələyə baxaraq qeyd edir ki, RH-nın 31.01.2000 tarixli iclasında Daşkəsən və Samux rayonlarında AXCP rayon şöbələrinin təşkil edilməsi üçün Təşkilat Komitələrinin yaradılması məsələsi müzakirə olunarkən AXCP Gəncə şəhər şöbəsi "Qızılhacılı" dayaq dəstəsinin üzvü M.Əlizadə özünü başqa şəxs kimi təqdim edərək partiya rəhbərliyini aldatmağa cəhd göstərmiş, iclasda iştirak edən Gəncə şəhər şöbəsinin sədri S.İmanlı isə bu barədə düzgün məlumat verməmişdir. AXCP Təşkilat Şöbəsinin müdir əvəzi B.Əbilov həmin məsələ barədə Rəyasət Heyətinə hazırladığı yazılı məlumatda əsassız olaraq Ali Məclisin katibi Ə.Nuriyevi də saxtyakarlıqda, "saxta sənədlər və saxta adamlar" təşkil etməkdə ittiham etmişdir.
Rəyasət Heyəti AXCP üzvləri M.Əlizadə, S.İmanlı və B.Əbilov tərəfindən ayrı-ayrılıqda partiya Nizamnaməsinin III.8. bəndinin tələblərinin pozulduğunu nəzərə alaraq və AXCP Nizamnaməsinin III.9., III.10., VI.9.12. bəndlərini rəhbər tutaraq QƏRARA ALIR:
1.AXCP Gəncə şəhər şöbəsi "Qızılhacılı" dayaq dəstəsinin üzvü Miraləm Əlizadə AXCP sıralarından xaric edilsin.
2.AXCP Gəncə şəhər şöbəsinin üzvü Salman İmanlıya xəbərdarlıq edilsin.
3.AXCP Təşkilat Şöbəsinin müdir əvəzi Bəybala Əbilova xəbərdarlıq edilsin.
15 may 2000-ci il qərarı:
-"AXCP Şəmkir rayon şöbəsi "Kür" dayaq dəstəsinin üzvü Məzahir Məmmədovun AXCP sıralarından çıxarılması haqqındakı" Şəmkir rayon şöbəsi Məclisinin 30 aprel 2000-ci il tarixli qərarının qüvvədə qalması haqqında
10 iyul 2000-ci il qərarı:
Partiya daxilində ilkin seçkilərin keçirilməsinin məqsədə-uyğun hesab edilməməsi haqqında
13 iyul 2000-ci il qərarı:
-İlkin seçkilər keçirməklə bağlı AXCP Sədrinin müavinləri M. Fəttayev, F.Qəzənfəroğlu, Ə.Məsimov, Z.Məmmədlinin AXCP rayon (şəhər) şöbələrinə Müraciətləri ilə əlaqədar RH-nin Bəyanatı
07 avqust 2000-ci il qərarı:
AXCP sədrinin müavini Fazil Qəzənfəroğlunun AXCP sıralarından xaric edilməsi;
AXCP NTK-nın sədri Mikayıl Rəhimova xəbərdarlıq edilməsi;
AXCP sədrinin müavinləri Əli Məsimov və Zəlimxan Məm-mədova,Ali Məclisin RH-nın üzvü Əli Mustafayevə, AXCP Təşkilat şöbəsinin müdir əvəz Bəybala Əbilova, AXCP sədrinin köməkçisi Loğman Abdullayevə töhmət verilməsi ilə əlaqədar qərar;
X.Təlimat-sorğunun (may 1999) yaratdığı problemlər:
1999-cu ilin may ayında (Bələdiyyə seçkiləri ərəfəsində) AXCP AM-nın katibi Əliməmməd Nuriyev tərəfindən rayon (şəhər) şöbə rəhbərlərinə təqdim edilib.Təlimatın AXCP Analtik mərkəzi tərəfindən hazırlandığı şöbə rəhbərlərinin nəzərinə çatdırılıb. Təlimatın tərtibinin, təqdiminin və orada qoyulan məsələlərin mahiyyətindən doğan problemlər:
yerli təşkilatın üzvlərinin sayı (sosial və cinsi tərkibi göstərilməklə);
yerli təşkilatın üzvlərindən maddi imkanı olanlar haqqında,…
başqa partiyaların yerli təşkilatlarının sayı haqqında…
……………………………………
rayonda tayfalararası münasibətlərin (ələxüsus gəlmə-yerli) şərhini vermək
rayon üzrə ən nüfuzlu adamların siyahısını tərtib etmək (təxminən 20-30 nəfər)…
seçkilərdə qalib gəlmə şansı olanlardan təxminən beş nəfəri müəyyən etmək, onların maddi vəziyyətni,...
rayondakı imkanlı şəxsləri və onların seçkilərə təsir imkanlarını,…
son bir ildə partiyaya daxil olan adamların uçotunu hazırlamaq…
…………………………………..
Arayışın hazırlanması və rəhbərliyə çatdırılması prosesinin və sənədin özünüm məxfiliyini təmin etmək;
……………………………………
Qeyd: Sənədin hazırlanıb partiya rəhbərliyinə təqdim olunması müddəti bir aydır.
XI. AXCP sədr müavini Ə.Kərimovun sərəncamları və imzaladığı bəzi sənədlər:
12 oktyabr 1995-ci il
AXCP İnformasiya Mərkəzi rəhbəri vəzifəsinin icrasının Qabil Abbas oğlu Rüstəmovdan alınması və İsaq Əvəz oğlu Quliyevə tapşırılması haqqında
17 oktyabr 1995-ci il
AXCP İnformasiya Mərkəzinin əmlak və sənədlərinin təhvil-təslimi haqqında
20 oktyabr 1995-ci il. (5 saylı sərəncam)
AXCP İnformasiya Mərkəzinin əməkdaşları Əli Həziquliyev və Rafael Becanovun işdən azad edilməsi haqqında
Zayavleniye rukovaditeley Narodnoqo Ruxa Ukrainı, Narodno-
qo Fronta Azerbaydjana, Narodnoqo Fronta Belarusi
XII. AXCP NTK-nın Rəyasət Heyəti tərəfindən qəbul edilməyən rəyləri və tövsiyələri
21.05.99.AXCP Sumqayıt şəhər şöbəsindən olunan müraciət və şikayət ərizələri ilə əlaqədar
02.07.99.AXCP Naxçıvan şəhər şöbəsinin 23 may 1999-cu ildə keçirilən konfransı haqqında
27.08.99.AXCP Sədrinin ictimai əlaqələr üzrə müavini Zəlimxan Məmmədlinin "AXCP Ali Məclisin üzvü, AXCP Humanitar şöbəsinin müdiri Mahir Səmədov tərəfindən mətbuatda mütəmadi olaraq AXCP ideya-siyasi xəttinin əleyhinə və AXCP sədri Əbülfəz ELÇİBƏYə qarşı aparılan kompaniya ilə əlaqədar" Müraciəti haqqında
28.01.99..AXCP Naxçıvan şəhər şöbəsinin üzvü İlham Sadıqovun Ali Məclisin 07.11.99 tarixli iclası zamanı Q.Həsənquliyevin təhriki ilə kənar şəxslər tərəfindən döyülməsi ilə əlaqədar müraciəti haqqında
04.02.00.AXCP Xətai rayon şöbəsi Məclisinin sədri Azər Quliyevin "AXCP AM RH-nin 27.12.99 tarixli "Xətai rayon şöbəsində yaranmış vəziyyət haqqında" qərarı ilə əlaqədar Müraciəti haqqında
18.02.00.AXCP Sədrinin ictimai əlaqələr üzrə müavini Zəlimxan Məmmədlinin Sədrin birinci müavininin Sədr Aparatı işinə rəhbərliyi və planlaşdırmanı həyata keçirməməsi ilə əlaqədar ərizəsinə münasibət
18.02.00.AXCP Xətai rayon şöbəsindəki vəziyyət (H.Orucov, A.Quliyev və s. ərizələri) haqqında
18.02.00.AXCP Sədrinin siyasi məsələlər üzrə müavini Fazil Qəzənfəroğlunun RH-nin 08.02.00 tarixli qərarıyla tənbeh tədbiri kimi xəbərdarlıq edilməsi ilə əlaqədar ərizəsi haqqında
07.04.00.AXCP Zəngilan rayon şöbəsinin 9-cu konfransına hazırlıq üzrə yaradılmış Təşkilat Komitəsinin bir qrup üzvünün müraciəti haqqında
14.04.00.AXCP Sədrinin siyasi məsələlər üzrə müavini Fazil Qəzənfəroğlunun Ali Məclisin və AM Rəyasət Heyətinin Reqlamentlərinin, AXCP Sədr Aparatının Əsasnaməsinin, AXCP Nizamnaməsinin tələblərinə müvafiqliyi ilə əlaqədar Müraciətləri haqqında
06.05.00. AXCP Şəmkir rayon şöbəsinin "Kür" dayaq dəstəsinin üzvü Məzahir Məmmədovun AXCP sıralarından xaric edilmasi ilə əlaqədar şikayət ərizəsi haqqında
16.06.00.AXCP Gədəbəy rayon şöbəsinin Konfransı haqqında
16.06.00.AXCP Səbail rayon şöbəsinin Konfransı haqqında
16.06.00.AXCP Sabunçu rayon şöbəsinin Konfransı haqqında
16.06.00.AXCP Ağdaş rayon şöbəsinin Konfransı haqqında
26.06.00.AXCP Kürdəmir rayon şöbəsinin Konfransı haqqında
28.06.00.AXCP Şəmkir rayon şöbəsi Məclisinin sədri K.Kəri-mov və bir qrup dayaq dəstəstələrinin sədrlərinin Müraciətləri haqqında
28.06.00.AXCP Ali Məclisin Rəyasət Heyətinin "AXCP Şəmkir rayon şöbəsi Məclisinin "Kür" dayaq dəstəsinin üzvü Məzahir Məmmədovun AXCP sıralarından xaric edilməsi haqqında qərarı"ı ilə əlaqədar
05.07.00.AXCP Xətai rayon şöbəsinin Konfransı haqqında
19.07.00.AXCP Ali Məclisin Rəyasət Heyətinin üzvü H.Kərimovun ərizəsi və AXCP Sədrinin müavinləri Mirmahmud Fəttayev, Fazil Qəzənfəroğlu, Zəlimxan Məmmədovun Müra-ciətləri haqqında
19.07.00.AXCP Nizami rayon şöbəsi Məclisinin AXCP NTK-nın üzvü N.Həsənov haqqındakı qərarı ilə əlaqədar
19.07.00.AXCP Nəsimi rayon şöbəsi Məclisinin sədr müavini Rasim Seyidəliyev, Məclisin katibi Nadir Daşdəmirov, Ali Məclisin üzvü Kamran Həsənlinin Müraciətləri haqqında
26.07.00.AXCP Xətai rayon şöbəsi Məclisinin sədri Azər Quliyevin "Dayaq dəstələrinin buraxılması haqqında" müraciəti ilə əlaqədar
26.07.00.AXCP Gənclər Komitəsinin sədri Z.Əlisoy, Gənclər Komitəsi siyasi şurasınım sədri S.Rəhimlinin "Gənclər Komitəsi-nin bəzi üzvlərinə AXCP sədrinin I müavini Ə.Kərimovun köməkçisi və mühafizəçisi tərəfindən fiziki güc tətbiq olunması və onlara qarşı müraciətlərdə Nizamnamənin tələblərinin pozulması faktı ilə əlaqədar" Müraciətləri haqqında
26.07.00.Bir qrup AXCP Ali Məclis üzvünün "Ali Məclisin 23.07.00 tarixli İclasında baş verən Nizamnamə pozuntuları ilə əlaqədar" Müraciətləri haqqında
28.08.00.AXCP Ali Məclisinin 19 avqust 2000-ci il tarixli sessiyası haqqına.
SƏNƏDLƏR
AXC-nin Nizamnaməsi (1991)
"AXC Nizamnaməsinə təklif edilən əlavə və dəyişiliklər" (AXC III Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi tərəfin-dən hazırlanmış və Qurultaya təqdim olunmuşdur)
AXCP-nin Nizamnaməsi (01.09.1995- ƏN qeydə almışdır)
AXCP Ali Məclisinin Reqlamenti (05.10.1996)
AXCP Ali Məclisi Rəyasət Heyətinin Reqlamenti (26.06.96)
AXCP Sədr Aparatı haqqında Əsasnamə (24.05.1998)
AXCP rayon (şəhər) şöbələri haqqında Əsasnamə (05.10.96)
AXCP rayon (şəhər) şöbələrinin konfranslarının hazırlan-ması və keçirilməsi qaydaları haqqında təlimatlar:
1.AM Rəyasət Heyətinin 05.03.97 tarixli Təlimatı
2.AXCP sədrinin Təlimatı (14.06.00)
AXCP AM Rəyasət Heyətinin Təlimat-sorğusu (may 1999)
AXCP Ali Məclisinin Nizamnamə pozuntusu və məqsəd-yönlü olaraq təşkilat daxilində problem yaratmaqla qəbul etdiyi qərarları.
AXCP NTK-nın Rəyasət Heyəti tərəfindən qəbul edilmə-yən rəyləri və təklifləri
Ali Məclis Rəyasət Heyətinin təşkilatda məqsədyönlü problem yaradan qərarları
AXCP sədr müavini Ə.Kərimovun sərəncamları və imzaladığı bəzi sənədlər
"AXCP Ali Məclisinin iclaslarında dəfələrlə üzürsüz səbəbdən iştirak etmədiklərinə görə "Rauf Qarayev, Kamil Vəliyev, Aida Babayeva, Aydın Abbasov, Firidun Səməndərov, Saleh Məmmədovun AXC Ali Məclis üzvlüyündən xaric edilmələri haqqında " AXCP Ali Məclisinin qərarı.
Hiç yorum yok:
Yorum Gönder